Ümumdünya İrs Komitəsinin Bakı sessiyası çərçivəsində növbəti panel iclaslar təşkil edilib
İyulun 6-da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində növbəti panel iclaslar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, ilk iclas Afrika qitəsi üzrə dünya irs nümunələrinin nominasiyalarının hazırlanması mövzusuna həsr olunub. İclasda Ümumdünya İrs Mərkəzinin ekspertləri, Afrika Dünya İrs Fondunun əməkdaşları, Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) və Çinin UNESKO üzrə Milli Komissiyasının nümayəndələri, Sinxua Universitetinin Milli İrs Mərkəzinin üzvləri iştirak ediblər.
Müzakirə olunan mövzuda çıxış edənlər qitənin bəşər sivilizasiyasının ilkin dövrünə aid zəngin mədəni irs nümunələrinə malik olduğunu qeyd ediblər. Bildiriblər ki, nominasiya prosesi zamanı mədəni irs nümunələrinin mühafizəsi səviyyəsinin qiymətləndirilməsi mühüm rol oynayır.
Astronomiya və texnologiya elmi irsi üzrə tematik təşəbbüsün icrasına həsr olunmuş növbəti iclasda Böyük Britaniya və İspaniya ekspertlərinin ən yaxşı təcrübələrinə dair təqdimat nümayiş etdirilib.
Sonra aerokosmik, astronomik və kosmik texnoloji elmi irsin qorunub saxlanılması, eləcə də 2018-ci ildə Londonda elm və texnologiya üzrə işçi qrupun tövsiyələrindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Plenar iclaslar müzakirələrlə davam edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!