08 May 2026 09:30
144
CƏMİYYƏT
A- A+
Vətən sevgisi - insan ləyaqətinin göstəricisidir

Vətən sevgisi - insan ləyaqətinin göstəricisidir


Vətən sevgisi, yurda məhəbbət, torpağa sədaqət, qəhrəmanlıq, mübarizlik ədəbiyyatın gündəmindən düşməyən, oxucuların həmişə maraq dairəsində olan mövzulardandır. Qələmi özünə silah bilən yaradıcı insanlar hələ ilk əsərlərindən qoynunda dünyaya göz açdıqları yurdu sevə-sevə tərənnüm etmişlər. Bu mövzuda qəlbimizi oxşayan, ürəyimizi coşduran əsərlər yazmışlar. 

Vətənin vəsfinə həsr olunmuş dəyərli əsərlər illərlə, əsrlərlə insanların mübarizə yollarına işıq salmış, daim onlara güc vermiş, öz ardınca çəkib yurdun müdafiəsinə, cəng meydanlarına, döyüşə aparmışdır. Vətən sevgisi mövzusuna köklənmiş şair və yazıçılar fikirlərini ifadə etmək və əsərləri ilə yaddaşlarda dərin iz salmaq üçün həmişə sözün gücünə, qüdrətinə söykənmişlər. Vətənimizi, doğma ocaqlarımızı, qəhrəmanlığı və vətənpərvərliyi sevə-sevə vəsf etmişlər.

İnamla demək olar ki, Vətən sevgisi, yurda sonsuz məhəbbət bütün yazarların əsərlərindən qırmızı xətlə keçir. Elə bir yazıçı, elə bir şair tapmaq mümkün deyil ki, Vətən mövzusunda bir əsər, bir şeir parçası yazmamış olsun. Elə bir rəssam tapmaq olmaz ki, Vətənə sevgisini rənglərin dili ilə ifadə etməsin. Dünyanın harasında yaşamasından asılı olmayaraq, şair və yazıçıların Vətən mövzusunda yazdıqları,  söylədikləri dəyərli fikirlər eldən-elə, dildən-dilə dolaşır, ürəkləri fəth edir, könülləri ovsunlayır. Üstündən zaman keçdikcə bu yazarların əsərlərindəki fikirlər aforizmə çevrilərək ruhumuza hopur, qanımızı coşdurur. Şah İsmayıl Xətainin bir fikri var, onu oxuyanda ürəyimiz qürurla dolur. Böyük şair və sərkərdə yazmışdır: "Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, dilimizin kiçicik bir sözünü bir ölçü cəvahirdən üstün bildim". 

Maraqlı əsərləri və hikmətli sözləri ilə xalqın sevgisini qazanan sənətkarlar çox xoşbəxtdirlər. Çünki onların söylədikləri fikirlər dəyərini itirmədən bütün zamanlara meydan oxuyaraq daim ürəklərdə və könüllərdə yaşayır. 

Vətən haqqında yazılanları oxuduqca, onları ruhumuza hopdurduqca qoynunda dünyaya göz açdığımız yurda, el-obaya sevgimiz də zərrə-zərrə artır. Vaxt ötdükcə, zaman su kimi axıb getdikcə ürəyimizin, qəlbimizin bir parçası olan Vətən gözümüzdə həm doğmalaşır, həm də müqəddəsləşir. Müqəddəsləşdikcə də onu yadellilərdən göz bəbəyimiz kimi qorumaq üçün anındaca səfərbər olub silahlanırıq. Çox ibrətamiz bir kəlamda deyilir: "Vətən naminə hər şeyi riskə atmaq olar, Vətənin özündən başqa". Bu mövzuda böyük sərkərdə Napoleonun da fikri dəyərlidir: "Vətənə məhəbbət - sivil insanın ən mühüm ləyaqət göstəricisidir". 

Şəxsi həyatımızda hansısa kiçik bir çətinliklə qarşılaşanda ondan tez bezib yoruluruq. Vaxtımızı çox itirmədən, özümüzü əziyyətə salmadan geri dönürük. Həmin çətin işin qulpundan bir daha yapışmaq istəmirik. Amma Vətənin müdafiəsi naminə hər bir çətinlik və məşəqqətlərə dözürük. Bunu Vətənin daim var olması naminə edirik. Çünki Vətən torpaqlarının hər addımı, hər qarışı bizim üçün doğma və əzizdir.

Vətənpərvərliyi, vətən sevgisini tərənnüm edən əsərləri mütaliə etdikcə qəlbimiz cuşa gəlir, qollarımızdakı güc, dizlərimizdəki təpər daha da artır. Ürəyimizdə, qəlbimizdə yeni duyğular, yeni hisslər yaranıb formalaşır. Bütün bunlar isə bir qığılcım kimi Vətənə olan sevgimizi daha da alovlandırır. Çünki vətən haqqında, vətən sevgisindən yazılan dəyərli əsərlər bizi yurdun müdafiəsinə səsləyir. Ürəyində yurd sevgisi olanlar vaxt itirmədən bu çağırışa səs verirlər. 

Yüksək lirizm və məna tutumlu şeirləri ilə oxucuların rəğbətini qazanmış şair Məmməd Arazın "Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim" misrası qəlbimizi coşdurur, döyüş ruhumuzu tarıma çəkir. Məlumdur ki, yaşamımız boyu bizə güc verən, qələbələrə səsləyən qəlbimizə hakim kəsilən ölməz, dönməz və məğluedilməz ruhumuzdur. Ömür karvanımızı sürüb keçdiyimiz bu keşməkeşli həyat göstərir ki, insanı yaşadan və sabahlara, yeni qapılar açmağa qol-qanad verən də elə odur. Böyük mütəfəkkir G.Bon ruhun vacibliyindən söz açaraq yazırdı: "Xalq çox şeyi itirə bilər, bütün mümkün faciələrə məruz qala bilər, amma yenə də ayaq üstə qalxmağı bacarar. Əgər öz ruhunu itirsə, demək, hər şeyini itirib və o, bir də heç vaxt ayaq üstə dura bilməz". Vətənpərvərlik mövzusunda yazılmış əsərlər daim ruhumuza qida verir, onu korşalıb paslanmağa qoymur. Daim yanımızda olur, əlimizdən tutub bizə arxa durur, zəfərlərə gedən yolların istiqamətini göstərir.

