10 May 2025 09:30
605
DÜNYA
A- A+
Yeni Papa XIV LEO: "İsa bizə sevgini prioritet üzrə bölməyi öyrətmir"

Yeni Papa XIV LEO: "İsa bizə sevgini prioritet üzrə bölməyi öyrətmir"


Vatikanın  ABŞ-li başçısı poliqlotdur - 5 dildə danışa, 2 dildə oxuya bilir


Xəbər verildiyi kimi, Vatikanda keçirilən konklavdan sonra 69 yaşlı amerikalı kardinal Robert Frensis Prevo yeni Roma Papası seçilib. ABŞ-dən gələn ilk Papa XIV Leo adını alıb.

Seçkilər ötən ayın 21-də Roma Papası Fransiskin ölümündən sonra toplaşan kardinallar kollegiyasının iclaslarının - konklavın ikinci günündə - mayın 8-də baş tutub. Səsvermədən sonra Sikstin kapellasının bacasından yeni pontifikin seçilməsinin ənənəvi simvolu olan ağ tüstü qalxıb.

Bundan sonra Prevo Müqəddəs Pyotr məbədinin eyvanından dünyaya təqdim edilib. Elanı protodiakon kimi çıxış edən fransız kardinal Dominik Mamberti latınca verib: "Habemus Papam" - "Bizim Papamız var". Prevo Katolik Kilsəsinin 267-ci Papası oldu. Onun 133 kardinaldan ən azı 89-nun dəstəyini aldığı bildirilir. Əvvəlki 266 pontifikin əksəriyyəti italyan idi. Yalnız 2013-cü ildə Amerika qitəsindən ilk Papa seçilib - argentinalı Fransisk.

Robert Frensis Prevo - XIV Leo 1955-ci il  sentyabrın 14-də ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində anadan olub. Onun atası Lui Marius Prevo fransız və italyanəsilli İkinci Dünya müharibəsi veteranı, anası Mildred Martinez isə ispanəsilli idi. Hər ikisi qatı dindar olub.

 Robert Frensis Prevo 1982-ci ildə keşiş təyin edilib. Uzun illər Peruda xidmət edib və 2015-ci ildə Peru vətəndaşlığını alıb. 2023-cü ilə qədər Çiklayo şəhərində yeparxiyanın rəhbəri olmuş Prevonu həmin il Papa Fransisk Yepiskopların işləri üzrə Dikasteriyanın başçısı təyin edib. Bu orqan bütün dünyada yüksək kilsə vəzifələrinə namizədlərin nəzərdən keçirilməsinə cavabdehdir. 

Qeyd olunur ki, Prevo yoxsulluq və miqrasiya siyasəti məsələlərində Fransisklə oxşar fikirlərə malikdir.

Bu arada ABŞ Prezidenti Donald Tramp tarixdə ilk ABŞ-li  Papanı təbrik edərək, bunun Amerika üçün böyük şərəf olduğunu bildirib. Bununla belə dünya mediası qeyd edir ki, sosial şəbəkələrdə Prevo yeni Amerika administrasiyasının ən azı bir məsələdə - miqrantlara münasibətdə siyasətini tənqid edib. "The New Republic" qəzetinin xatırlatdığı kimi, Prevo 2018-ci ildə Trampın birinci prezidentliyi dövründə retvit etdiyi yazılardan birində demişdi: "Uşaqları valideynlərindən alıb qəfəsə salan siyasətdə xristian, amerikalı və ya mənəvi cəhətdən əsaslandırıla bilən heç nə yoxdur. Bu, bizim adımızdan edilir və biabırçılıq hamımızın üzərinə düşür".

Prevo təkrar yayımladığı başqa bir yazıda ritorik olaraq ABŞ administrasiyasından qanunsuz mühacirlərə verilən əzabları görüb-görmədiyini soruşur. Bu ilin fevral ayında isə R.F.Prevo ABŞ-nin vitse-prezidenti ilə mübahisə edib və Cey Di Vensin "xristian anlayışı var: əvvəlcə ailəni, sonra qonşunu, sonra icmanı, sonra həmvətənlərini və yalnız bundan sonra dünyanın qalan hissəsini sevirsən, lakin sol tərəfdə olanların çoxu bütün bunları tamamilə alt-üst edib" sözlərinə  "National Catholic Reporter" nəşrində "İsa bizdən sevgimizi siyahı üzrə bölüşməyi tələb etmir" başlıqlı köşə yazısında belə cavab verib:  "Di Vens səhv edir. İsa bizə sevgini prioritet üzrə bölməyi  öyrətmir".

Yeni Papa həm də poliqlotdur: o, ingilis, ispan, italyan, fransız və portuqal dillərində danışa bilir, latınça və almanca oxumağı baçarır.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!