26 Fevral 2026 12:47
138
DÜNYA
A- A+
Xocalı soyqırımı qurbanlarının abidəsi ziyarət edilir  

Xocalı soyqırımı qurbanlarının abidəsi ziyarət edilir  

O il qış Qarabağ dağlarına çox sərt gəlmişdi. Xocalı sakinlərini isə qışın soyuğundan daha çox müharibənin amansız soyuğu üşüdürdü.

Fevralın 25-dən 26-na keçən gecənin yarısına yaxın yer-göy lərzəyə gəldi. Təpədən dırnağa qədər silahlanmış erməni quldur birləşmələri şəhərə hücuma keçdilər. Tankların gurultusundan, topların harayından, mərmilərin partlayış səsindən qulaq tutulurdu. Sakinlər od tutub yanan evlərdən çıxaraq xilas olmağa çalışırdılar. Körpələr ağlayır, analar fəryad çəkir, qocalar dua edir, cavanlar onları xilas etməyə, ölümün cəngindən qurtarmağa çalışırdılar...

...O gecə səhərədək od tutub yanan evlərin tüstüsü ərşə bülənd oldu.. O gecə səhərədək qarla örtülü meşələrdən məsum körpələrin, əli hər yerdən üzülmüş köməksiz sakinlərin, qoca və qarıların fəryad səsi eşidildi, səhərədək dağlar, qayalar, qarlı yollar qan ağladı O gecə yer-göy, dağ-daş bu amansız və dəhşətli faciəyə yas saxladı...

Həmin müdhiş gecə erməni qəddarlığının və qaniçənliyinin növbəti nümayişinə çevrildi. Hərbi texnika, top-tüfənglə silahlanmış erməni quldurları Xocalı şəhərinə hücum edərək dinc əhaliyə amansız divan tutdular. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirildi, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qaldı. O gecə tarixə qətliam gecəsi, Xocalı soyqırımı kimi düşdü...

AZƏRTAC xəbər verir ki, həmin gecə baş verən faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılan Xocalı soyqırımı abidəsinin ətrafı hər ilin fevral günləri izdihamlı olur. Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımından bizi 34 illik zaman məsafəsi ayırsa da, abidəni ziyarət etməyə gələnlərin axını səngimək bilmir. Xüsusilə fevralın 26-sı günü soyqırımı abidəsinin ətrafında böyük insan seli müşahidə edilir, ziyarətçilərin ardı-arası kəsilmir. Hava şəraitindən asılı olmayaraq hər kəs əlində gül-çiçək həmin ünvana gələrək günahsız qurbanların əziz xatirəsi önündə hörmət və ehtiramını ifadə edir.

Bu gün də belədir. Səhər saatlarından başlayaraq abidəyə baş çəkməyə gələn çoxlu ziyarətçi axını var, insan axını ara vermir. Abidə övladını itirmiş ananın səssiz fəryadının ağrısını simvolizə edir. Əllərində şəhidlik rəmzinə çevrilmiş qırmızı qərənfil tutan idarə, müəssisə və təşkilatların, əmək kollektivlərinin nümayəndələri, Xocalı sakinləri, Qarabağ müharibəsi veteranları, qazilər, şəhid ailələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, o cümlədən gənclər və məktəblilər soyqırımı qurbanlarının xatirəsini yad etməyə gəlirlər. Onlarla yanaşı ziyarətçilər arasında ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dini konfessiyaların təmsilçiləri, xarici ölkələrin vətəndaşları da var.

Hamının üzündən hüzn və kədər oxunur. Lakin anım mərasiminin iştirakçılarının simasından əvvəlki illərdən fərqli olaraq dərin kədər hissi ilə yanaşı, qürur hissi də duyulur. 1992-ci ilin qanlı fevral gecəsinin səhəri 2020-ci ilin payızında gəldi. Azərbaycan Ordusu hərb tarixində misli görünməmiş qəhrəmanlıq və şücaət göstərərək Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq uzun illər işğal altında qalan Qarabağ torpağını azad etdi. 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazisi terrorçu və separatçılardan təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə, Xocalıda və digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq Zəfər salnaməsinə yeni parlaq səhifələr yazdı. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qanı yerdə qalmadı.

Bu gün paytaxt və ölkəmizin ayrı-ayrı bölgələri ilə yanaşı Şuşa və Ağdam məscidlərində, Xocalı, Xankəndi şəhərlərində və azad olunmuş digər ərazilərdə də soyqırımı qurbanlarının xatirəsi yad olunur, şəhidlərin ruhuna dualar oxunur.

