01 Sentyabr 2022 00:48
657
Təhsil
A- A+

Vətən müharibəsi zamanı dağılmış məktəb binası yeni dərs ilinə hazırdır

 

44 günlük Vətən müharibəsi zamanı erməni silahlı qüvvələrinin atdığı  mərmilər Goranboy rayonunun bir neçə yaşayış məntəqəsində fərdi yaşayış evlərinə və sosial obyektlərə ciddi ziyan vurmuşdur. 
Belə binalardan biri də rayonun Qaraçinar kəndindəki məktəb binası olmuşdur. "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Qaraçinar  kənd tam orta məktəbində əsaslı təmir-bərpa işləri aparılmış, qısa vaxt ərzində məktəb binası yeni dərs ilinə hazır vəziyyətə gətirilmişdir. 
Tamamilə yenidən qurulan məktəb binasında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılmışdır. Burada fənn kabinələri, qapalı və açıq idman meydançaları yaradılmış, sinif otaqları yeni inventarlarla təmin edilmişdir. Məktəbin kollektivi sentyabrın 15-də yeni dərs ilini əsaslı şəkildə təmir edilmiş məktəbdə qarşılayacaq.

Sabir ƏLİYEV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video