Volkan Aydemir : Dünyada dəhşətli terror aktları törədən ermənilərin vandallığının növbəti nümunəsi Azərbaycan ərazilərinin minalanmasıdır
Dünyada dəhşətli terror aktlarına imza atan ermənilərin vandallığının və vəhşiliyinin növbəti nümunəsi Azərbaycanın uzun illər işğal altında qalmış və ötən il azad edilən torpaqlarının minalanmasıdır. İndiyədək onlarla dinc insanın ölümünə səbəb olan bu minaların son qurbanları azərbaycanlı iki jurnalist oldu. Erməni vəhşiliyini yaddaşa köçürmək üçün Qarabağda fəaliyyət göstərən bu iki qardaşımızın ölümü hər birimizi dərindən sarsıtdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir bildirib.
V.Aydemir deyib: “İkinci Qarabağ müharibəsində məğlub olmasını və uzun illər işğal altında saxladığı torpaqların Azərbaycanın qəhrəman Ordusu tərəfindən geri qaytarılmasını həzm edə bilməyən Ermənistan hakimiyyəti dünyada bənzəri olmayan daha bir cinayətə əl ataraq ərazilərə müxtəlif növ minalar yerləşdirib. Bütün bunlarla yanaşı, minalanmış ərazilərin xəritələrini Qarabağın əsl sahibi olan Azərbaycana verməməkdə israr edən Ermənistan bununla növbəti dəfə dünya ictimaiyyətinin gözü qarşısında həm müharibə, həm də insanlıq cinayəti törədir. Ermənistanın Baş naziri Nikol Paşinyan isə dünya ictimaiyyəti qarşısında öz günahlarını ört-basdır etmək üçün növbəti həyasızlığa əl atıb. O, mülki yaşayış məntəqələrinə partlayıcı yerləşdirərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılan erməni hərbiçilərinin öz oğlu ilə dəyişdirilməsi barədə Azərbaycana təklif irəli sürdüyünü bildirib”.
Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı uzun illərdir törədilən vəhşiliklərin qəbuledilməz olduğunu vurğulayan V.Aydemir bildirib: “Azərbaycan uzun illər davam edən işğala son qoyaraq dastan yazdı. Erməni tərəfi isə çirkin əməllərindən hələ də əl çəkmir. Bu gün də azərbaycanlıların tarixi torpaqlarında ermənilər tərəfindən qətlə yetirilməsi faktları ilə qarşılaşırıq.
Xüsusilə son iki yüz ildə xainlik edərək və vəhşiliklər törədərək türk millətinə böyük zərbələr vuran ermənilərə dəstək verən, qatil və terrorçu erməni rəhbərliyini, etnik təmizləmə və soyqırımı törədən bu quruluşu dəstəkləyən insanları, qrupları və ölkələri şiddətlə qınayıram. Son olaraq erməni vandallığı səbəbindən şəhid olan azərbaycanlı jurnalistlərə Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirəm”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!