03 Avqust 2023 09:10
700
SİYASƏT
A- A+
Xaçaturyanın etdiyi vəhşiliklərin canlı şahidləri

Xaçaturyanın etdiyi vəhşiliklərin canlı şahidləri

 

Onlar bu qatilin ədalət mühakiməsində cavab verməsini istəyirlər

 

Ermənilər 29 iyulda Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq Bakıya gətirilən terrorçu Vaqif Çərkəzoviç Xaçaturyanın həbsi ilə əlaqədar siyasi şou düzəldir, mitinqlər təşkil edir, terrorçunun "xəstə" olduğunu, müalicə üçün Yerevana getdiyini, qətliamlar törətmədiyi iddiası ilə beynəlxalq təşkilatlara müraciət edib hay-həşir salıblar.
Ermənilərin yaratdıqları ajiotaj, terrorçunun Ermənistan dövləti tərəfindən müdafiəsi, deməyə əsas verir ki, Vaqif Xaçaturyan heç də sadə döyüşçü yox, azərbaycanlılara qarşı amansız divan tutmaqda xüsusi xidmətləri olmuş əsas fiqurlardan biridir. Azərbaycan Respublikası Baş Prokrorluğunun yaydığı məlumatda Vaqif Xaçaturyanın 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndinin sakinlərinə qarşı törədilmiş soyqırımının, 8 qadın, 3 uşaq olmaqla, 28 nəfərin qətlə yetirilməsinin, 14 nəfərin yaralanmasının, eləcə də 400-ə yaxın azərbaycanlının doğma yurdlarından deportasiya olunmasının iştirakçısı və təşkilatçısı olduğu qeyd edilir. 
Vaqif Xaçaturyana Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhvetmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb. Terrorçu 12 noyabr 2013-cü ildən beynəlxalq axtarışa verilib.
Laçın sərhəd-buraxılış məntəqəsini "keçmək" istəyən "xəstə" terrorçunun şübhəli hərəkətlərindən, davranışından da hiss olunurdu ki, özü də, hətta onu "müalicəyə" aparanlar da sürprizlə üzləşə biləcəklərini hiss edirdilər.
Televiziya ekranlarında terrorçunu görən, vaxtilə ermənilərə əsir düşən soydaşlarımız redaksiyamızla əlaqə saxlayıb Vaqif Xaçaturyanın törətdiyi amansız vəhşiliklərdən danışdılar.
Hüseynov Valeh Sahib oğlu 1968-ci ildə Xocalıda anadan olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsini yaşayanlardandır. Valeh Hüseynov 27 gün erməni əsirliyində olarkən Vaqif Xaçaturyanın etdiyi vəhşiliklərin canlı şahidi olub:
- Mən Vaqif Xaçaturyanı hələ Xocalı faciəsindən əvvəl tanıyırdım. Xocalının Badara kəndindən olan bu qatil "Kamaz" sürücüsü işləyirdi. Qarabağda separatçılıq hərəkatı başlayanda azərbaycanlılara qarşı xüsusi nifrəti ilə seçilən cəlladların bəlkə də ən amasızı Vaqif Xaçaturyan idi. Harada pislik var idisə, mütləq orada Vaqifin, Tosunun, Əsgəranın yanğınsöndürmə idarəsinin rəisi Karonun, Qərib adlı milis işçisi vardı, onların adı çəkilirdi. Xaçaturyan hələ 1988-ci ilin 18 sentyabrında Xocalıya basqın təşkil etmişdi. Meşəli soyqırımının da əsas təşkilatçısı Xaçaturyan idi. O zaman Xocalının müdafiəsi ilə Əlif Hacıyev məşğul olurdu. Xəbər gəldi ki, Xaçaturyanın dəstəsi Meşəlidə qırğın törədir. Əlif Hacıyev meşəlililərin müdafiəsi üçün oraya silahlı dəstə göndərdi...
Xocalı faciəsi baş verərkən ermənilər məni əsir götürdülər. Orada bizə zülm edən cəlladlardan biri Vaqif idi. Bu cəllad Azərbaycan dilində təmiz danışdığı üçün onu tanımayanlar azərbaycanlı olduğunu zənn edirdilər. Əsirlərin üstünə soyuq su tökür, çılpaq bədənlərinə dəmirlə vurur, dişlərini, dırnaqlarını çıxarırdı. Xocalıda məni prokuror, polis rəisi dindirəndə o da onların yanında idi. Bu cəlladı əsirlikdə olub tanımayan Xocalı sakini yoxdur. Xaçaturyan cəlladbaşı idi. Onun həbsini ilahi ədalət hesab edirəm.
