25 May 2025 20:55
501
CƏMİYYƏT
A- A+
VII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalı başa çatıb  

VII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalı başa çatıb  


İstanbulda keçirilən VII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan və bu il ümumilikdə 35 ölkənin iştirak etdiyi festivalda ənənəvi idman növləri və oyunlar, ənənəvi incəsənət, qastronomiya və səhnə sənətləri kimi bir çox mövzu üzrə tədbirlər keçirilib.

Ölkəmiz festivalda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 130 nəfərdən ibarət nümayəndə heyəti, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qurulan Azərbaycan çadırı və 20 Qarabağ atı ilə təmsil olunub.

Dörd gün davam edən festivalda Qarabağ atlarının iştirakı ilə ARAF tərəfindən təqdim olunan kompozisiyada qədim Türk adətləri, Azərbaycan milli musiqi və rəqs ənənələri, eləcə də Qarabağ atlarının estetik və məharətli çıxışları səhnədə canlandırılıb.


Türk dünyasının ortaq mirası olan atçılıq mədəniyyəti, süvarilik sənəti və milli ruhu əks etdirən Azərbaycan nümayəndə heyətinin təqdimatında möhtəşəm “Zəfər” şou-kompozisiyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə xanım Ərdoğan da izləyiblər.


Festival çərçivəsində Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə qurulan Azərbaycan Milli Çadırı da qonaqlar tərəfindən böyük maraq görüb. Çadırımızda Azərbaycan milli mədəniyyətinin nümunələri, xalçalar, kəlağayılar, rəsmlər, müxtəlif əl işləri, suvenirlərimiz sərgilənib. Azərbaycan əl işi üzrə mütəxəssislər - ağacoyma ustası Nahid Vahabov və xalça toxuculuğu üzrə mütəxəssis Fəxriyyə Hacıyeva tərəfindən ustad dərsləri keçirilib.


Bundan başqa, çadırda Azərbaycan muğam üçlüyü milli musiqimizi ifa edib.


Hər gün mindən artıq insanın ziyarət etdiyi Azərbaycan çadırında insanların ən çox marağını çəkən atributlarımızıdan biri də milli geyimlərimiz olub. Xüsusilə uşaqlar milli geyimlərimizi geyinərək şəkil çəkdirmək üçün böyük həvəs göstəriblər.


Festivalın bədii hissəsində təşkil olunan konsert proqramları çərçivəsində isə milli rəqslərimiz ifa edilib. Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur – Azərbaycan Xalq Rəqs Ansamblı”nın ifasında nümayiş edilən rəqslərimiz böyük maraqla qarşılanıb.


Hər il milyonlarla insanın ziyarət etdiyi festival Azərbaycan nümayəndə heyətinin növbəti çıxışı ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!