Türkiyə və Misir prezidentlərinin görüşünə hazırlıq görülür
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşünə hazırlıq işləri görülür. AZƏRTAC “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Sami Şükri ilə Qahirədəki Tahrir sarayında keçirdiyi birgə mətbuat konfransında məlumat verib.
M.Çavuşoğlu deyib: “Biz Türkiyədə seçkilərdən əvvəl və ya sonra dövlət başçıları arasında görüşə şərait yaratmaq üçün çalışırıq və bu, onların təyin etdiyi tarixdə baş tutacaq”. O əlavə edib ki, iki ölkənin dövlət başçılarının görüşü çərçivəsində Türkiyə və Misir xalqları arasında qədim tarixə malik olan dostluq əlaqələrinin inkişafı istiqamətində mühüm sənədlərin də imzalanması nəzərdə tutulur.
S.Şükri deyib ki, türkiyəli həmkarı ilə məsləhətləşmələr “dərin, səmimi və şəffaf” olub. O əlavə edib ki, iki ölkənin son illərin məlum hadisələrindən sonra normal münasibətləri bərpa etmək üçün siyasi iradəsi var.
Türkiyə və Misir xarici işlər nazirlərinin görüşündə səfirlər səviyyəsində təmsilçiliyin bərpası məsələsi müzakirə olunub. Lakin səfirlərin mübadiləsi üçün dəqiq tarix müəyyən edilməyib. "Biz bu yolun gətirdiyi müsbət nəticələrə müvafiq olaraq, uyğun vaxtda ortaq bir məxrəcə gələcəyik. İki ölkə arasında diplomatik əlaqələr kəsilməyib. Diplomatik münasibətlər müvəqqəti işlər vəkilləri səviyyəsində davam edib. Ankarada Misirin, Qahirədə Türkiyənin təmsilçiliyi olub", - deyə Şükri əlavə edib. O qeyd edib ki, bu müsbət nəticələr bir çox məsələlər, o cümlədən ikitərəfli münasibətlər və regional mövzular üzrə ümumi baxışların tapılması ilə başlayıb.
S.Şükri Türkiyə ilə koordinasiyanı davam etdirmək və münasibətləri bərpa etmək üçün hər iki ölkənin dövlət orqanları arasında kommunikasiya kanallarını açmaq istəyini də ifadə edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Turizmin əhəmiyyəti
27 Iyul
Qəbələdə turizm infrastrukturu genişlənir
27 Iyul
Azərbaycan qazının Türkiyəyə tədarükü avqust ayında müvəqqəti dayandırılacaq
27 Iyul
Səfir: Azərbaycanla Niderland su problemlərinin idarə edilməsi mövzusunda bənzər sistemlərə malikdir...
27 Iyul
BMT nümayəndəsi: Azərbaycan beynəlxalq səviyyədə Vahid Sağlamlıq yanaşmasının tətbiqi sahəsində gücl...
27 Iyul
Sülh sazişini imzalamağın vaxtı çatıb
27 Iyul
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən info...
27 Iyul
Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsinə dair Komissiyan...
27 Iyul
Ertuğruloğlu: Azərbaycan, Türkiyə və ŞKTC bir-birilərini dəstəkləməli, ümumi maraqları müdafiə etməl...
27 Iyul
"Azərbaycan Respublikası Hökuməti il ə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əm...
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!