01 Dekabr 2021 18:25
551
İQTİSADİYYAT
A- A+
“Xocasən” stansiyasında tikinti-quraşdırma işləri tamamlanır  

“Xocasən” stansiyasında tikinti-quraşdırma işləri tamamlanır  

“Bənövşəyi xətt”in Xocasən qəsəbəsində inşa olunan elektrik deposunun ərazisində yerüstü stansiya inşa olunur. Bu, metropolitenin sayca 27-ci və 2-ci yerüstü stansiyası olacaq.

AZƏRTAC xəbər verir ki, gələcəkdə xətdə 7 vaqonluq qatarlar hərəkət edəcəyindən bu stansiyanın da platformasının uzunluğu müvafiq ölçüdə - 144 metrdir. Platformada tikinti-quraşdırma tədbirləri tamamlanıb və orada üzlənmə işlərinə başlanılacaq.

“Nərimanov” elektrik deposu ərazisində yerləşən “Bakmil” stansiyasından fərqli olaraq, burada platformanı stansiya girişi ilə 59 metrə yaxın uzunluğu olan keçid birləşdirəcək. Sərnişinlər platforma səviyyəsinə iki eskalator və pilləkənlər vasitəsilə qalxa biləcəklər. Eskalatorların quraşdırılması başa çatdırılıb, qarşıdakı müddətdə onların sazlanması, sınaq və tənzimlənmə işləri yerinə yetiriləcək.

Stansiya vestibülü və keçiddə üzlük işlərinin böyük hissəsi başa çatdırılıb. Döşəməyə İtaliya və Ukrayna istehsalı olan qranit, divarlara keramoqranit vurulur. Ümumi uzunluğu 165 metr olan vestibül və buradakı xidməti otaqlarda son tamamlama işləri aparılır.

Tunellərdən depo ərazisinə girişdən, yəni portaldan stansiyayadək 806 metrlik xəttin yol infrastrukturunun böyük qismi icra olunub. Burada yollara iqtisadi, praktiki eləcə də hərəkətin rəvanlığı, təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malik dəmir-beton şpallar döşənir. Yoldəyişdiricilər də dəmir-beton tirlər üzərində qurulub.

Stansiyanın əvvəllər tikintinin ikinci mərhələsində inşa olunması nəzərdə tutulsa da, Xocasən qəsəbəsi üçün əhəmiyyəti nəzərə alınaraq, birinci mərhələnin sonunda tam hazır vəziyyətə gətiriləcək. Bu isə nəinki qəsəbə sakinləri və bura üz tutan sərnişinlərin, eyni zamanda, bir sıra yerüstü nəqliyyat vasitələrini bu stansiyaya bağlamaqla şəhərin şimal girişi istiqaməti və “20 Yanvar” meydanındakı nəqliyyat sıxlığına da nisbətən təsir göstərə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!