17 Sentyabr 2026 12:34
170
SİYASƏT
A- A+
Türk dünyasının birliyi tarixi zərurətdir

Türk dünyasının birliyi tarixi zərurətdir


 Dünyada baş verən mürəkkəb proseslər, yeni güc mərkəzlərinin və siyasi reallıqların formalaşması dövlətlər arasında sıx tərəfdaşlığın, xüsusən tarixi-mənəvi köklərə söykənən həmrəyliyin əhəmiyyətini bir daha ortaya qoyur. Azərbaycan özünün məqsədyönlü xarici siyasəti ilə həm İslam aləmində, həm də Türk dünyasında birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən aparıcı güc mərkəzlərindən biri kimi çıxış edir. Ölkəmiz müsəlman xalqları arasında mənəvi bağların dərinləşməsinə illərdir ardıcıl və ciddi töhfələr verməkdədir. Azərbaycan bu ali məqsədi bilavasitə əməli adımlarla, qlobal miqyaslı təşəbbüslərlə reallığa çevirir.

 Azərbaycanın həmrəylik mərkəzi kimi artan rolu bu günlərdə paytaxtda iki böyük və möhtəşəm beynəlxalq tədbirin eyni vaxtda təşkil olunması ilə bir daha öz təsdiqini tapdı. Sentyabrın 15-də Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və dahi şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi, mötəbər qonaqların bu tədbirlərdə iştirakı olduqca əhəmiyyətlidir. Hər iki tədbirin eyni vaxtda təşkili regionda mənəvi birliyin, elm və irfan ənənələrinin dirçəldilməsi baxımından mühüm tarixi hadisədir.

 Din xadimlərinin və mütəfəkkirlərin davamlı görüşləri xalqlarımız arasında mənəvi yaxınlığın dərinləşməsinə, müasir dövrdə dünya miqyasında getdikcə narahatlıq doğuran islamofobiya kimi mənfi təzahürlərə, ksenofobiyaya və ayrıseçkiliyə qarşı vahid platformadan mübarizə aparılmasına güclü zəmin yaradır. Bu cür müştərək addımlar həm də xalqlarımızın ortaq mənəvi dəyərlərini qorumaq və gələcək nəsillərə çatdırmaq baxımından əvəzsiz rola malikdir. 

 Prezident İlham Əliyev Azərbaycanın bu sahədəki ardıcıl və məqsədyönlü siyasətini vurğulayaraq bəyan edib: “Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək”. Eyni zamanda dövlət başçımızın “Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın” fikri Azərbaycanın bu missiyaya nə qədər böyük məsuliyyətlə yanaşdığının bariz göstəricisidir. 

 Azərbaycan özünün tarixi haqq işini və bölgədə yaradılmış yeni reallıqları beynəlxalq auditoriyaya çatdırmaq istiqamətində də məqsədyönlü diplomatik siyasət yürüdür. Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin və beynəlxalq təşkilatların təmsilçilərinin Qarabağ və Şərqi Zəngəzura ardıcıl səfərlərinin təşkili bu strategiyanın tərkib hissəsidir. Qarabağa təşkil olunan diplomatik səfərlər sayəsində xarici nümayəndələr həm dəhşətli dağıntıların, işğalın ağır nəticələrinin şahidi olur, həm də Azərbaycan dövlətinin bölgədə reallaşdırdığı genişmiqyaslı bərpa və quruculuq işlərini, yenidən doğulan həyatı yerində görürlər. 

 Ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən birini türk dünyasının birliyi təşkil edir. Çünki bu gün türk dövlətlərinin sıx inteqrasiyası müasir dövrün tələb etdiyi tarixi zərurətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində türk dünyasının təşkilatlanması və güclənməsi istiqamətində tarixi adımlar atılıb. Türk ölkələrinin institusional birliyinin təməli məhz Azərbaycanda qoyulub. 2009-cu ilin oktyabr ayında türk dövlətlərinin başçılarının Naxçıvan şəhərində keçirilən IX Zirvə Görüşündə Naxçıvan Sazişinin imzalanması ilə Türk Dövlətləri Təşkilatının bünövrəsi qoyulub. Bu tarixi hadisə türk dünyasının geostrateji mənzərəsini köklü şəkildə dəyişib. Sonrakı mərhələdə Azərbaycan bu birliyin dinamik inkişafına misilsiz töhfələr verməyə davam edib. Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün 2024-cü ilin iyul ayında məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil olunması və tarixi “Qarabağ Bəyannaməsi”nin imzalanması təşkilatın gələcək inkişaf xəttinin müəyyən edilməsinin başlanğıcı olub.

 Hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, mənəvi-milli dəyərlər, təhlükəsizlik və müdafiə sənayesi kimi hayati sahələrdə dərinləşir. Bu gün türk dünyası nəhəng bir coğrafiyanı və böyük potentsialı əhatə edir. TDT-yə daxil olan ölkələrin ümumi ərazisi 4,2 milyon kvadrat kilometrdən çoxdur, əhalisinin sayı isə 180 milyona yaxındır. Bu böyük demoqrafik və ərazi potensialı, zəngin təbii resurslar və strateji nəqliyyat dəhlizləri türk dünyasını qlobal siyasətdə söz sahibinə çevirir.

 Prezident İlham Əliyev bu birliyin rəmzi və praktiki əhəmiyyətini proqram xarakterli çıxışında xüsusi olaraq bəyan edib: “Təbii ki, bizim türk dünyası ilə sıx əlaqələrimiz var, Qafqaz xalqları ilə sıx qohumluq, dostluq əlaqələrimiz var. Təbii ki, burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır. Çünki məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir. Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq”.

 Türk dünyasının və İslam aləminin həmrəyliyi regionda sülhün, sabitliyin və ədalətin əsas zəmanətçisidir. Azərbaycan bundan sonra da öz milli maraqlarına, tarixi köklərinə və qardaşlıq prinsiplərinə sadiq qalaraq, türk dünyasının birliyinin qorunması və ortaq gələcəyimizin daha təhlükəsiz olması istiqamətində qətiyyətli addımlarını davam etdirəcək. 


Mübariz QURBANLI,

YAP İdarə Heyətinin üzvü

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Həmrəyliyin yeni məzmunu: Azərbaycan türk və islam dünyasının əməkdaşlıq platformasında

13:09
17 Sentyabr

Türk dünyasının birliyi tarixi zərurətdir

12:34
17 Sentyabr

Azərbaycan islam həmrəyliyi üçün effektiv dialoq imkanı yaradır

12:32
17 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin bərpası istiqamətində möhtəşəm işlər görülür

12:22
17 Sentyabr

Rövşən Nəcəf: Uyğunlaşma bacarığı və ömürboyu təhsil getdikcə daha vacib olur

12:19
17 Sentyabr

Aqrar sahədə Azərbaycan–İslam İnkişaf Bankı əməkdaşlığı genişləndirilir

12:17
17 Sentyabr

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib YENİLƏNƏCƏK 

12:13
17 Sentyabr

Azərbaycan və Qırğızıstan arasında sərnişin və yük daşımaları inkişaf etdiriləcək

12:10
17 Sentyabr

Ötən gün dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılıb

12:09
17 Sentyabr

Azərbaycan–Monqolustan arasında hava əlaqəsi haqqında Saziş plenar iclasa tövsiyə olunub

12:08
17 Sentyabr

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 22 mindən çox nikah bağlanıb

12:08
17 Sentyabr

Ramin Məmmədov: Tarixi-dini abidənin bərpası yeni bir mərhələnin başlanğıcıdır

12:06
17 Sentyabr

Azərbaycanda 7 ayda doğulan körpələrin sayı açıqlanıb

12:04
17 Sentyabr

Adil Kərimli: Qarabağda və Şərqi Zəngəzurda abidələrin bərpası istiqamətində çox intensiv tədbirlər həyata keçirilir

12:01
17 Sentyabr

Qızıl 41 dollar ucuzlaşıb

11:54
17 Sentyabr

Səkkiz ayda külək elektrik stansiyalarından istehsal 22 dəfəyə yaxın artıb

11:53
17 Sentyabr

Nazir: Bütün mədəni irs nümunələrinin qorunmasına xüsusi həssaslıqla yanaşılır

11:52
17 Sentyabr

Azərbaycan əhalisinin sayı açıqlanıb

11:51
17 Sentyabr

Bu il neft məhsullarının istehsal dəyəri 4 milyard manatı ötüb

11:50
17 Sentyabr

Bu il qaz nəqlinin 56 faizdən çoxu Bakı-Tbilisi-Ərzurum kəmərinin payına düşüb

11:48
17 Sentyabr

Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir

11:47
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!