24 May 2025 08:00
1833
SİYASƏT
A- A+
Türk həmrəyliyinin Avropa zirvəsi

Türk həmrəyliyinin Avropa zirvəsi


Sürətlə dəyişən dünya nizamı türk dövlətləri qarşısında da yeni çağırışlar formalaşdırır, regional və qlobal proseslər fonunda onların daha sıx əməkdaşlığını zəruri edir. Olduqca mühümdür ki, türk dövlətlərinin rəhbərləri çağdaş reallıqları düzgün dəyərləndirir, istər ikitərəfli, istərsə də çoxtərəfli formatlarda əlaqələrin dərinləşdirilməsi üçün hər bir imkanı səmərəli şəkildə səfərbər edirlər.


Türk dövlətləri arasında əlaqələrin inkişafında Azərbaycanın böyük rolu var


Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü həm müasir çağırışların dəyərləndirilməsi, həm də qarşıda dayanan vəzifələrin müzakirəsi baxımından mühüm hadisə oldu. Dövlət başçıları çıxışlarında TDT-nin fəaliyyət perspektivləri ilə bağlı fikirlərini bildirdilər, təkliflər və təşəbbüslərlə çıxış etdilər.

Qeyd edək ki, TDT-nin yaranmasında və formalaşmasında, ümumiyyətlə, türk dövlətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafında Azərbaycanın böyük rolu var. Azərbaycan TDT-nin əsasının qoyulduğu ölkə olaraq təşkilatın fəaliyyətinin və türk respublikaları arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. Bu mənada respublikamızın istər xarici siyasətində, istərsə də regiondakı iqtisadi layihələrində türk dövlətlərinin maraqlarının müdafiə olunmasına xüsusi yer verilir. Bakı enerji və iqtisadi sferalarda türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsinə, onların regional və qlobal əməkdaşlığa cəlb olunmasına mühüm diqqət yetirir. Azərbaycanın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastruktur olmaqla türk dövlətlərinin iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir. Azərbaycanın enerji layihələri isə dolayısı ilə türk  dövlətlərini birləşdirir, Qazaxıstan və Türkmənistanın alternativ ixrac imkanlarını artırır. Türkiyə isə tranzit ölkə kimi neft-qaz boru kəmərlərinin faydasını görür. Əlbəttə ki, bütün bunlar Azərbaycanın türk həmrəyliyinə verdiyi dəyərli töhfələrdir. 

Prezident İlham Əliyev Zirvə görüşündə çıxışında bu məsələlərlə bağlı ətraflı danışdı. "Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir", - deyən Prezident İlham Əliyevin çıxışında diqqətə çatdırdığı məsələlərin hər biri göstərir ki, Azərbaycanın həyata keçirdiyi layihələr türk dövlətləri arasında əməkdaşlığa nə qədər böyük töhfələr verir. 

Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinin nəticəsidir ki, Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil etmişdir. Orta dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Hazırda Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. 

Azərbaycanın indiyədək TDT təşkilatının üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyması da respublikamızın türk dövlətləri ilə əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfələrindəndir.


12-ci Zirvə görüşü bu il Azərbaycanda keçiriləcək


Budapeştdə keçirilən TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə qeyd etdiyimiz kimi, təkliflər və təşəbbüslər irəli sürüldü, qarşıda dayanan məsələlərdən söz açıldı. Məsələn, Prezident İlham Əliyev ötən il rəsmi şəkildə təsis olunmuş Türk İnvestisiya Fondunun bu il fəaliyyətə başlamasının nəzərdə tutulduğunu bildirdi. Bu fond ticarət, logistika, infrastruktur, rəqəmsal iqtisadiyyat, energetika, sənaye, turizm və sahibkarlıq kimi milli prioritetlərin dəstəklənməsi üçün mühüm mexanizm kimi xidmət edəcək. 

Prezident İlham Əliyevin qeyd etdiyi məsələlərdən biri  Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən imzalanan "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi ilə bağlı oldu. Bu saziş "yaşıl enerji"nin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır. Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsinə dair mühüm birgə layihəyə də start veriblər və bu, Avrasiyada yeni rəqəmsal dəhlizin yaradılmasına yol açacaq.

Qeyri-rəsmi Zirvə görüşündə səsləndirildiyi kimi, türk kimliyi layihəsi də həyata keçiriləcək. Bu, vətəndaşlara öz milli şəxsiyyət vəsiqələri ilə üzv ölkələrə səfər etməyə imkan verəcək. Bu layihə Türkiyə və Azərbaycan arasında artıq reallaşdırılıb.

TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan bəyannamə təşkilatın qarşısında dayanan vəzifələrin reallaşdırılması və üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. 71 bənddən ibarət olan və bir çox məsələlərlə bağlı üzv dövlətlərin mövqeyinin əks olunduğu bəyannamədə Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu evsahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir olunur. 

Bu il Azərbaycan TDT-nin 12-ci rəsmi Zirvə görüşünə evsahibliyi edəcək. Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə buna toxunan Prezident İlham Əliyev təşkilata üzv dövlətlərin rəhbərlərini rəsmi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət etdi. Budapeştdə imzalanan bəyannamədə Azərbaycanın bu Zirvə görüşünə evsahibliyi etməyə hazır olması da yüksək qiymətləndirilir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!