25 Fevral 2024 08:45
1117
SİYASƏT
A- A+
Xocalı dəhşətləri ağrılı xatirələrdə

Xocalı dəhşətləri ağrılı xatirələrdə

 

"Erməni cəlladları yağış kimi üstümüzə güllə yağdırırdılar. Arx, yarğan kimi bir yerlə sürünə-sürünə Ağdama tərəf irəliləyirdik. Avtomatlı bir nəfər (sonradan məlum oldu ki, İdris Hüseynovdur) "dayanmayın, tez keçin" - deyə bizə tərəf qışqırır, atəş açaraq düşmənlərin bizə yaxınlaşmasına imkan vermirdi. Təxminən 10 dəqiqədən sonra arxamızca gəlib çatan bibimoğlu Məzahir yaralandı, yoldaşı, əmimqızı, iki övladları şəhid oldular. Atamı həmin dəhşətli, qarlı-şaxtalı gecədə don vurdu, Ağdam xəstəxanasına çatdırsaq da, həyatını xilas etmək mümkün olmadı. Böyük Vətən müharibəsi iştirakçısı idi, palatada özünə gələrkən bacıma deyib ki, 5 il faşistlərlə üz-üzə döyüşdüm, belə müsibət görmədim. Qardaşım Şahindən isə hələ də xəbər-ətər yoxdur. O, digər xocalılarla əsir alınaraq Dəhraz kəndindəki fermada saxlanılırmış, sonra 12 nəfərlə birgə harasa aparıblar. İlyarım idi, ailə qurmuşdu, həyat yoldaşı İradə və bacısı da qətlə yetirildilər. Anam belə ağır dərdə dözə bilməyib 6 ildən sonra dünyasını dəyişdi".
Həmsöhbətim Xocalı sakini Məmişova Nazilə Talış qızı böyük əzablarla danışır 32 il öncə baş verənləri... Gözü qarşısında doğmalarının həyatla vidalaşdığı, sağlamlığını itirib əlilə, şikəstə çevrilərək ömürlük yatağa məhkum olduqları, itkinlərindən hələ də bir xəbər çıxmadığı soyqırımı şahidinin bu müddət ərzində bəlkə də 32 min dəfə ölüb-dirildiyinə şübhəm qalmır. Nazilə xanım ovaxtkı M.F.Axundov adına Pedaqoji İnstitutu bitirib. Xocalı şəhər 1 saylı məktəbdə müəllim, 2001-ci ildən təşkilatçı müavin vəzifəsində çalışıb. Goranboy şəhərində məskunlaşıblar. 
Tez-tez kövrəlir, susur, baxışları uzaqlara dikilir, yenə də toparlanıb sözünə davam edir: "Evimiz Xocalının yuxarı hissəsində, Noragux tərəfdə - ermənilərə yaxın olduğundan Ağdam-Əsgəran yolunun üstündəki bibimgilin mənzilinə yığışmışdıq. Xocalının digər igid oğulları kimi qardaşım, həyat yoldaşım da postda dayanmışdılar. Ermənilər şəhəri iriçaplı silahlardan gülləbaran elədilər. Köməksiz əhali ayaqyalın, başaçıq çöllərə, meşəliyə qaçmağa başladılar. Şəhərdən çıxmağa macal tapdıq, yoldaşım məni, anamı və hələ 2 yaşı tamam olmamış qızımı növbə ilə belinə alıb Qarqar çayından keçirdi. Kətik meşəsinə tərəf qaçdıq, ətraf adamla dolu idi... Milli Qəhrəman Aqil Quliyevi yaralı vəziyyətdə xərəkdə aparırdılar. Səhərə qədər meşə ilə yol getdik, hava işıqlaşanda Əsgəran-Naxçıvani yoluna çatdıq. Orada ermənilər bizi atəşə tutdular, təpənin arxasına keçib gizləndik. Əlif Hacıyev və onun dəstəsinin üzvləri Ağdamla rabitə əlaqəsi saxlayıb kömək istədilər. Ermənilər hər tərəfdən bizi mühasirəyə almışdılar. Uşaq, qadın, qoca - kimsəyə aman vermədən BTR-lə hamını qırırdılar. Kolların arasında alagöz, çəhrayı sırğalı bir gəlin düşüb qalmışdı, əvvəl sağ olduğunu zənn etsək də, öldürüldüyünü bildik. Yoldaşım və qızımla Şellidə görüşdük, ancaq ailə üzvlərimizin çoxu Xocalı faciəsinin qurbanı oldular".
