19 Fevral 2026 12:37
195
DÜNYA
A- A+
Vaşinqtonda Özbəkistan ilə ABŞ arasında sənədlər paketi imzalanıb  

Vaşinqtonda Özbəkistan ilə ABŞ arasında sənədlər paketi imzalanıb  


Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Vaşinqtona səfəri çərçivəsində iki ölkə arasında bir sıra ikitərəfli sənədlərin imzalanması mərasimi və birgə layihələrin təqdimatı keçirilib.

AZƏRTAC rəsmi UZA informasiya agentliyinə istinadla xəbər verir ki, Özbəkistan Prezidentinin iştirakı ilə keçirilən tədbirdə ABŞ hökumətinin və maliyyə qurumlarının nümayəndələri, o cümlədən ticarət nümayəndəsi Ceymison Qrir, ABŞ Prezidentinin xüsusi elçisi Paolo Zampolli, “Eximbank”ın prezidenti Con Yovanoviç və Amerika-Özbəkistan Ticarət Palatasının sədri Kerolin Lamm, həmçinin “Traxys”, “Valmont Industries”, “Gulf Oil”, “Aviagen Broiler Breeding Group”, “John Deere”, “BlackRock Financial Markets Advisory”, “Oppenheimer” və digər aparıcı şirkətlərin rəhbərləri iştirak ediblər.

Özbəkistanın regionlarının rəhbərləri də videokonfrans vasitəsilə keçirilən tədbirə qoşulublar.

Şavkat Mirziyoyev çıxışında qeyd edib ki, yeni, praktik formatda keçirilən görüş əvvəlki dəyirmi masanın məntiqi davamıdır və iqtisadi tərəfdaşlığın strateji etimad, qarşılıqlı maraq səviyyəsinə keçməsini əks etdirir. “Bu gün tərəfdaşların etibarlılığı, qaydaların proqnozlaşdırıla bilməsi və uzunmüddətli əməkdaşlıq üfüqləri ön plandadır. Məhz bu çərçivədə Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı fəaliyyətimizi qururuq”, - deyə Prezident vurğulayıb.

Dövlət başçısı iqtisadi gündəliyin Özbəkistan ilə ABŞ arasında strateji tərəfdaşlığın əsas sütunlarından biri olduğunu vurğulayıb. ABŞ ilə birgə iş üçün prioritet sahələr, o cümlədən vacib xammal, neft-kimya, enerji, kənd təsərrüfatı, quşçuluq və digər sahələr müəyyən edilib. Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının və ABŞ “Eximbank”ının sistemli tərəfdaşlar kimi artan rolu xüsusilə vurğulanıb.

Birgə Biznes və İnvestisiya Şurasının potensialından fəal şəkildə istifadə etməyin vacibliyi də qeyd edilib. Regionlararası əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində Özbəkistanın regional liderlərinin tərəfdaş Amerika ştatlarına səfərlərinin təşkili nəzərdə tutulur. Dövlət başçısının iştirakı ilə yanacaqdoldurma məntəqələri şəbəkəsinin tikintisi, çiləyici suvarma texnologiyalarının tətbiqi, vacib mineralların çıxarılması və təchizatı, quşçuluq klasterinin yaradılması, aqrar-sənaye kompleksinin, maliyyə bazarının inkişafı və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı ikitərəfli sənədlər imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

NATO-nun mobil təlim qrupunun heyəti ilə görüş keçirilib  

13:39
19 Fevral

Bu gecə bəzi yerlərdə yağış və qar yağacaq, yağıntılar sabah səhər tədricən kəsiləcək 

13:23
19 Fevral

Data mərkəzlərinin ölkələr üzrə coğrafiyası – İnfoqrafika  

13:11
19 Fevral

Vaşinqtonda Özbəkistan ilə ABŞ arasında sənədlər paketi imzalanıb  

12:37
19 Fevral

Əlcəzairli müəllim: Mübarizəmiz insan ləyaqəti və ədalət uğrunda aparılır

12:16
19 Fevral

Media: Aİ səfirləri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir  

12:11
19 Fevral

ABŞ-nin dövlət qurumlarında süni intellektin tətbiqi üçün min proqramçı işə götürüləcək  

11:54
19 Fevral

Media: Ukraynada demilitarizasiya zonasının yaradılması ilə bağlı müzakirələr gedir  

11:43
19 Fevral

Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib  

11:31
19 Fevral

Ötən ay dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə daxil olan vəsait 27 faiz artıb  

11:23
19 Fevral

Cənubi Koreyanın sabiq Prezidenti ömürlük azadlıqdan məhrum edilib  

11:13
19 Fevral

Ötən ay pensiya ödənişlərinə 612 milyon manat vəsait yönəldilib  

11:06
19 Fevral

Çin dünyanın ən mürəkkəb dəmir yolu layihəsini 2030-cu ilədək başa çatdıracaq  

11:03
19 Fevral

İsrail təhlükəsizlik xidmətləri üçün ən yüksək hərbi hazırlıq elan edib  

10:54
19 Fevral

Neftin bahalaşma dövrü başlayıb

10:51
19 Fevral

"Azərsilah"ın Şirvan şəhərində yerləşən zavodunda qəza olub  

10:46
19 Fevral

bp Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib  

10:38
19 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb 

10:36
19 Fevral

DİN vətəndaşları azyaşlıların sağlamlığına və təhlükəsizliyinə biganə qalmamağa çağırır 

10:28
19 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:24
19 Fevral

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşır

10:21
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!