Vətənpərvərlik mövzusunda yazılmış poeziya nümunələrindən söz açmaq istəyəndə öncə yadımıza Abbas Səhhətin "Vətənim" şeiri düşür. Şairin incə qəlbindən süzülən misraları necə sevməmək, necə əzbərləməmək olar? Bu şeir qəlbimizə su quru torpağa hopan kimi hopur. Bilmirik nə qədər həqiqətdir, hərdən düşünürəm ki, Abbas Səhhətin bu dahi əsəri Vətən haqqında yazılmış bütün şeirlərin himnidir, fikrimizin ən uca nöqtəsi və əlçatmaz zirvəsidir. Yəqin ki, bu şeiri əzbər bilməyən, yaddaşına yazmayan və arada öz-özünə pıçıldamayan kimsə tapılmaz. Axı ürəyimizə həzinlik, qəlbimizə və ruhumuza rahatlıq gətirən, vətənpərvərlik hisslərimizi coşduran bu misraları necə sevməyəsən:

Könlümün sevgili məhbubi mənim,

Vətənimdir, vətənimdir, vətənim...

Anadır hər kişiyə öz vətəni,

Bəsləyib sinəsi üstündə onu...

Vətən əcdadımızın mədfənidir,

Vətən övladımızın məskənidir.

Vətəni sevməyən insan olmaz,

Olsa da ol şəxsdə vicdan olmaz!

Böyük məhəbbətlə oxuduğumuz, əbədi olaraq yaddaşımızın dərin qatlarına yazdığımız şeirin bütün misraları bizim üçün bir dünyadır, min bir naxışlı bərli-bəzəkli gözəl bir aləmdir. Daim ruhumuza həzinlik gətirən bu misralarda qoynunda doğulduğumuz və yaşadığımız Vətən böyük məhəbbətlə tərənnüm olunur. Belə gözəl şeirlər öz poetikliyi, zəngin fikir yükü ilə hamımızın qəlbini oxşayır.

Şair Məmməd Aslanın yaradıcılığında vətənpərvərlik, Vətən sevgisi güllü-çiçəkli çəmənlik kimi çoxşaxəlidir, bənzərsizdir. Onun 20 Yanvar faciəsinin ağrı-acısından bəhs edən "Ağla, qərənfil, ağla" şeiri həmin günlərdə dildən-dilə düşüb ürəkləri yandırdı, qəlbləri alovlandırdı. Bu şeir yalnız insanları deyil, şəhid məzarlarının üstünə düzülmüş qərənfilləri də ağlatdı. Şairin Vətən sevgisinə həsr etdiyi şeirindən bir misra diqqətimizi daha çox çəkdi. İnanırıq ki, bu sözlər oxucuların da qəlbini riqqətə gətirəcək.

Vətən gözdür, biz kiprik,

Gözümüzün keşiyini çəkirik...

Dünyanın işığını gözümüzlə görürük. Gözsüz dünya bizə dibsiz quyular kimi qaranlıq zülmətdir. Şair Vətəni gözə bənzədir, özünü isə kipriyə. Kiprik isə bir əsgər kimi daim gözün keşiyini çəkir. Deməli, şair demişkən, biz daim gözümüzün - Vətənimizin keşiyini çəkməliyik. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya MN: Ukrayna ordusu atəşkəsi 1365 dəfə pozub

11:45
08 May

ABB beynəlxalq maliyyə bazarlarından 300-500 milyon dollar məbləğində əlavə vəsait cəlb edə bilər  

11:34
08 May

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

11:13
08 May

Ağsu dolaylarında torpaq sürüşməsi baş verib

11:11
08 May

Ağdamın Eyvazxanbəyli kəndində 427 ev tikilir

11:01
08 May

İndoneziyada vulkan püskürüb, ölənlər var

10:57
08 May

Ötən il insan alverində ittiham olunan 14 nəfər azadlıqdan məhrum edilib

10:51
08 May

Uşaq əməyinin istismarı ilə bağlı 32 valideyn inzibati məsuliyyətə cəlb edilib

10:48
08 May

Şəxsiyyət vəsiqəsi olmayan uşaqların doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks tədbirlər görülüb  

10:43
08 May

Dünya bazarında qızıl 23 dollardan çox bahalaşıb 

10:39
08 May

Dünya birjalarında neft bahalaşıb

10:33
08 May

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1725 monitorinq aparılıb

10:31
08 May

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə dayanacaqların sayı 40-a çatdırılacaq

10:28
08 May

“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib 

10:19
08 May

Azərbaycan nefti 105 dollara satılır

10:17
08 May

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

10:06
08 May

ABŞ Prezidenti: İranla razılaşma baş tutmaya bilər

10:01
08 May

İsrailin hava zərbələri nəticəsində Livanda 9 nəfər ölüb

09:57
08 May

Elçinin "Şekspir" pyesi əsasında hazırlanan tamaşa nümayiş olunub

09:55
08 May

İran ABŞ-ni atəşkəsi pozmaqda ittiham edib

09:51
08 May

Səhnə onun həyatı, obrazlar isə taleyidir

09:50
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!