Ümumxalq sevgisindən yaranan əsər
Ümummilli Lider Heydər Əlirza oğlu Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev haqqında məqalə və ya kitab yazmaq nə qədər xoşdursa, bir o qədər də məsuliyyətlidir. Bu mənada tələb olunan meyarları yüksək səviyyədə özündə doğruldan “Xilaskarlar” kitabı oxucular və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
Kitabın müəllifi Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev xalqın tarixi müqəddəratında müstəsna rol oynayan Ulu Öndər Heydər Əliyev epoxasına və Prezident İlham Əliyev erasına dair müşahidələrini elmi-publisistik dillə qələmə almışdır. Əsərin ana xəttini Ulu Öndər Heydər Əliyevin və ölkə rəhbəri İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti və respublikamıza qazandırdıqları böyük zəfərlərin nümunəsində azərbaycançılıq ideyaları təşkil edir. Yüksək idarəetmə təcrübəsinə malik Heydər Əliyevin çevik, təmkinli və uzaqgörən siyasi gedişləri sayəsində XX əsrin 90-cı illərində xalqımız vətəndaş qarşıdurmasından, dövlətin parçalanmasından qurtuldu. Kitabda bu xilaskarlıq missiyası tarixi hadisə kimi dəyərləndirilir.
Əsər iki bölümdən ibarətdir: birinci bölüm Ulu Öndər Heydər Əliyevə, ikinci bölüm isə onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevə həsr edilib. Nəfis tərtibatla hazırlanmış nəşrə ön söz yazan akademik İsa Həbibbəylinin təbirincə desək: “Professor Qəzənfər Paşayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısındakı xidmətlərini, bu dahi insanın həyatımızda zahirən kiçik görünən detallarından tutmuş böyük xidmətlərinə qədər seçilmiş hadisələri və faktları sadə dillə obyektiv mövqedən işıqlandırmışdır”.
Kitabda Ulu Öndərin dünyanın ünlü siyasətçiləri və dövlət xadimləri ilə görüşləri, onların Heydər Əliyev müdrikliyinə, siyasi uzaqgörənliyinə olan heyranlıqları, Azərbaycanın milli dövlətçiliyinə, habelə xalqına olan istək və arzularının da yer alması oxucuda məmnunluq doğurur. Bu amillər kitabın təbii, həyati və təsirli alınmasında mühüm rol oynamışdır.
Nəşrin ikinci bölümündə Heydər Əliyev siyasi xəttini həm daxili, həm də beynəlxalq arenada ləyaqətlə təmsil etdirən Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Ermənistanın terrorçu birləşmələri tərəfindən 30 ilə yaxın işğalda saxlanılan Qarabağ da daxil olmaqla Qazaxdan tutmuş Mehriyə kimi torpaqlarımızın azad edilməsi tarixə ərməğan kimi diqqətə çatdırılır. Müəllifin özünün də qeyd etdiyi kimi, Ali Baş Komandan və yenilməz milli Ordumuz tərəfindən tarixə qızıl hərflərlə yazılan bu Qələbə nəticəsində Şah İsmayıl Xətai və Nadir şah Əfşar hakimiyyətindən sonra hissə-hissə əldən çıxan torpaqlarımızın itirilməsinə son qoyulmuşdur. Əsərdə Vətən müharibəsi iştirakçılarına, xüsusən də şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə və əməyi olan hər kəsə dövlət qayğısı, ümumxalq məhəbbəti öz əksini tapıb. Ümumiyyətlə, professor Qəzənfər Paşayevin “Xilaskarlar” kitabı xalqımızın və müstəqil dövlətçiliyimizin müqəddəratında həlledici rol oynamış xilaskar dövlət rəhbərlərinin böyük missiyasına həsr olunmuş elmi dəyərləndirmədir.
Daha çox gələcək nəsillərə ünvanlanan bu əsər, ilk növbədə, tarixçi-tədqiqatçıların, eləcə də xalqını, dövlətini, Vətənini sevən, ürəyi vətənpərvərlik coşqusu ilə döyünən hər bir Azərbaycan vətəndaşının masaüstü kitabına çevriləcəkdir.
Rəhman SALMANLI,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!