14 Oktyabr 2025 08:20
638
SİYASƏT
A- A+
Yaxın Şərqdə sülhün təminatı və Azərbaycan təcrübəsi

Yaxın Şərqdə sülhün təminatı və Azərbaycan təcrübəsi


Prezident İlham Əliyevin Misir Sammitinə dəvət edilməsi bu amildən doğur


Dünən Misirdə yalnız Yaxın Şərqin deyil, dünyanın gələcək taleyini həll edə biləcək sammit keçirilib. Şarm-əl-Şeyxdə Qəzza bölgəsinin gələcəyi ilə əlaqədar təşkil olunan sammitdə qlobal siyasətdə söz sahibi olan dövlətlərin başçıları iştirak ediblər.

Həyata keçirdiyi müstəqil siyasətlə qlobal nüfuzu artan, adı dünyanın tanınmış siyasətçiləri arasında çəkilən, etibarlı tərəfdaş statusuna sahiblənən Prezident İlham Əliyev də sammitə dəvət olunanlar sırasında yer alıb. İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak edib.

Qeyd edək ki, bu yüksəksəviyyəli siyasi tədbirə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliya Nazirlər Şurasının Sədri Corcia Meloni, İspaniyanın Baş naziri Pedro Sançes, həmçinin Yaponiya, Hindistan, Kanada, Yunanıstan, Bəhreyn, Əl-Küveytin, Qətər və İordaniyanın xarici işlər nazirləri, eləcə də BMT və Avropa İttifaqının təmsilçiləri qatılıblar.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən sammitə şəxsən dəvət olunması isə artıq Azərbaycanın qlobal siyasətdə özünəməxsus yer tutduğunu göstərir. Azərbaycan Prezidentinin Yaxın Şərq Sülh Sammitinə dəvət alması heç də təsadüfi xarakter daşımır. Ölkəmiz Suriyaya yardım məqsədilə təbii qaz ixrac etməsi faktı Prezident İlham Əliyevin humanist baxışlarını göstərməklə yanaşı, sülhə doğru addım atan siyasi liderlik qabiliyyətində olduğunu da nümayiş etdirir. Bütün bunlar Azərbaycan Prezidentinin dünya liderləri sırasında sülhsevər dövlət başçısı kimi nüfuzunu möhkəmləndirir.

Azərbaycan özünün praqmatik siyasi xətti və iqtisadi inkişafı ilə dünya birliyində layiqli yerini tutub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq regional oyunçu statusundan çıxaraq, qlobal səviyyədə problemlərin həllində iştirak edən ölkəyə çevrilməkdədir. Ümumiyyətlə, xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb və həssas bölgəsində - coğrafi baxımdan Qərb və Şərqin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında, strateji yanaşmalarda isə geosiyasi və geoiqtisadi maraqların üst-üstə düşdüyü ərazidə yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir. Məhz bu siyasət nəticəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu yetərincə yüksəkdir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca ölkəmizin 2017-2019-cu illər üçün 176 səs lehinə olmaqla BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi, 2019-cu ildə isə dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürməsi xarici siyasətimizin nailiyyətləri kimi tarixə yazılıb.

Həyata keçirdiyi müstəqil siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev hadisələri düzgün analizetmə, doğru qərarvermə bacarığı, uğurlu hücum diplomatiyası ilə ölkəmizi həm də dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Müasir dünyamızın acı reallıqları fonunda İlham Əliyev coğrafi cəhətdən elə də böyük olmayan dövləti - Azərbaycanı beynəlxalq siyasətin subyektindən onun mühüm aktoruna çevirib. Azərbaycan qısa zaman ərzində Avropanın enerji təhlükəsizliyinin təminatçısı statusuna sahiblənib. 

Təkcə son illərin xarici siyasətinin uğurlarına nəzər yetirsək aydın şəkildə görərik ki, ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Həmçinin Azərbaycan da bir çox böyük dövlətlərlə strateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır.

Əlbəttə ki, Azərbaycanın strateji tərəfdaşlıq etdiyi ölkələrin sayının artmasını, müttəfiqlərinin  coğrafiyasının genişlənməsini şərtləndirən əsas amil isə İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərimizdir. 

Bu gün İlham Əliyev şəxsiyyətinə, liderliyinə, geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, dövlətimizin başçısı təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, o, ümumiyyətlə, dünya miqyasında tanınan qlobal liderliyi etiraf olunan şəxsiyyətdir. Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud prblemlərinin  həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. Yəni İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Buna misal olaraq İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü qlobal təşəbbüslər, mühüm təklifləri göstərmək olar. 

