Yəməndə həbsxanaya hava hücumu nəticəsində azı 70 nəfər ölüb
Yəmənin şimalında yerləşən Saada şəhərində yerləşən həbsxanaya hava hücumu nəticəsində azı 70 nəfər ölüb, 138 nəfər yaralanıb.
AZƏRTAC Əl-Cəzirə telekanalının saytına istinadla xəbər verir ki, “Sərhədsiz Həkimlər” tibbi xeyriyyə təşkilatının rəsmisinin sözlərinə görə, səhər saatlarında Saada şəhərinin şimalında müvəqqəti saxlanma məntəqəsi bombalanıb.
Hava hücumunun koalisiya qüvvələri tərəfindən həyata keçirildiyi bildirilsə də, koalisiyanın sözçüsü bu məlumatı təkzib edib. Onun sözlərinə görə, koalisiya Yəməndəki Humanitar Məsələlərin Koordinasiya Ofisinə və Beynəlxalq Qızıl Xaç Komitəsinə faktlar və təfərrüatlar barədə məlumat verəcək. Koalisiya qüvvələrinin sözçüsü qeyd edib ki, Saada şəhərindəki hədəf BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi ilə razılaşdırılmış siyahılarda yer almayıb və üçüncü Cenevrə Konvensiyasında nəzərdə tutulan standartlara cavab vermir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ankaranın Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
28 May
Türkiyə Prezidenti “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı paylaşımlar edib
28 May
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri başa çatıb
28 May
Mayın 28-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 597 doza vaksin vurulub
28 May
Hyustonda 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
28 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb
28 May
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ilə bağlı paylaşım edib
28 May
Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub
28 May
Vaşinqton meri 28 May – Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb
28 May
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvidən
28 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!