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciə - Xocalı soyqırımının 32-ci üldönümü ərəfəsindəyik. Zaman bizi o məşum gündən nə qədər uzaqlaşdırsa da, erməni quldurlarının 366-cı moto-atıcı alayla birgə törətdikləri zorakılıqların miqyası daha da aydınlaşır, heç zaman qaysaqlanmayacaq yaramızın közü qopur, qanayır... 
Xocalı sakini Qalib Bəyməmmədoğlu danışır: "1992-ci il fevral ayının 26-da təpədən-dırnağa silahlanmış erməni daşnakları şəhərimizi yer üzündən sildilər. Xocalı ilə əlaqə gecə ikən kəsilmişdi. Çoxlu sayda əhali həlak oldu. Düşmənin Xocalıda törətdikləri insanlığa sığmayan bəşəriyyət əleyhinə dəhşətli cinayətlərdir. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülümkarlığını kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özünü "məzlum, yazıq, türklərin təqibinə məruz qalan xalq" kimi təqdim edən ermənilərin xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi. Azərbaycan xalqı öz ərazisində soyqırıma məruz qaldı. İşğalçılar heç kimə rəhm etmirdi, qaçaraq canını qurtarmaq istəyənləri avtomatla, pulemyotla güllələyir, tank altında əzirdilər. Məzlum, əliyalın adamların naləsi ərşə dirənmişdi, heç düşmənə bunu bağışlamaq olarmı?! Əlbəttə, xeyr. 28 ildən sonra Müzəffər Ordumuz, igid, qəhrəman oğullarımız tarixi ədaləti bərqərar etdi və Xocalı faciəsinin qisasını aldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azadlığına qovuşdurdu, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın, Xocalıda və digər ərazilərimizdə erməni qətliamına məruz qalan mülki vətəndaşlarımızın qisasını döyüş meydanında aldıq. Artıq biz əllərimizdə qırmızı qərənfillər Xocalı soyqırımının daşlaşmış əksi - "Ana harayı" abidəsini, Şəhidlər xiyabanını, bölgələrimizdəki şəhid məzarlarını alnıaçıq, üzüağ, şəhidlərimizin qisasının yerdə qalmamasından duyduğumuz qürür hissi ilə ziyarət edirik. Ruhunuz şad olsun, uca şəhidlərimiz!"
Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Soyqırımından bir neçə il sonra, o zaman özünü "Dağlıq Qarabağ Respublikasının müdafiə naziri" adlandıran, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan həyasızcasına demişdi: "Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Biz həmin stereotipi dağıtdıq. Və nə baş verdiyini gördünüz".
80 gün erməni əsirliyində olmuş, ən ağır işgəncələrə məruz qalmış Elbrus Abbasov: "Bu faciəyə qədər Xocalı sakinlərinin heç birində ruh düşkünlüyü yox idi. Lakin bilməzdik ki, ovaxtkı rəhbərlik bizə biganəlik göstərəcək. Əsgəran rayonundan Xocalıya avtomobil yolu bir kilometr idi. Həmin yolun açılmasında heç bir iş görülmədi. Nəticədə hər il göz yaşı ilə qeyd etdiyimiz Xocalı soyqırımı törədildi. Soyqırımı gecəsi mən postdan çıxıb evə gəlmişdim. Qəflətən atışma başladı. Elə bil yerlə göy birləşdi. Yarım saat başımızı evdən çölə çıxara bilmədik. Elə bu vaxt çöl qapı möhkəm döyüldü. Sürünə-sürümə gedib qapını açdım. Şahmar Usubov mənə möhkəm və həyəcanlı səslə dedi ki, niyə durmusunuz, ermənilər şəhərə giriblər. Mən atamı, anamı qohumlarla birlikdə şəhərdən uzaqlaşdırdım. Lakin hansı tərəfə qaçdıqsa, ermənilərin hücumuna məruz qaldıq. Yüzlərlə Xocalı sakini kimi Kətik dağına qalxmaq məcburiyyətində qaldıq. Əhali iki istiqamətə ayrılmışdı. Bir hissəsi Qarqarçay istiqamətində Ağdama tərəf, digərləri isə Kətik dağına tərəf üz tutmuşdu. Həmin gecə gözümün şahidiyəm ki, neçə-neçə ayaqyalın çöllərə düşən qadın, uşaq, qoca donvurmadan həlak oldu. Ağbirçəklər, qoca kişilər, körpə uşaqlar dərələrə yuvarlanırdılar. 
