27 Avqust 2026 15:08
169
İQTİSADİYYAT
A- A+
“Xankəndi” iş başındadır

“Xankəndi” iş başındadır

 “Xankəndi” sualtı tikinti gəmisi yenə iş başındadır. Əslində o, Xəzərdə 10 ildən çoxdur çalışır. Son texniki nailiyyətləri özündə birləşdirən bu nadir gəmi "Şahdəniz-2" çərçivəsində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib.

"Şahdəniz"in əməliyyatçısı - BP şirkəti "Xankəndi"nin layihələndirilməsi və tikintisi barədə dəyəri 400 milyon dollara yaxın olan müqaviləni "Bakı Gəmiqayırma Zavodu" MMC ilə 2014-cü il aprelin 17-də bağlamışdı. 2017-ci il sentyabrın 6-da isə Prezident İlham Əliyev gəminin təqdimat mərasimində iştirak etdi. Dövlət başçısı dedi: "Şadam ki, bu nəhəng gəmi Azərbaycanda, Bakıda inşa edilib. Bu gəmiyə "Xankəndi" adı verilib. Onun da çox böyük mənası var. Xankəndi bizim qədim şəhərimizdir. Xankəndinin adı bizim üçün əzizdir, doğmadır. Təsadüfi deyil ki, dünyada nadir standartlara cavab verən bu gəmiyə məhz bu ad verilmişdir. Bu gəminin tikintisi ölkəmizin gücünü göstərir. Onu göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparıla bilər. Bu gəminin inşası, istifadəyə verilməsi eyni zamanda onu göstərir ki, vaxtilə gəmiqayırma zavodunun tikintisi haqqında verilmiş qərar düzgün qərar idi. O vaxt bu qərarı verərkən və bu zavodun tikintisinə böyük sərmayə ayırarkən biz məhz bu məqsədi güdürdük ki, Azərbaycan istənilən növ gəmini inşa edə bilsin".

"Xankəndi"nin iki iri gövdə bölməsi Bakıya müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə gətirilmişdi. Bunlar Bakı Gəmiqayırma Zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilmiş və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra 2016-cı ilin mayında suya salınmışdı. Həmin vaxtdan bəri gəmi Xəzərdə üzərinə düşən missiyanı layiqincə yerinə yetirir. 

BP şirkətindən aldığımız məlumata görə, “Xankəndi” bu ilin birinci yarısında “Şahdəniz-2” layihəsi çərçivəsində qərb cinah quyularında sualtı işlər üzrə fəaliyyətini davam etdirib. Aprel ayında bu cinahda artıq beşinci quyu işə salınıb. 

“Şahdəniz-2”dəki əməliyyatlar “Xankəndi”nin əsas iş həcmi olmaqla yanaşı, ilin birinci yarısında gəmi həmçinin “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında çalışıb. Belə ki, gəmi “Dərinsulu Günəşli” ərazisində bir çox quyularda yataqda təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının erkən aşkarlanmasına kömək edəcək sualtı müdaxilə əməliyyatlarına cəlb olunub. 

Əməliyyatçı şirkətin məlumatına görə, bu müddət ərzində “Akademik Tofiq İsmayılov” dalğıc gəmisi hazırda istismarda olan bütün “Şahdəniz-2” və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verib. Bu, gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafikin bir hissəsidir.

Xatırladaq ki, “Akademik Tofiq İsmayılov” Xəzər dənizində sualtı əməliyyatlar və dalğıc işləri həyata keçirən 91,8 metr uzunluğunda və 17 metr enində ixtisaslaşmış dalğıc gəmisidir. Bu gəminin təyinatı 300 metrə qədər dərinlikdə dalğıc və daha dərin sahələrdə mürəkkəb sualtı texniki missiyalar yerinə yetirməkdir. 


Flora SADIQLI,

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya İraq Kürdüstanındakı hərbi missiyasını yekunlaşdırdı  

15:45
27 Avqust

Rəqəmsal dünyanın nəhəngləri Azərbaycanda vergi uçotuna alındı  

15:30
27 Avqust

Ürək döyüntüsünü hiss etmək psixi sağlamlığa təsir edirmi?  

15:29
27 Avqust

Çin Xalq Respublikasının Sədri ŞƏT-in sammitində iştirak edəcək  

15:29
27 Avqust

Emin Əmrullayev “Maarifçi”lərin suallarını cavablandırıb  

15:26
27 Avqust

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6509-a çatıb

15:21
27 Avqust

Hörmüz boğazında tanker vuruldu  

15:18
27 Avqust

Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub  

15:12
27 Avqust

“Xankəndi” iş başındadır

15:08
27 Avqust

 Qədim yunan üzüklərində meteorit dəmiri kəşf edilib

14:55
27 Avqust

Qərbi Nil virusu Yunanıstanda sürətlə yayılır  

14:23
27 Avqust

ABŞ-nin yeni sanksiyaları İran iqtisadiyyatına zərbə vuracaqmı?

14:10
27 Avqust

Lənkəranda Yeni Azərbaycan Partiyasının sıraları genişlənir  

14:06
27 Avqust

Qarşılıqlı etimad mühiti Azərbaycan – Özbəkistan əlaqələrinin sürətli inkişafına təkan verir  

14:03
27 Avqust

Saxta markalara qarşı nəzarət sərtləşdirildi: minlərlə litr alkoqol dövriyyədən çıxarıldı  

13:59
27 Avqust

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan

13:37
27 Avqust

Berlində İkinci Dünya müharibəsindən qalmış bomba zərərsizləşdirilib

13:36
27 Avqust

İxtisas qrupları üzrə qəbulun statistikası açıqlanıb

13:01
27 Avqust

DİM: Ali məktəblərə qəbul olunanların sayı 1711 nəfər artıb

12:47
27 Avqust

Sabahın hava proqnozu açıqlanıb

12:39
27 Avqust

Laçında unudulmaz kino günləri başa çatıb  

12:31
27 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!