Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ankarada anım tədbiri keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Türkiyədə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri də Azərbaycanın Türkiyədəki səfirliyi və Ankaranın Keçiörən rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, Keçiörəndəki Azərbaycan parkında yerləşən Xocalı soyqırımı abidəsi qarşısında “Unutmayacağıq, unutdurmayacağıq!” şüarı altında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Keçiörən rayon bələdiyyəsinin ilk addımları atanlardan olduğunu diqqətə çatdıran səfir Xəzər İbrahim rayon rəhbərliyinə minnətdarlıq edib. O deyib ki, bu dəfə əvvəlki illərdən fərqli olaraq Xocalı soyqırımı abidəsinin önündə qalib ölkənin vətəndaşları olaraq toplaşmışıq. Bu zəfəri Azərbaycana Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur ordumuz qazandırıb.
Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok deyib ki, Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacağıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun Qələbəsini tarixi hadisə kimi dəyərləndirən sədr vurğulayıb ki, torpaqların işğaldan azad olunması şəhidlərin ruhunu şad edib.
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun təmsilçisi Soltan Məmmədov çıxışında fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər barədə danışıb. O, işğalçı Ermənistanın Xocalı soyqırımını törətməkdə əsas məqsədlərindən birinin Azərbaycan xalqını qorxutmaq olduğunu deyib. Qəddar düşmən 44 günlük Vətən müharibəsində də Azərbaycanın dinc əhalisini, mülki obyektləri hədəf alaraq öz amansızlığını nümayiş etdirib. Bütün hallarda düşmənin məqsədi xalqımızın mübarizə əzmini qırmaq olub. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!” ifadələrini xatırladan deputat bildirib ki, qəhrəman ordumuzun rəşadətlə başa vurduğu savaşda Azərbaycan-Türkiyə qardaşlığı bir daha bütün dünyaya nümayiş olundu.
Xocalı şəhidləri qarşısında ehtiramla baş əydiyini söyləyən Ankara Universitetinin rektoru Necdet Ünüvar şəhidlərimizin qanı bahasına əldə etdiyimiz Zəfəri tarixi Qələbə kimi dəyərləndirib. O, rəhbərlik etdiyi təhsil müəssisəsi ilə Azərbaycan universitetləri arasındakı layihələrdən də bəhs edib.
Qırx dörd günlük müharibənin nəticəsi olaraq təcavüzkar Ermənistanın təslimçilik aktına imza atdığını xatırladan Keçiörən rayonunun icra başçısı Uğur Bulut qazanılan Zəfərlə bölgədə yeni siyasi mənzərənin yarandığını vurğulayıb. O bildirib ki, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası Azərbaycanın və Türkiyənin ortaq uğurudur.
Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı soyqırımı abidəsi önünə qərənfillər düzüblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfd...
27 Aprel
DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keç...
27 Aprel
Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!