17 Mart 2025 14:53
269
CƏMİYYƏT
A- A+
Xankəndi və Xocalı Novruz bayramına hazırlaşır

Xankəndi və Xocalı Novruz bayramına hazırlaşır


İşğaldan azad edilən Xankəndi şəhəri və Xocalı rayonunda Novruz bayramı hazırlıqları davam edir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu il ilk dəfə olaraq, işğaldan azad edildikdən sonra Xankəndi şəhəri və Xocalı rayonunda Novruza hazırlıq işləri aparılır.

Xankəndi şəhərinin Zəfər meydanında Novruz bayramı öncəsi görülən hazırlıq işləri xüsusilə diqqət çəkir. Mərkəzi meydanda səməni qurulub. Burada müxtəlif bayram əhvali-ruhiyyəli şənliklərin keçirilməsi üçün şərait yaradılır. Bundan əlavə, şəhərdə müxtəlif güllər və kollar əkilib, ağaclar budanıb. Həmçinin Zəfər meydanında konsert proqramı üçün xüsusi konstruksiyalar quraşdırılır.

Xocalı şəhəri və Ballıca kəndində də Novruza hazırlıq işləri görülür. Şəhərdə Novruz bayramı atributları, milli ornamentlərlə bəzədilmiş səməni quraşdırılıb. Novruz bayramı ərəfəsində yazın gəlişi ilə əlaqədar Xocalı şəhəri ərazisində abadlıq və təmizlik işlərini sürətləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yevlax və Ağdaş rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətləri dinlənilib  

17:19
21 Aprel

Fövqəladə hallar naziri Naxçıvan şəhərində vətəndaşların müraciətini dinləyib

17:19
21 Aprel

Kreml Ukraynanın NATO-ya üzvlüyünün istisna edilməsinə dair ABŞ-ın mövqeyindən məmnundur  

17:09
21 Aprel

Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir SƏRƏNCAM

17:08
21 Aprel

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək SƏRƏNCAM

17:07
21 Aprel

Ukrayna gələn qış mövsümü üçün qaz tədarükünə 1 milyard avro axtarır

17:06
21 Aprel

1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında

17:04
21 Aprel

FHN: Nizami küçəsində anbarda baş verən yağın söndürülüb 

16:51
21 Aprel

Robotlarla insanların birgə marafonu baş tutub

16:12
21 Aprel

Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçiriləcək  

16:03
21 Aprel

Dünyanın ən çirkli havası olan şəhərinin sakinləri tənəffüs yolları xəstəlikləri ilə mübarizə aparır  

16:02
21 Aprel

Kənd təsərrüfatı naziri Tərtər və Bərdədə intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub  

16:00
21 Aprel

Baş Prokurorluqda ekoloji hüquqpozma faktları üzrə cinayət işləri başlanıb  

15:59
21 Aprel

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsində ilk sınaq imtahanı keçirilib  

15:57
21 Aprel

Ötən həftə 893,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

15:55
21 Aprel

Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb

15:52
21 Aprel

Yəmən ABŞ-ın hərbi gəmilərinə zərbələr endirib

15:50
21 Aprel

Avropada anbarlara qaz vurulması son səkkiz ayın ən yüksək səviyyəsinə çatıb

15:49
21 Aprel

Laçında 100 ildən çox davamlılığı olan dam örtükləri istehsal edilir

15:46
21 Aprel

İçərişəhərin və Qala Qoruğunun simvoluna çevrilən püstə ağacı: 37 illiyə 37 yaşıl toxunuş  

15:20
21 Aprel

David Aptsiauri: İqtisadi amil Gürcüstan ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsas komponentlərindəndir  

15:19
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!