Xocalı soyqırımı abidəsini ziyarət edənlər AZƏRTAC-ın müxbirlərinə müsahibələr verərək 1992-ci il fevralın 26-na keçən gecə baş verən Xocalı hadisəsini heç vaxt unutmayacaqlarını söyləyirlər. Onlar bu yaxınlarda Xocalı soyqırımını və digər cinayətləri törədənlərin, əli günahsız və dinc sakinlərin qanına batmış Ermənistan vətəndaşlarının ədalət məhkəməsi qarşısında cavab verməsini və onların əməlləri ilə bağlı çıxarılan hökmü tarixi ədalətin təntənəsi kimi dəyərləndiriblər. Azərbaycanın həm öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə, həm də xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri ədalət mühakiməsi qarşısına çıxarmaqla ədalətin bərpasına nail olduğunu vurğulayıblar.

İndi Xocalıya yeni həyat qayıdır, işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Uzun illər öz doğma ocaqlarından ayrı düşmüş sakinlər ata-baba yurdlarına qayıdırlar. Erməni millətçilərinin od vurub yandırdığı, viran etdiyi, xaraba qoyduğu Xocalı şəhəri “Böyük Qayıdış” Proqramına uyğun olaraq abad və yaraşıqlı yaşayış məkanına çevrilir. Nəinki Xocalıda, həmçinin Ballıca, Badara, Xanabad, Xanyurdu kəndlərində də sakinlər öz ev-eşiklərinə dönürlər.

Xocalı hər gün boy atır, qarış-qarış, küçə-küçə, məhəllə-məhəllə tikilib abadlaşır, evlərinə qayıdan sakinlərin sayı çoxalır, həyətlərdən gələn səslər çoxalır, yanan işıqların sayı artır, körpə gülüşləri eşidilir. Bu, xalqımızın mənfur düşmən üzərində qazandığı Qələbənin nəticəsi, haqqın, ədalətin təntənəsidir. Müharibənin vurduğu yaralar, sinələrdəki göynərti zaman-zaman çəkilsə də, dünya ictimaiyyəti insanlığa qarşı yönəlmiş bu vəhşi qətliamı, bəşəri cinayəti soyqırımı kimi tanımalıdır. Ziyarətçilərin, şəhər sakinləri və qonaqların, ölkə ictimaiyyətinin başlıca arzusu bundan ibarətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Türkiyə-Azərbaycan-Gürcüstan arasında süni intellekt sahəsində əməkdaşlığın artacağına inanırıq  

16:10
26 Fevral

Xocalı faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub

16:09
26 Fevral

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib YENİLƏNİB-2

16:07
26 Fevral

Finlandiyada Xocalı soyqırımı ilə bağlı kampaniya həyata keçirilir 

16:01
26 Fevral

Sloveniya paytaxtında Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

15:48
26 Fevral

“Sabah” qəzeti: Xocalı ağrısı Türk dünyasının yaddaşında silinməz izlər buraxıb  

15:34
26 Fevral

Mədəniyyət Nazirliyinin kollektivi Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib  

15:32
26 Fevral

Rus politoloq: Xocalıda baş verənlər etnik mənsubiyyətə görə məqsədli məhvetmə aktıdır  

15:18
26 Fevral

Ombudsman Aparatının kollektivi “Ana harayı” abidəsini ziyarət edib

15:13
26 Fevral

AFFA İntizam Komitəsi “Kəpəz”in futbolçusunu cəzalandırıb

15:01
26 Fevral

Kvirikaşvili: Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu dostluğumuzu daha da möhkəmləndirəcək  

14:52
26 Fevral

Azərbaycan və Gürcüstanın iqtisadiyyat nazirləri ikitərəfli əlaqələri müzakirə edib  

14:45
26 Fevral

“Diplomatic World Sweden” saytında Xocalı faciəsi haqqında məqalə dərc edilib  

14:44
26 Fevral

Estoniyalı parlamentarilər Xocalıda törədilən bəşəri cinayəti qətiyyətlə pisləyən bəyanat yayıblar

14:43
26 Fevral

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib  

14:33
26 Fevral

Kiyevdə Xocalı soyqırımı qurbanları anılıb

14:27
26 Fevral

Media: Ağ Ev hərbi əməliyyatların İranı güzəştə getməyə məcbur edəcəyinə inanır

14:25
26 Fevral

Tarixi ədalətin bərpasının parlaq rəmzi  

14:25
26 Fevral

Milli hisslərini itirmiş qrupun nümayiş etdirdiyi mənəvi aşınma

14:02
26 Fevral

Konstitusiya Məhkəməsində Xocalı faciəsinin qurbanları anılıb

14:01
26 Fevral

Nazirlər Kabinetinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

13:49
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!