17 Sentyabr 2022 02:11
1592
SİYASƏT
A- A+
Vətən qədər müqəddəs

Vətən qədər müqəddəs

 

Yenə silahlar danışdı. Yenə qan töküldü... Yaşlarının ən gözəl çağında 71 ömür, 71 ürəkdə cəmləşmiş minlərlə arzu, xəyal,  yarımçıq qaldı. 71 gəncimiz ana qədər əziz olan Vətən torpağını qucaqlayıb, canını candan əziz vətənə qurban verdilər...

 

Öncə vətəndir 

 

Vətən hər bir şeyin fövqündə durur. "Ana vətən" deyirik. Tərəddüdsüz deyə bilərik ki, ana qədər əziz, ana qədər doğma, müqəddəs olan vətən, yeri gələndə birinci olur. Vətən yolunda tərəddüd etmədən minlərlə gənc canını qurban verməyə hazır olduğunu zaman-zaman göstərib, əməldə sübut edib. Oğullarımızın Vətən üçün özlərinin canlarına, həyatlarına uf demədən qıydıqlarına illərdir şahidlik edirik. 44 günlük Vətən müharibəsi də haqq savaşı olduğu üçün oğullarımız döyüşə tərəddüdsüz yollanmışdılar. Haqlı olduğumuz üçün, ədalətin bərpası üçün Vətən oğulları silaha sarılmışdılar. Apardığımız müharibə təkcə torpaq davası deyil, eyni zamanda  haqsızlığa, ədalətsizliyə, qeyri-insani davranışlara etiraz müharibəsi idi.
Oğullarımız  ad-san, orden-medal üçün döyüşmürlər. Vətən üçün, şərəf üçün, namus üçün silaha sarılırlar. İgidlərimiz canlarını vətənə qurban verib özləri də vətənləşdilər, müqəddəsləşdilər. Bu gün ana vətənin, gözəl vətənin bir adı da Səbuhidir, Elçindir, Elnurdur, Xəyaldır, Niftalıdır, Kərimdir, Muraddır, Turaldır… Bu vətən üçün canını qurban verib vətənləşən, bayraqlaşan, şəhid olan hər bir qəhrəmanımız bizə Vətən qədər əziz, Vətən qədər müqəddəsdir. 44 günlük Vətən müharibəsi zamanı 3006 gəncimiz işğal olunub, düşmən gəzən o torpaqlarda bayrağımız dalğalansın deyə canını vətənə fəda etdi... Çıxdıqları evlərə, mənzillərə bayraqlaşıb döndülər...
Ermənilərin bu il 12 sentyabr gecəsi sərhədlərimiz boyu törətdiyi təxribat öz miqyasına görə 44 günlük zəfər müharibəsindən sonra ən böyük qanlı hadisə oldu. Erməni məkrinə, erməni xislətinə gözəl bələdik. Bilirik ki, sülh danışıqları adı ilə imitasiya edib, özlərini yazıq göstərən ermənilərin əsas məqsədi vaxt qazanıb, güc toplamaqdır. Görünən budur ki, Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə danışıqlar prosesini uzadıb, sərhədlərimiz boyu ağır döyüş texnikası cəmləşdirir, istehkamlar qurub xam xəyallara düşübdür. Demək ki, 44 günlük zəfər müharibəsi zamanı aldıqları dərs yetərincə olmamışdı. Demək ki, vampir kimi qana susamışdılar. 44 günlük Vətən müharibəsi zamanı aldıqları sarsıdıcı məğlubiyyət nəticəsində ermənilər təkcə işğal etdikləri torpaqları yox, ağıllarını da itiriblər. Anlaya bilmirlər ki, Azərbaycan əsgərləri indi Ermənistanla sərhəddə, işğaldan azad olunmuş torpaqlarda istehkamlar qurub möhkəmlənib, ən müasir silahlarla təchiz edilib, o torpaqlarda Komando hərbi hissələri keşik çəkir. Görünən odur ki, şəhid qanı ilə suvarılıb geri qaytarılmış doğma ərazilərimizin bizim üçün, əsgər və zabitlərimiz üçün nə qədər müqəddəs olduğunu dərk etmirlər. Azərbaycan əsgəri üçün torpağı, vətəni qorumaq nə qədər şərəflidirsə, torpaq uğrunda şəhid olmaq da o qədər müqəddəs və qürurludur.
