14 İyul 2023 11:00
888
İDMAN
A- A+
Tovuzda Avropa və dünya çempionu ilə görüş 

Tovuzda Avropa və dünya çempionu ilə görüş 

 

Tovuz Rayon İcra Hakimiyyətində bu il Rumıniyanın Buxarest şəhərində keçirilən Güləş üzrə Avropa Çempionatında III yer tutan və Türkiyədə keçirilmiş Yaşar Doğu Beynəlxalq Güləş Turnirində qızıl medal alan sərbəst güləşçi Elnurə Məmmədova ilə görüş keçirilmişdir.
Diqqətə çatdırılmişdir ki, 2002-ci ildə Tovuz rayon Köhnəqala kəndində anadan olan və 2015-ci ildən etibarən idmanın sərbəst güləş növü üzrə məşğul olan Elnurə Məmmədova dəfələrlə mötəbər yarışlarda Azərbaycanı uğurla təmsil etmişdir. O, 2018-ci ildə Türkiyənin Qəbzə şəhərində keçirilən beynəlxalq turnirdə 3-cü yerə çıxmışdır. İştirak etdiyi bütün yarışlarda uğurla çıxış edən tovuzlu güləşçi 2019-cu ildə Türkiyə və Ukraynada keçirilən beynəlxalq yarışlarda ikinci, İtaliyanın Faenza şəhərində keçirilən Yeniyetmə Güləşçilərin Avropa Çempionatında üçüncü, Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında və 2022-ci ildə Bolqarıstanda təşkil edilmiş Güləş üzrə VII Avropa Çempionatında ikinci olmuşdur. Romada keçirilən Avropa çempionatında birinci yeri qazanan, Türkiyənin Konya Şəhərində  keçirilən İslam oyunlarında üçüncü yerə layiq görülən gənc idmançının cari ildə də uğurları çoxdur. O, Buxarestdə keçirilən Güləş üzrə Avropa Çempionatında iştirak edərək bürünc, Türkiyədə keçirilmiş Yaşar Doğu Beynəlxalq Güləş Turnirində isə ən yüksək pilləyə qalxaraq qızıl medallara layiq görülmüşdür.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək ölkəmizin bütün regionlarında, o cümlədən Tovuzda idmanın inkişafı üçün həyata keçirilən idman siyasətindən danışmış, E.Məmmədovaya bundan sonrakı yarışlarda da uğurlu nəticələr arzulamışdır.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qardaş ölkədə zəlzələnin izləri silinir, “Azərbaycan” yüksəlir

13:25
04 Sentyabr

Dəmir yollarında sərnişin axını artır

13:23
04 Sentyabr

Həftə sonu yuxusuzluğu aradan qaldırmaq ürəyə yaxşı təsir edir

13:20
04 Sentyabr

Kişilərin arıqlamasını asanlaşdıran amil ortaya çıxıb

13:17
04 Sentyabr

“Volkswagen”dən 50 min nəfəri işdən çıxarmaq qərarı

13:15
04 Sentyabr

Avropa İttifaqı ticarət qaydalarını sərtləşdirdi

13:12
04 Sentyabr

Payız fəsli Azərbaycana sentyabrın 23-də daxil olacaq

13:10
04 Sentyabr

Qarabağla bağlı qərəzli materialına görə “The Guardian”a etiraz bildirilib

13:08
04 Sentyabr

Milli Depozit Mərkəzinin iki beynəlxalq depozitar sistemə üzvlüyü ilə bağlı məsələlər nəzərdən keçirilib

12:56
04 Sentyabr

Le Pen “qadağandır!” dedi, fransız qadınlar nə etdi?!

12:44
04 Sentyabr

Şənbə gününə olan hava proqnozu açıqlanıb

12:40
04 Sentyabr

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək

12:39
04 Sentyabr

MİDA: Satışa çıxarılan 535 mənzilin hamısı vətəndaşlar tərəfindən seçilib

12:35
04 Sentyabr

İnformasiya Texnologiyaları İnstitutunun sosial media platformalarında fəaliyyəti yenidən qurulur 

12:30
04 Sentyabr

Xüsusi tapşırıqlar üzrə səfir: “Cənubi Qafqazda münaqişə gündəliyini sülh gündəliyi əvəz edir“

12:27
04 Sentyabr

Mariyana Kuyundziç: “Aİ-Azərbaycan münasibətləri dinamik inkişaf edir“

12:25
04 Sentyabr

Fərid Şəfiyev Avropa-Azərbaycan gündəliyində əsas prioritetləri açıqlayıb

12:20
04 Sentyabr

Güzəştli mənzil layihəsindən yararlanan ailələrin sayı açıqlanıb

12:17
04 Sentyabr

Macarıstanda kommunist dövrünə aid məxfi xidmət arxivlərindən 80 minədək şəxsin adı açıqlana bilər

12:15
04 Sentyabr

Azərbaycan və Özbəkistan arasında mədəni körpülər Buxarada möhkəmlənir

12:13
04 Sentyabr

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

12:10
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!