07 Avqust 2026 18:23
245
SİYASƏT
A- A+
Vaşinqton razılaşması Azərbaycan diplomatiyasının növbəti zəfəri idi

Vaşinqton razılaşması Azərbaycan diplomatiyasının növbəti zəfəri idi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8–9-da Amerika Birləşmiş Ştatlarına səfəri həm Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyması, həm də Azərbaycanla Ermənistan arasında sülh prosesinin yekunlaşması baxımından tarixi əhəmiyyət daşıyır. Bu səfər iki ölkə arasında münasibətlərin yeni məzmun qazanmasına, eyni zamanda Cənubi Qafqazda uzun illər davam edən qarşıdurmanın aradan qaldırılması istiqamətində mühüm siyasi nəticələrin əldə olunmasına zəmin yaratdı.

Əldə olunan uğurlar Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi praqmatik, məqsədyönlü və milli maraqlara söykənən xarici siyasətin məntiqi nəticəsidir. Dövlət başçısı bütün mərhələlərdə Azərbaycanın suveren maraqlarını əsas götürmüş, prinsipial mövqeyindən geri çəkilməmiş, ölkənin milli maraqlarını beynəlxalq münasibətlər sistemində ardıcıl şəkildə müdafiə etmişdir. Məhz bu siyasət Azərbaycanın həm regional lider kimi mövqeyini möhkəmləndirib, həm də beynəlxalq tərəfdaşlarının ölkəmizə münasibətini dəyişib.

Bayden administrasiyasının qərəzli mövqeyi səbəbindən Ağ Evin Cənubi Qafqaza baxışı daha çox qarşıdurma və geosiyasi rəqabət prizmasından formalaşmışdı. Bu isə regionda uzunmüddətli sülhə və əməkdaşlığa mane olurdu.

Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsi ilə Vaşinqtonun xarici siyasətində fərqli yanaşma formalaşdı. Prezident İlham Əliyevin də vurğuladığı kimi, yeni administrasiya beynəlxalq münasibətlərdə qarşıdurmadan daha çox dialoq və əməkdaşlıq xəttinə üstünlük verməyə başladı. Azərbaycanın regionda artan siyasi, iqtisadi və geostrateji çəkisi düzgün qiymətləndirildi və münasibətlərin inkişafı ABŞ siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.

Bu baxımdan Prezident İlham Əliyevlə Donald Tramp arasında formalaşan qarşılıqlı etimada əsaslanan münasibətlər xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı keçirilən yüksək səviyyəli görüşlər və verilən birgə bəyanatlar iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması barədə razılığın əldə olunması münasibətlərin institusional əsaslarının yaradılması baxımından mühüm addım oldu.

Eyni zamanda Azərbaycanın uzun illər haqlı olaraq etiraz etdiyi “907-ci düzəliş”in tətbiqinin dayandırılması ilə bağlı qərar münasibətlərdə yeni siyasi mühitin formalaşdığını göstərdi.

Vaşinqton görüşündə əldə olunan digər mühüm nəticələrdən biri TRIPP layihəsi üzrə razılaşmalar və Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində yeni imkanların yaranması oldu. Bu layihələr bütövlükdə Avrasiya nəqliyyat və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

Sonrakı dövrdə dövlət başçılarının davamlı təmasları, qarşılıqlı məktublaşmalar, yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi münasibətlərin dinamik inkişafını davam etdirdi. ABŞ rəhbərliyinin yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərləri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması bu yeni mərhələnin praktik nəticələridir.

Azərbaycanın Ermənistanla münasibətlərində əldə olunan nəticələr də məhz Prezident İlham Əliyevin ardıcıl siyasətinin nəticəsidir. Dövlət başçımız 44 günlük Vətən müharibəsində qələbə qazanan Ali Baş Komandan olmaqla yanaşı həm də regionda davamlı sülhün əsas müəlliflərindən biri kimi tarixə düşdü.

Azərbaycanın irəli sürdüyü beş baza prinsipi bu gün Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edir. Məhz Bakı ilk gündən beynəlxalq hüquqa əsaslanan sülh gündəliyi irəli sürmüş, Ermənistan isə uzun müddət müxtəlif bəhanələrlə bu prosesdən yayınmağa çalışmışdı.

2020-ci ildən əvvəl Ermənistanın yeni ərazilər işğal etmək planları, Vətən müharibəsi zamanı Azərbaycanın dinc şəhərlərinin raket atəşinə tutulması, müharibədən sonra revanşist qüvvələrin fəallaşması göstərirdi ki, rəsmi İrəvan uzun müddət sülhə hazır olmayıb. 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatından sonra yaranan yeni reallıqlar Ermənistan rəhbərliyini vəziyyəti düzgün qiymətləndirməyə və sülh prosesinə qoşulmağa məcbur etdi. Nəticədə 2025-ci il avqustun 8-də ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması uzun illər davam edən siyasi prosesin məntiqi yekunu oldu. Bu sənəd Prezident İlham Əliyevin illərlə həyata keçirdiyi ardıcıl siyasi strategiyanın nəticəsidir.

Tarix göstərir ki, müharibədən sonra sülhün bərqərar olması bəzən onilliklər tələb edir. Azərbaycan isə cəmi iki il ərzində yeni geosiyasi reallıq formalaşdıraraq Ermənistanı sülh müqaviləsinin paraflanmasına razı sala bildi. Bu fakt Prezident İlham Əliyevin siyasi liderliyinin və diplomatik fəaliyyətinin mühüm göstəricisidir.

Bu gün regionda müşahidə olunan sabitlik mühiti, Ermənistanın revanşist ritorikadan uzaqlaşması, konstitusiya dəyişiklikləri istiqamətində addımlar atması və normallaşma prosesinin irəliləməsi Azərbaycanın yaratdığı yeni reallığın nəticəsidir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regional sülhün əsas təşəbbüskarı və müəllifi kimi çıxış edir. ABŞ–Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ilə Ermənistanla sülh prosesinin paralel inkişafı bir-birini tamamlayan vahid geosiyasi prosesdir.

Bu proses Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır, ölkəmizin regional təhlükəsizlik sistemində rolunu möhkəmləndirir və Cənubi Qafqazın uzunmüddətli inkişafı üçün yeni imkanlar yaradır.

 

Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

18:53
07 Avqust

Vaşinqton razılaşması Azərbaycan diplomatiyasının növbəti zəfəri idi

18:23
07 Avqust

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ 

18:22
07 Avqust

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

18:20
07 Avqust

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

18:18
07 Avqust

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

18:00
07 Avqust

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir 

17:55
07 Avqust

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir 

17:50
07 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:47
07 Avqust

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

17:45
07 Avqust

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

17:42
07 Avqust

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

17:40
07 Avqust

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi

17:39
07 Avqust

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

17:36
07 Avqust

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları

17:32
07 Avqust

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir 

17:30
07 Avqust

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

16:34
07 Avqust

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

16:30
07 Avqust

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

16:29
07 Avqust

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

16:28
07 Avqust

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər 

16:27
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!