Digər həmsöhbətimiz Meşəli kənd sakini, Meşəli polis bölməsinin əməkdaşı, sabiq döyüşçü Salmanov Ziyəddin Yepəki oğlu Vaqif Xaçaturyan barəsində danışarkən dedi:
- Vaqif Xaçaturyanı separatçılıq hərəkatının ilk günlərindən tanıyıram. Ağdamda separatçıların əleyhinə təşkil olunmuş mitinqdə mənim qardaşım da iştirak etmişdi. Ermənilər həmin mitinqdə olanların şəkillərinə baxıb kimliyini öyrənmişdilər. Mitinqin səhərisi günü əmimin "Niva"sı ilə Badaradan keçib Xocalıya gedirdik ki, öyrənək görək nə baş verir? Yolda xəbərimiz oldu ki, Badarada hərbi qərargah yaradılıb, kəndin girişində ermənilər silahlı post qurublar. Posta komandirliyi Vaqif Xaçaturyan edirdi. Şəxsən Vaqif bizim avtomobilimizi saxladıb hərbi qərargaha getməyə məcbur etdi. Qərargahın komandiri əvvəldən də yaxşı tanıdığım məktəb direktoru Armen Avenesyan idi. Bir də ən çox fəallıq edənlərdən biri Qasparyan Denik idi. Mən mitinqdə iştirak edən qardaşıma çox oxşayırdım. Bizi yalnız doğmalarımız bir-birimizdən ayıra bilərdilər. Ermənilər hesab edirdilər ki, mitinqdə iştirak edən mən olmuşam. Ona görə də Vaqif oraya toplaşan qadınlara deyirdi ki, maşının üstünə benzin töküb bunların üçünü də diri-diri yandırın. Qadınlar da onların dediklərini sözsüz etmək istəyirdilər. 
Bu zaman bizim kənddə rus dili müəllimi işləyən Verdi müəllim özünü qabağa verib dedi ki, bunları Xocalıya getməyə qoymursunuz, bunu başa düşdük, daha niyə yandırırsınız ki? Əmimi göstərib dedi ki, bu Rafiq kişi sakit adamdır. İllərdir sizin kəndə çörək daşıyıb, imkan verin qayıtsınlar evlərinə. 
Sonra Vaqifi Meşəlidəki dəhşətli hadisələr zamanı görmüşəm. Evlərimizi, öldürdüyü adamların meyitini yandıranda görmüşəm. Kəndçimiz Novruz kişinin ailəsini girov götürmüşdü. Bir ailənin 5 üzvünü Vaqif Xaçaturyan öldürüb, sonra da yandırmışdı. Cəlladın hobbisi əsirlərin sinəsinə xaç damğası basmaq idi. Tahir adında bir oğlan var idi, sinəsinə xaç çəkmişdi. Qənimət adlı qoca bir kişi var idi, başına bir avtomat darağı güllə vurmuşdu. Mən bunları öz gözümlə görmüşəm, canlı şahidiyəm. Vaqiflə sonra Xocalı hadisəsi zamanı vertolyotla meyitləri götürən zaman rastlaşmışam. Çingiz Mustafayev çəkiliş edəndə meyitləri yığan biz olmuşuq. Vertolyot meyitləri yığıb getdi. Yoldaşlarımızdan birinin anasını öldürmüşdülər. Biz qalıb onun meyitini axtarırdıq. Elə bu zaman ferma tərəfdən iki dənə "Uaz" markalı avtomobilin bizə tərəf gəldiyini gördük. Milləti əsasən bu fermanın yaxınlığında qırmışdılar. Bu zaman Vaqif, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, bir də Abo gəlib fermanın yanında dayanıb bir qədər meyitlərə tamaşa edib getdilər. Bizim aramızdakı məsafə 50 metrdən də az olardı. Biz meyitlərin arasında gizlənib onlara baxırdıq. Mənim də baldızım orada idi. Allaha yalvarırdım ki, ölüsünü tapaq. Əgər girov düşübsə, başına nələrin gələcəyini təsəvvür edirdik.
Sonralar mən Ağdamın polis batalyonunda xidmətimi davam etdirdim. Gündəlik Qaraqayada postda dururdum. Hər gün Vaqif Xaçaturyanın şəhid olmuş əsgərlərimizin üzərində etdiyi vəhşiliklər barədə dəhşətli xəbərlər eşidirdim. Xocalıda da şəhid olanları tanınmaz hala o salırdı. Nəinki əsirlərimizə, şəhid olan insanlara işgəncə verməkdən, yandırmaqdan bu qatil zövq alırdı.
Bu, Ermənistanın dövlət səviyyəsində müdafiəsinə qalxdığı, beynəlxaq təşkilatların müdafiə etdiyi bir cəlladın azərbaycanlıların başına gətirdiyi münasibətlərin bir qismidir. Hələ neçə-neçə hadisənin təfərrüatı qalır...

Elşən QƏNİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!