Bizim üçün minlərlə igidimizin can deyib, can verdiyi, son anda qanını töküb qucaqlayaraq haqqa tapındığı Qarabağ torpağı dünyanın ən müqəddəs yeridir. Əgər məndən soruşsalar ki, dünyanın  ən  müqəddəs insanları kimlərdir və dünyanın ən müqəddəs ziyarətgahı haradadır, yenə də çəkinmədən deyərdim ki, şeytandan da şeytan olan erməniyə güllə atan igidlərimiz dünyanın ən müqəddəs insanlarıdır, onların qanının töküldüyü yer dünyanın ən müqəddəs ziyarətgahıdır.
Hər şey qanla keçir, gendən gəlir, ailədən, düzgün tərbiyədən başlayır, halallıqdan yaranır. Vətəni sevmək də, əqidə də, cəsarət də... Özünü fəda etmək bacarığı da...  Ədalətli olmaq hissi də.. Bax, mərd oğullarımız bu yolu tutub.
Bütün müqəddəs yolun yolçularının ilk məktəbləri, görüb-götürdükləri yer ataları, anaları, ailələri olub. Müqəddəs dərgaha gedən yolun başlanğıcı  şəhidliyə gedən yolun ünvanı kimi... Mayası təmiz olmayan adam təmənnasız sevə bilməz. Gözü, könlü tox olmayan canını fəda edə bilməz. 
Bu dünyanın üç müqəddəsinin -  Vətənin, Ananın və Şəhidin  nə haqqı ödənər, nə borcu verilər. Bir də Şəhidlərin! Vətəni qoruyub vətənin bir parçası olanların, özlərini vətənə qurban verib Allah dərgahına ucalanların, fani dünyanı ilahi eşqə dəyişməyi bacaranların, Vətənin, elin, obanın dar günündə, qara günündə nur kündəsinə dönüb səmaya qalxmağı bacaranların nə haqqı verilər, nə də borcu ödənilər.
Şəhidlik bir nakam sevgidən, bir ananın selə dönmüş gözyaşından, bir atanın əyilmiş qamətindən, atasız qalmış övladların intizarlı baxışından, ahı, naləsi ərşə ucalan bir bacının yanğısından, bir gözəlin sevgisindən keçilib gedilən uzaq bir yoldan keçir. Şəhidlik Allahın seçdiyi yolçuların getdiyi müqəddəs bir yoldan keçir. Dünənə kimi yalnız öz valideynlərinin övladları olan Samirlər, Xəyallar, Elnurlar, Elvinlər, Fəridlər, Elçinlər, Mübarizlər, Orxanlar, Hikmətlər, Təbrizlər, Kərimlər, Səbuhilər, Turallar və digər qəhrəmanlar bu gün  Vətənin övladları olmağı bacardılar. Dünənə kimi yalnız yaşadıqları, işlədikləri, oxuduqları məktəblərdə tanınan bu igidlər artıq milyonların qəlbində əbədi məşələ dönüblər. Adları vətənlə qoşa çəkilir. Ömürlərini bu vətənin ömrünə calayıb, hər biri vətənləşib, bayraqlaşıb, müqəddəsləşib.
Analar körpələrinə şəhid olmuş  qəhrəman oğullarımızın adlarını qoyacaqlar. Taledə yox, qəhrəmanlıqda, cəsurluqda, namus, qeyrətdə onlara oxşamalarını arzu edəcəklər. Bir ölüb min dirilmək, adı Vətənlə qoşa çəkilmək ər kişinin işidir. Vətəni ərlər qoruyarlar. Vətəni ər oğullar Vətən edər. Vətənimizin ləyaqətli insanlarına, qəhrəman şəhidlərimizə bu gözəl günümüz üçün bir ömür borclu olduğumuzu heç vaxt unutmayacağıq.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!