“Yay məktəbi” gənclər arasında mənəvi dəyərlərin təbliğinə böyük töhfə verəcək
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri üçün İsmayıllı rayonunda 5 günlük "Yay məktəbi” təşkil edilib. Yay düşərgəsində fondun müraciəti əsasında 7 universitetin tələbələri, o cümlədən şəhid ailələrindən olan tələbələr iştirak edirlər.
Açılış mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin İsmayıllı rayonunda yerləşən abidəsi ziyarət edilərək xatirəsi ehtiramla anılıb. Tədbiri giriş nitqi ilə açan Fondun icraçı direktoru Mehman İsmayılov fondun məqsədləri, fəaliyyət istiqamətləri, həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verib. M.İsmayılov vurğuladı ki, gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün onlar geniş dünyagörüşünə, yüksək mədəni keyfiyyətlərə malik olmalı, milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməlidirlər. Gənclərimiz bizim milli kimliyimizi, tariximizi, dilimizi, dəyərlərimizi yaxşı bilməlidirlər. "Yay məktəbi”nin təşkil edilməsində əsas məqsəd regionun tarixi abidələri, mədəniyyəti ilə yaxından tanış olmaq, dəyərlərimizi öyrənməkdir.
"Yay məktəbi”nin iştirakçıları İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Lahıc qəsəbəsində yerləşən tarixi "Ağalo”, "Bədöyün” və "Zəvəro” məscidləri, tarixi hamamı, Lahıc Tarix Diyarşünaslıq Muzeyini, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Çotari kilsəsi, Alban-Udi mədəniyyət evini, "Azərbaycan Udi ocağı”nı ziyarət edib, İvanovka kəndində Molokan Ruhani Xristian dini icması və İvanovka kənd folklor qrupu ilə tanış olublar.
"Yay məktəbi”ndə fondun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılovun "Müasir gənclər və dəyərlərimiz”, icraçı direktorun müavini Rəfi Qurbanovun "Azərbaycanda müxtəliflik və interkulturalizm” mövzusunda mühazirələri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasovun çıxışı dinlənilib, müxtəlif intellektual yarışlar keçirilib, eyni zamanda tələbələrin iştirakı ilə mədəniyyətimizin incilərindən olan milli rəqslər və filmlərdən maraqlı səhnəciklər ifa olunub.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!