Prezident İlham Əliyev beynəlxalq siyasət arenasında artan nüfuzu və strateji yanaşmaları ilə diqqət çəkir. Bu da onu göstərir ki, İlham Əliyev yalnız Azərbaycanın milli maraqlarını qorumaqla kifayətlənmir, eyni zamanda regiondakı və qlobal səviyyədəki sülh və sabitlik proseslərinə təsir edir. Prezident Ilham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı da bu nüfuzun daha da gücləndiyinin təsdiqidir.

İlham Əliyevin məsələlərə diplomatik yanaşması Azərbaycanı yalnız regionda deyil, həm də beynəlxalq aləmdə etibarlı və nüfuzlu bir tərəfdaş kimi tanıdıb. Yaxın Şərq Sülh Sammitində iştirak edən Prezident Əliyev Azərbaycanı yalnız enerji ixracatçısı kimi deyil, həm də beynəlxalq sülh və təhlükəsizlik məsələlərində fəal iştirak edən bir aktor olaraq təqdim edib. Bu onun Azərbaycanın beynəlxalq məsələlərdə yalnız regional deyil, qlobal məsələlərdə də mühüm söz sahibi olduğunu göstərir.

Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitindəki iştirakı Azərbaycanın qlobal siyasətdəki artan rolunu bir daha nümayiş etdirir. Onun diplomatik ustalığı, regiondakı və dünya miqyasında sülhün bərpa edilməsinə yönəlmiş səyləri, həmçinin Azərbaycanın multikultural dəyərlərə və beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyət onu qlobal siyasət arenasında etibarlı və güclü bir lider olaraq tanıdır. Bu, yalnız Azərbaycan üçün deyil, bütün dünyada sabitlik və qarşılıqlı anlaşmanın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb  

12:52
14 Noyabr

Berlində Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib  

12:50
14 Noyabr

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq  

12:36
14 Noyabr

Analitik qeyd edir ki, Bakıda keçirilən COP29-la bağlı aparılan tənqidlər, kampaniyalar və bəyanatlar bu gün real nəticələrin fonunda tamamilə iflasa uğrayıb  

12:35
14 Noyabr

On ayda orta illik inflyasiya 6 faizə yaxın olub  

12:34
14 Noyabr

Azərbaycan Mərkəzi Asiya ölkələrinin Ticarət və İnvestisiya Nazirləri Şurasının ilk iclasında təmsil olunub  

12:33
14 Noyabr

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib  

12:32
14 Noyabr

Konstitusiya Məhkəməsində beynəlxalq konfransın iştirakçıları ilə görüş keçirilib

12:31
14 Noyabr

On ayda ölkədə 106,4 milyard manatlıq ÜDM istehsal olunub

12:31
14 Noyabr

Ermənistan ABŞ-la “Tramp marşrutu”nun iki icarə variantını müzakirə edir

12:29
14 Noyabr

Böyük Qayıdış: Növbəti köç karvanı Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə yola salınıb

12:28
14 Noyabr

Bu ilin on ayında müavinətlər üzrə 964, Prezident təqaüdləri üzrə 617 milyon manat ödənilib

12:28
14 Noyabr

Prezident: Azərbaycan müasir dəmir və avtomobil yolları infrastrukturuna böyük sərmayələr yatırır

12:28
14 Noyabr

ABŞ Alyaskada neft hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırıb  

12:25
14 Noyabr

Ankarada Gürcüstanda qəzaya uğrayan təyyarədə həlak olan hərbçilərlə vida mərasimi keçirilib  

12:24
14 Noyabr

Paşinyan: Ermənistan Türkiyə ilə Azərbaycan arasında tranzit yükdaşımaları təmin etməyə hazırdır  

12:24
14 Noyabr

Azərbaycan Prezidenti: Nəqliyyat xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımız qardaş dövlətlərin iqtisadi inkişafının zəmanətidir  

12:22
14 Noyabr

Naxçıvanda ixrac potensialı artıb

12:20
14 Noyabr

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

12:19
14 Noyabr

Suqovuşan uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman 

12:17
14 Noyabr

İordaniya Haşimilər Krallığının şahzadəsi COP30-da Azərbaycan pavilyonunu ziyarət edib

12:16
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!