Səhər açılanda hamı kimi mən də dönüb Xocalıya baxdım. Bütün şəhər, evimiz od-alov içində idi. Şəhərin içində 30-40 BMP, BRDM tipli hərbi texnikalar hərlənirdi. Qurşağa qədər qar yağmışdı. Elə bir vəziyyət yarandı ki, yolu azdıq. Hansı tərəfə gedirdiksə, erməni kəndi ilə rastlaşırdıq. Təxminən 10-12 nəfər olardıq. Valideynlərim, əmim çox ağır vəziyyətdəydi, yeriməyə taqətimiz qalmamışdı. Ac və susuz idik. Şəhərimizin sakini Səttar Ağayevin kiçik oğlu soyuqdan və aclıqdan gözlərini əbədi yumdu. Ömrümün sonuna qədər həmin hadisə, onun anasının fəryadı gözümün qabağından getməyəcək. İki gün ərzində 100 kilometrdən çox yol qət etdik. Ancaq istiqaməti bilmirdik. Meşənin harasına gedirdiksə, Xocalı sakinlərinin meyitləri ilə, yolda qalan qocalarla, uşaqlarla rastlaşırdıq. 
Fevralın 27-də axşam atamı və əmimi itirdim. Dağdan dərəyə yuvarlandıq. Həmin dərəni sürünə-sürünə çıxanda onları tapa bilmədim. Anamla bibimin əlini buraxmadım. Axşam saat 4-5 radələrində ermənilər bizi Ağbulaq kəndinin ətrafında mühasirəyə aldılar. 2 saata yaxın döyüşdükdən sonra silahı olan üç nəfərin gülləsi qurtardı. Əlimdəki qumbaranı ermənilərə tərəf atmaq istədikdə məni arxadan kimsə möhkəm itələdi. Qranat açılmadan əlimdən düşdü. Özüm isə yuvarlana-yuvarlana erməninin ayağına dirəndim. Qalxmaq istərkən erməni avtomatın qundağı ilə məni vuraraq yerə sərdi. Sonra qollarımı bağlayıb ayağa qaldırdılar. Həmin yerdə hamımızı tərk-silah etdilər. 
Bizi başqa Xocalı sakinləri ilə Naxçıvani kəndinə gətirib donuz fermasına saldılar. Fermanın içində çoxlu sayda Xocalı əsiri saxlanılırdı. Bundan sonra girovluq həyatımın ən ağır günləri başladı. Mənim milis işçisi olduğumu hərbi biletimdən bildilər. Hərbi xidmətdən əvvəl Xankəndidə işlədiyimə görə erməni dilini başa düşürdüm. Məni maşına salarkən ermənilər bir-birilərinə bunu aparaq Anjela xalanın oğlunun qəbrinin üstündə başını kəsək deyirdilər. Həmin erməni qadınının evinə gətirdilər. Evin həyətinə girərkən qapını qara geyimli bir erməni qadını açdı. Yaxınlaşıb üzümə şillələr vura-vura, mənim oğlumu niyə öldürmüsən qışqırdı. Dediyinə görə, Şuşadan atılan mərmilərdən biri onun evinə düşərək oğlunu öldürmüşdü. Ermənilərdən biri həmin qadına dedi ki, bunu aparaq oğlunun qəbrinin üstündə başını kəsək. O isə razılaşmayaraq məni aparıb erməni girovlarla dəyişmələrini istədi".
Azərbaycan xalqı uzun illər ürəyində, yaddaşında bu faciənin ağrılarını yaşasa da, lakin əyilmədi, sınmadı, qisas gününü gözlədi. 2020-ci il sentyabrın 27-də haqq savaşına - Vətən müharibəsinə qalxdı, tarixi Zəfərlə yekunlaşan mücadilədə "dəmir yumruq"la işğalçılara böyük zərbələr vurdu. İndi isə işğaldan azad olunmuş bütün ərazilərimizdəki kimi Xocalıda da bərpa-quruculuq işləri başlayıb, tarixi şəhərimizdən didərgin düşən əhali doğma yurd-yuvasına, dövlətimiz tərəfindən yeni tikilən evlərinə qayıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalıda bayrağımızı dalğalandırması şəhid şəhərin, 32 il öncə orada həyatını itirənlərin ruhunu şadlandırdı. 

Qurban MƏMMƏDOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!