21 May 2026 13:57
126
CƏMİYYƏT
A- A+
WUF13: Azərbaycan pavilyonunda qlobal mənzil idarəçiliyi və yerli həllər müzakirə olunub  

WUF13: Azərbaycan pavilyonunda qlobal mənzil idarəçiliyi və yerli həllər müzakirə olunub  


Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda mənzil böhranının idarə olunması, qlobal öhdəliklərin yerli səviyyədə tətbiqi və inklüziv şəhər inkişafı mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Seul Şəhər Bələdiyyəsi yanında fəaliyyət göstərən Dünya Ağıllı Şəhər Təşkilatı tərəfindən ADA Universiteti, İsveçrənin Cenevrə Universiteti, İsveçrə Federal Materialşünaslıq və Texnologiya Laboratoriyaları (Empa), Eawag və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

AZƏRTAC-a açıqlamasında Cenevrə Universiteti və İsveçrə Federal institutlarında fəaliyyət göstərən tədqiqatçı, Ətraf Mühit və Sosial Elmlər Departamentinin Siyasət Təhlili və Ətraf Mühitin İdarəedilməsi (PEGO) qrupunun nümayəndəsi Tural Əliyev bildirib ki, əsas məqsəd qlobal mənzil idarəçiliyi üzrə müzakirələrlə şəhərlərin çoxtərəfli öhdəlikləri praktik siyasətə çevirməsi zamanı üzləşdiyi çağırışlar arasında əlaqə yaratmaqdır.

Onun sözlərinə görə, sessiyada gənclərin, tələbələrin və gələcəyin şəhər liderlərinin daha inklüziv mənzil siyasətinin formalaşdırılmasında rolu da xüsusi diqqət mərkəzində saxlanılıb.

Tural Əliyev vurğulayıb ki, müzakirələr torpaq idarəçiliyi, bələdiyyələrin institusional potensialı, ictimai iştirakçılıq və əlçatan, dayanıqlı mənzil təminatının həyata keçirilməsi ilə bağlı məsələləri əhatə edir.

Sessiya çərçivəsində əvvəlcə Azərbaycanın mənzil sektorunda mövcud əsas çağırışlara dair təqdimat olub. Sonra ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin İctimai işlər üzrə dosenti Anar Vəliyev təqdimatla çıxış edib.

Daha sonra İsveçrə təcrübəsi üzrə İsveçrə Federal İnstitutunun nümayəndəsi Maşal Yazdani çıxış edib.

Tədbirin yekun hissəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri üzrə Baş Memarlıq və Şəhərsalma İdarəsinin memarlıq sektorunun müdiri Aysel Kərimli Bakıda əlçatan mənzil siyasətinin inkişafı ilə bağlı yanaşmaları və şəhər həyatının keyfiyyətinin yüksəldilməsi istiqamətində təklifləri təqdim edib.

Qeyd olunub ki, belə platformalar beynəlxalq təcrübə ilə yerli idarəetmə mexanizmləri arasında əlaqələrin gücləndirilməsi və şəhərlərin davamlı inkişafı üçün praktik həllərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsmail Serageldin: WUF13-də mənzil siyasətinə yeni yanaşmalar təqdim olunur  

15:33
21 May

WUF13: “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” mövzusunda sessiya yekunlaşıb  

15:26
21 May

Aydın Kərimov: WUF13 Azərbaycanın şəhər transformasiyasında doğru istiqamətdə olduğunu göstərir  

15:19
21 May

Sabah bütün sosial ödənişlərin yekunlaşdırılması nəzərdə tutulub

15:12
21 May

WUF13-də şəhər mühitində dayanıqlı inkişaf yanaşmaları və siyasət istiqamətləri müzakirə olunub  

14:57
21 May

"ASAN xidmət" təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

14:51
21 May

BMT-nin əməkdaşı diqqəti yerli səviyyələrdə innovasiyalara və qərarlara yönəldib  

14:43
21 May

ADA Universitetinin prorektoru WUF13 çərçivəsində Qarabağın bərpası təcrübəsindən danışıb  

14:34
21 May

Maykl Mahaffi: Qarabağda aparılan bərpa işləri müasir və dayanıqlı şəhər mühitinin formalaşdırılması imkanı yaradır  

14:33
21 May

Xarici ekspert: Azərbaycanın “ağıllı şəhər” və “ağıllı kənd” layihələri üzrə təcrübəsi dünya ölkələri üçün nümunə ola bilər

14:25
21 May

BMT-nin Baş katibinin müavini Azərbaycana səfərə gəlib

14:20
21 May

“Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə”: WUF13-də birgə sessiya  

14:19
21 May

XRİTDX WUF13-də kibertəhlükəsizliyin dayanıqlı şəhərlərin inkişafındakı rolunu nümayiş etdirir  

14:16
21 May

Cənubi Afrikalı mer: Azərbaycan urbanizasiya sahəsində inkişaf etmiş ölkələrdən biridir 

14:16
21 May

Amerikalı urbanist: Bakı əhalinin miqyasına hesablanmış yeni şəhər məkanları yaradılmasını uğurla həyata keçirir  

14:11
21 May

Zehra Zümrüt Selçuk: KOB-ların dayanıqlı şəhər transformasiyasının mərkəzində qalmasını təmin etməliyik  

14:07
21 May

Prezident İlham Əliyevlə Fransa Prezidenti arasında telefon danışığı olub  

14:01
21 May

WUF13: Azərbaycan pavilyonunda qlobal mənzil idarəçiliyi və yerli həllər müzakirə olunub  

13:57
21 May

WUF13-də Azərbaycanın şəhərsalma təcrübəsi və azad edilmiş ərazilərdə yenidənqurma modeli təqdim edilib  

13:53
21 May

Vera Bukaçi gənclər siyasətinə verilən yüksək dəyərə görə Azərbaycan hökumətinə təşəkkür edib 

13:47
21 May

Prezidentin xüsusi nümayəndəsi: Şuşada bütün layihələr milli irsə uyğun icra olunur

13:39
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!