Yaradılan şəraitdən razıyıq
Dövlətimizin diqqətdə saxladığı mühüm məsələlərdən biri də gənclər siyasətidir. Bu gün ölkəmizdə gənclərin intellektual səviyyəsinin artırılmasına, elmə, təhsilə yiyələnmələrinə, eyni zamanda rifahının yüksəldilməsinə xüsusi önəm verilir. Azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsinə, gənclərin dövlət və hökumət strukturlarında təmsil olunmasına çalışılır. İstənilən sahədə biz gənclərə geniş yer verilir, önə çəkilirik.
Bu siyasət paytaxtla yanaşı, bölgələrimizdə də yürüdülməkdədir. Bu günlərdə Salyan Rayon İcra Hakimiyyətində respublikanın müxtəlif ali təhsil ocaqlarında təhsil alan bir qrup tələbə və rayon gəncləri ilə görüş keçirildi. Görüşdə dövlətin gənclər siyasətindən, gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıldı. Maraqlı diskussiya şəraitində keçən tədbirdə gənclərin arzu və təklifləri də dinlənildi. Ağsaqqal və ziyalılar gənclərə biliklərə dərindən yiyələnməyi, dövlətçiliyə, vətənə sadiq vətəndaş olmağı tövsiyə etdilər.
Əlbəttə, biz gənclər göstərilən bu qayğıdan çox razıyıq. Belə tədbirlər, aldığımız öyüd və məsləhətlər bizi daha fəal və məsuliyyətli olmağa sövq edir. Odur ki, gənclərə yaradılan şəraitdən maksimum faydalanmalı, daha böyük əzmlə çalışmalıyıq...
Elgün MİRZƏYEV,
Salyan
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!