13 Oktyabr 2025 15:39
609
CƏMİYYƏT
A- A+
Xocalının Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanıb  

Xocalının Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanıb  


Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təşkil olunan imzalanma mərasimində nazirliyin, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin əməkdaşları, nazirliyin Aparatı və tabeliyində olan qurumların məsul şəxsləri, Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, kənd sakinləri, fermerlər və sahibkarlar iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Leyli Ağayeva bildirib ki, Ballıca və Xanyurdu kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli Fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirilir.

Şöbə müdiri qeyd edib ki, Ballıca və Xanyurdu kəndləri üzrə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinlərindən müraciətlərin qəbulu prosesi I mərhələdə 30 may – 30 iyun, II mərhələdə isə 15 avqust – 15 sentyabr tarixləri arasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə aparılıb. Ümumilikdə Ballıca və Xanyurdu sakinlərindən kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı 177 müraciət daxil olub. Torpaqların istifadəyə verilməsi prosesinin nəzərdə tutulan vaxtda yekunlaşdırılması məqsədilə Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən kənd sakinlərinə hərtərəfli texniki dəstək göstərilib.

Daxil olan müraciətlər təhlil edilib, təqdim edilən parsellərə müraciətlər çox olduğu üçün Qaydalara əsasən birləşmə imkanları barədə məlumatlandırma aparılıb. Nəticədə, müraciətləri təsdiqlənmiş şəxslərdən 64 nəfər tərəfindən 8 kooperativ, 14 nəfər tərəfindən isə 4 ailə kəndli təsərrüfatı formalaşdırılıb. İlk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə kooperativlər və ailə kəndli təsərrüfatlarında birləşmiş kənd sakinləri arasında icarə müqavilələri imzalanıb. Qaydalara əsasən, istifadəsinə torpaq sahələri verilmiş kənd sakinləri torpaqlardan təyinatına uyğun istifadə etməli, ərazinin iqlim şəraitinə uyğun və mütəxəssislərin tövsiyə etdikləri bitkiləri yetişdirməli, yalnız sertifikatlı toxum və tinglərdən istifadə etməli, torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görməlidirlər. Müəyyən olunmuş qaydalara əməl etməyən sakinlərlə bağlanmış icarə müqavilələrinə xitam veriləcək, torpaq sahələri təyinatına uyğun istifadə üçün digər kənd sakinlərinin istifadəsinə veriləcək.

İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik bitkilər üçün isə 5 il təşkil edir. Növbəti illərdə torpaqdan səmərəli istifadənin nəticələrinə uyğun olaraq müqavilələrin müddəti uzadıla bilər.

Tədbir çərçivəsində kənd sakinlərinə aqrar sahədə dövlət dəstəyi tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların göstərdiyi xidmətlər, aqrar subsidiya mexanizmi, texnika və damazlıq heyvanların alınmasının maliyyələşdirilməsi, kənd təsərrüfatı təyinatlı kreditlərin ayrılması, müasir suvarma sistemlərindən istifadənin əhəmiyyəti və aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı məlumatlandırma sessiyaları təşkil olunub, fermerlərin Xankəndində keçirilən Aqrar Biznes Festivalında iştirakı təmin edilib.

Xatırladaq ki, kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı keçirilən təlimlərdə Ballıca və Xanyurdu kəndləri üzrə torpaqların istifadəyə verilməsi üçün EKTİS vasitəsilə müraciətlərin qəbulu qaydaları, şərtlər və tələblər, müasir suvarma sistemlərinin əhəmiyyəti, səmərəli təsərrüfatçılığın təşkili, texnikalardan səmərəli istifadə qaydaları, tərəvəzçilik, bitkiçilik, meyvəçilik, əkinçilik, aqrar sahədə fermerlərə göstərilən dövlət dəstəyi tədbirləri, işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları və iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsirləri mövzularında məlumatlandırma aparılıb.

Təlimləri uğurla başa vuran kənd sakinlərinə sertifikatlar təqdim olunub. Müqavilə imzalayan bütün fermerlər qeyd edilən təlimləri uğurla başa vurub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

Süni intellektə tələbat yaddaş çiplərinin qiymətini rekord həddə çatdırıb  

18:39
22 Sentyabr

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

18:34
22 Sentyabr

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:32
22 Sentyabr

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub

18:28
22 Sentyabr

 Şirin içkilərin tez-tez qəbulunun gizli təhlükəsi 

18:28
22 Sentyabr

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

18:18
22 Sentyabr

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

18:13
22 Sentyabr

Tarixdə ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxılıb

18:04
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!