07 Noyabr 2025 13:54
639
DÜNYA
A- A+
Donald Tramp: Qazaxıstan rəsmi olaraq İbrahim sazişlərinə qoşulmağa razılıq verib  

Donald Tramp: Qazaxıstan rəsmi olaraq İbrahim sazişlərinə qoşulmağa razılıq verib  


Qazaxıstan rəsmi olaraq İbrahim sazişlərinə qoşulmağa razılıq verib və imzalanma mərasimi tezliklə keçiriləcək. ABŞ Prezidenti Donald Tramp bunu 2023-cü ildən sonra dövlət başçıları səviyyəsində ikinci ABŞ-Orta Asiya sammiti çərçivəsində Ağ Evdə keçirilən qala şam yeməyi zamanı açıqlayıb.

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadir Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev görüşdə iştirak ediblər.

2023-cü ildən sonra dövlət başçıları səviyyəsində ikinci ABŞ-Orta Asiya sammitinin açılışında çıxış edən Tramp İbrahim sazişlərinin Yaxın Şərq və digər bölgələr üçün əhəmiyyətini vurğulayıb.

"Qazaxıstanın İbrahim sazişlərinə qoşulmağa rəsmi olaraq razılıq verdiyini elan etməkdən məmnunam. Bu, rəsmi xəbərdir. Təxminən 15 dəqiqə əvvəl güclü lideri olan böyük bir ölkə rəsmi olaraq İbrahim sazişlərinə qoşulub. Bu, böyük şərəfdir. Sizinlə birlikdə olmaq mənim üçün həqiqətən şərəfdir", - deyə Tramp bildirib.

Amerika lideri sosial media hesabında İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefonla danışdığını açıqlayıb. Trampın sözlərinə görə, Qazaxıstanın İbrahim sazişlərinə qoşulması üçün rəsmi imzalanma mərasimi tezliklə baş tutacaq.

İbrahim sazişləri 2020-ci ildə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanıb.

Sazişin ilkin məqsədi ərəb ölkələri ilə İsrail arasında normallaşma prosesini başlatmaq olub.

Bu il mayın 13-də Amerika Birləşmiş Ştatları  sazişin daha geniş ərazini əhatə edəcəyini açıqlayıb.


Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam şəhərində Novruz yarmarkası açılıb

12:56
17 Mart

Donald Trampa Fars körfəzində İranın qisas tədbirləri ilə bağlı xəbərdarlıq edilibmiş  

12:50
17 Mart

Növbəti köç karvanı Xocavənd kəndinə çatıb

12:47
17 Mart

Sabah gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək

12:46
17 Mart

Xarici vətəndaşların İrandan təxliyəsi: “Astara” buraxılış məntəqəsində son vəziyyət 

12:45
17 Mart

Ötən il Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi 6,5 milyard dolları ötüb  

12:41
17 Mart

İranda ABŞ və İsrailə casusluq edənləri edam cəzası gözləyir

12:41
17 Mart

MM qadın hərbçilərlə bağlı qanunvericiliyə dəyişikliyi qəbul edib

12:33
17 Mart

MDB-nin İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə dair Protokol təsdiqlənib  

12:30
17 Mart

“Yerin təki haqqında” Qanuna dəyişikliklər təsdiqləndi: Yeni qaydalar resurs istifadəsini və ekoloji nəzarəti gücləndirəcək  

12:19
17 Mart

2025-ci ildə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi açıqlanıb  

12:11
17 Mart

BDYPİ qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib

12:01
17 Mart

Nigeriyada terror aktı: 23 nəfər həlak olub, 100-dən çox yaralı var

11:32
17 Mart

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

11:22
17 Mart

Milli Məclis 9 məsələnin müzakirəsinə başlayıb

11:21
17 Mart

Şirvan şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 35 mənzil verilib  

11:20
17 Mart

ABŞ-nin Hörmüz boğazında koalisiya yaratmaq cəhdləri uğursuzluğa düçar olur  

11:18
17 Mart

Ötən gün 40 cinayətin açılması təmin edilib

11:16
17 Mart

Efiopiyada “ASAN xidmət” modeli əsasında növbəti xidmət mərkəzlərinin açılışı olub  

11:15
17 Mart

Dünya bazarında qızıl 22 dollardan çox bahalaşıb

11:14
17 Mart

Dünya birjalarında neft bahalaşıb

11:13
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!