20 İyun 2025 09:00
356
İQTİSADİYYAT
A- A+
Yaşıl tarlaların ağ libasa bürünməsinə çox vaxt qalsa da...

Yaşıl tarlaların ağ libasa bürünməsinə çox vaxt qalsa da...


Neftçalada pambıqçılıqla bağlı geniş müşavirə keçirilib


Neftçalada rayon icra hakimiyyətinin təşəbbüsü ilə Dövlət Aqrar İnkişaf Mərkəzinin, Statistika İdarəsinin, Su Meliorasiya Sistemləri İstismarı İdarəsi rəhbərlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, xam pambıq tədarük edən şirkətlərin yerli nümayəndələrinin, pambıqçı fermerlərin, Sudan İstifadəedənlər birliklərinin sədrlərinin iştirakı ilə "Pambıqçılıqda mövcud vəziyyət və qarşıda duran vəzifələr" mövzusunda növbəti seminar-müşavirə keçirilib.

Seminar-müşavirə "Elektron kənd təsərrüfatı informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2019-cu il tarixli fərmanına əsasən, "kənd təsərrüfatı subyektlərinin qeydiyyatı" altsistemi vasitəsilə fermerlərin, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatının aparılması, onların fəaliyyəti üzrə tələb olunan məlumatların və sənədlərin daxil edilməsi,  torpaq sahələrinin xəritələşdirilməsinin təmin edilməsi ilə bağlı pambıqçı fermerlərin və pambıq tədarük edən şirkətlərin yerli nümayəndələrinin məlumatlandırılması üçün təşkil olunmuşdur.

Rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişafı ilə bağlı Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar, verdiyi tapşırıq və tövsiyələr sayəsində ölkəmizdə pambıqçılığın sürətli inkişafına qısa müddətdə əlverişli şərait yaradıldığını, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsini, pambıqçılığın inkişafı ilə bağlı aparılan siyasətin bütün regionlarda olduğu kimi, Neftçala rayonunda da öz bəhrəsini verdiyini  qeyd edərək bir sıra məqamları diqqətə çatdırmışdır.

Seminar-müşavirədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən pambıq əkininin bəyan edilməsi ilə yanaşı, torpaq sahəsinin xəritələrinin çəkilməsinin təmin olunması, su ehtiyatlarından səmərəli istifadə edilməklə pambıq sahələrinə vegetasiya suyunun vaxtında verilməsi, rayonun su limitini nəzərə alaraq taxıl biçinindən sonra pambıq əkininin aparılması, fərdi qaydada pambıq əkini aparan fermerlərin maarifləndirilməsi, xam pambıq tədarük edən şirkətlərin fermerlərlə bağlanmış pambıq müqavilələrinin şərtlərinə əməl olunması, sudan istifadə ilə bağlı müqavilə əsasında pambığın vegetasiya suyunun növbəlilik prinsipinə əsasən təmin edilməsi mövzusunda geniş müzakirələr aparılmış, müvafiq təlimatlar, tövsiyələr verilmişdir.

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən - direktor müavini Elsevər Əsədov çıxış edərək pambıq əkini həyata keçirən fermerlərin bəyan zamanı xəritələrin çəkilməsi zərurəti, habelə bu istiqamətdə atılmış addımlar, xəritələrin çəkilməsi proseduru, bu zaman yarana biləcək texniki və ya digər çətinliklər, xəritələrin çəkilmədiyi halda məhsul subsidiyasının verilməsində yarana biləcək problemlər barədə  pambıqçı fermerləri ətraflı məlumatlandırmışdır.

Neftçala Su Meliorasiya Sistemləri İstismar İdarəsinin müdiri Təbriz Eyyubov isə  2025-ci ildə rayon ərazisində xam pambıq tədarükü edən şirkətlər - "Prime Cotton", "P-Aqro", "Azərpambıq ASK", "Aztəsərrüfat" MMC ilə  bağlanmış müqavilələr əsasında  1415 fermerin becərdiyi 7 min 116 hektar pambıq əkininin suvarma suyu ilə təmin olunmasından, fərdi qaydada becərilən pambıq sahələrinin su ilə təmin edilməsindən, o cümlədən suvarma dövründə görülən işlərdən geniş söhbət açaraq bir sıra məsələləri  diqqətə çatdırmışdır.

Həmin şirkətlər adından çıxış edən "P-Aqro" MMC Neftçala rayon bölməsinin müdiri Mustafa Əliyev 2025-2026-cı ilin məhsulu üçün rayon ərazisində 335 nəfər fermerlə 1300 hektar sahədə pambıq əkini ilə əlaqədar müqavilə bağlandığını, bəyan olunmuş 1300 hektar torpaq sahəsində şirkət tərəfindən naturada torpaq sahələrinin xəritələrinin çəkilərək başa çatdırılmasını, vegetasiya suyunun verilməsində çətinliklərin olmamasını, fermerlərlə bağlanmış müqavilə şərtlərinə əsasən müvafiq tədbirlərin görülməsini diqqətə çatdırmışdır.

Tədbirdə pambıq əkini bəyan olunmuş torpaq sahələrinin xəritələşdirilməsinin təmin edilməsi ilə bağlı pambıqçı fermerlərə, xam pambıq tədarük edən şirkətlərin yerli nümayəndələrinə müvafiq tövsiyələr verilmiş, xəritəçəkmə prosesi ilə bağlı sual doğuran fikirlərə aydınlıq gətirilmişdir. Sudan İstifadəedənlər birliklərinin sədrlərinə, pambığın vegetasiya dövründə fermerlərə suyun vaxtında və növbəlilik əsasında verilməsi, su müqaviləsinin şərtlərinə əməl olunması ilə əlaqədar müvafiq tövsiyələr verilmiş, eyni zamanda fermerləri düşündürən, narahat edən məsələlər dinlənilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmış, səsləndirilən təkliflər nəzərə alınaraq tədbirlərin görüləcəyi bildirilmişdir.


Seyran CAVADOV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!