Xristian Liderlər Konqresinin prezidenti: “Cəbrayılda erməni vandalizminin acı nəticələri, dağıntılar məni dəhşətə gətirdi”
Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Xristian Liderlər Konqresinin prezidenti, ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının sabiq müvəkkili Conni Mur ilə görüşüb.
DQİDK-dən AZƏRTAC-a bildirilib ki, görüşdə M.Qurbanlı ölkəmizdə multikultural, tolerant ənənələrə verilən dəyər və dinlərarası harmoniya haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkədəki dini durumun sabitliyi, tolerantlığın səviyyəsinin yüksək olması, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyin olmaması qeyri-islam dini qurumların fəaliyyətinə əlverişli şərait yaradır. Azərbaycanda 37 qeyri-islam dini qurumun dövlət qeydiyyatına alındığını diqqətə çatdıran komitə sədri islam təmayüllü dini icmalarla yanaşı onlara da dövlət büdcəsindən maddi yardım göstərilməsinin artıq ənənəyə çevrildiyini qeyd edib.
Söhbət zamanı ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının bu yaxınlarda yaydığı arayışa da toxunan M.Qurbanlı sənəddə heç bir fakta söykənməyən qərəzli mövqe sərgiləndiyini diqqətə çatdırıb. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın işğal dövründə torpaqlarımızda etnik təmizləmə və soyqırımı həyata keçirməsi, Azərbaycan toponimlərini erməniləşdirməsi, yüzlərlə tarixi-mədəni abidə ilə yanaşı, mövcud olan 60-dan çox məscidi, 200-ə yaxın ziyarətgahı dağıtması və yarımuçuq məscidlərdə heyvan saxlamaqla dini dəyərləri təhqir etməsi, eləcə də Qafqaz Albaniyası mədəni irsinə və pravoslav kilsəsinə aid olan xristian məbədlərində saxtalaşdırma işləri görərək qriqoryanlaşdırması və ya dağıtması barədə faktların sözügedən arayışda yer almaması ilə yanaşı, əsassız iddiaları irəli sürməsi təəssüf doğurur. DQİDK sədri hesabatların daha obyektiv və dürüst tərtib edilməsi, real vəziyyətlə tanış olmaları üçün ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının üzvlərinin ölkəmizə səfər etmələrinin zəruriliyinə də toxunub.
Xristian Liderlər Konqresinin prezidenti Conni Mur ölkəmizə səfəri çərçivəsində Cəbrayılda olarkən erməni vandalizminin acı nəticələrini, dağıntıları öz gözləri ilə gördüyünü və bu mənzərədən dəhşətə gəldiyini bildirib. O, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini sevinclə qarşıladığını deyib. Ölkəmizə səfərləri zamanı daim xalqımızın yüksək tolerant və multikultural mənəviyyatının, cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühitinin canlı şahidi olduğunu diqqətə çatdırıb.
Görüşün sonunda qonağa ölkəmizdəki dini tolerantlıq mühitini özündə əks etdirən xatirə hədiyyəsi təqdim edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Vitse-spiker Adil Əliyev: “Azərbaycanın qüdrətinə heç kəs kölgə sala bilməz ”
29 Aprel
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
29 Aprel
Türkiyə bu namizədi dəstəkləyir - KİV
29 Aprel
Baş nazirdən istefa açıqlaması
29 Aprel
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
Havanın temperaturu iqlim normasından yüksəkdir, isti hava şəraiti mayın 2-dək davam edəcək ...
29 Aprel
Yəmən limanı yaxınlığında gəmiyə hücum etdilər - MƏLUMAT
29 Aprel
Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik ...
29 Aprel
İnsan hərəkətlərini imitasiya edən robot təqdim olunub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!