Yeni əməliyyat sistemi
"Huawei" "HarmonyOS 3.0" əməliyyat sistemini təqdim edib. Böyük miqyasa sahib olmayan sistem özündə bəzi vizual dəyişikliklər ilə artıq mövcud olan funksiyaların yaxşılaşdırılmış versiyalarını birləşdirir. Sözügedən əməliyyat sistemində mövcud olan "Super Device" adlı funksiya çoxlu sayda intellektual cihazın dəstəyini əldə edib və beləliklə, daha çox smartfon və planşet modelində aktiv olacaq.
Onun vasitəsilə cihazları sürətli şəkildə bir-birinə qoşmaq mümkündür. Bu halda cihazlar genişmiqyaslı vahid ekosistemə qoşulurlar. "HarmonyOS" ilə çalışan smart televizorlarda pult vasitəsilə televizorlardakı səsgücləndiricilər, xarici səsgücləndiricilər və ya naqilsiz qulaqlıqlar arasında sürətli keçidin reallaşdırılması imkanı da istifadəyə verilib. Onun vasitəsilə çalışan smart saatlar isə müxtəlif idman təchizatı ilə sinxronlaşdırıla bilər. Bundan əlavə, avtomobillərdəki ekranlara smartfondakı bütün işlək ekranları köçürtmək mümkün olacaq. Bu da öz növbəsində avtomobil ekranında istənilən lazımi tətbiqin istifadəsinə imkan verir. Artıq cihazda yaradılan qovluqların ölçülərini və hətta formalarını da dəyişmək mümkündür.
"HarmonyOS 3.0"da olan digər yenilik isə tətbiqlərin ikon rəngləri, kateqoriya və ya funksiyalar üzrə smart çeşidlənməsidir. Həmçinin istifadəçilər əməliyyat sisteminin daxilində özlərinin 3D avatarlarını yarada və onları insanlarla ünsiyyətdə istifadə edə bilərlər.
Tərtibatçılar "HarmonyOS 3.0"ın optimizasiyasına xüsusi diqqət ayırıblar. Belə ki, yeni əməliyyat sistemi cihazın texniki tərəfini çox yükləmir və daha axıcı çalışır. "Android 12"də olduğu kimi,"HarmonyOS 3.0" da öz ayarlarında konfidensiallıq mərkəzini əldə edib. Sözügedən bölmə əlavə təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulub. İstifadəçi bu bölmə vasitəsilə hansı tətbiqlərin cihazın kamerasından və ya mikrofonundan istifadə etdiyini müəyyənləşdirə biləcək.
"HarmonyOS 3.0" ilk beta versiyası "Huawei P50" və "Mate 40" flaqman smartfon seriyalarında artıq aktivdir. Yeni əməliyyat sistemini 2021-ci ildə satışa çıxarılmış "Huawei MatePad Pro 12.6" planşetinin istifadəçiləri də nəzərdən keçirə bilərlər. Əməliyyat sisteminin yeni versiyasının beta testi hələ ki, yalnız Çində aktivdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
26 Aprel
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
26 Aprel
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
26 Aprel
STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək
26 Aprel
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə ...
26 Aprel
Milli Məclisin sədr müavini Adil Əliyev: “Ağdam rayonunda əsası qoyulmuş məktəb Azərbaycan-Qırğızıs...
26 Aprel
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində işt...
26 Aprel
Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB...
26 Aprel
Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib...
26 Aprel
“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridi...
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!