15 Noyabr 2025 08:50
587
İQTİSADİYYAT
A- A+
Tovuz: ilin sonu yaxınlaşsa da, işin sonu görünmür

Tovuz: ilin sonu yaxınlaşsa da, işin sonu görünmür


Son illər dünyanı rahatsız edən məsələlərdən biri də ərzaq təhlükəsizliyidir. 

Bu sahədə mövcud olan problemlər ölkələrdən həmin istiqamətdə əsaslı dönüş yaratmağı tələb edir. Bu baxımdan, Azərbaycan da istisna deyil. 

Ölkə üzrə bu istiqamətdə həyata keçirilən islahatlar Tovuzda da uğurlu nəticələr verir. Xüsusilə son illər kənd təsərrüfatı məhsulları istehsalı sahəsində əldə olunan nailiyyətlər bunu deməyə əsas verir.

Payızın, necə deyərlər, oğlan çağıdır. Qarşıdan qış gəlir. Belə bir vaxtda əkinçilər yetişdirdikləri kənd təsərrüfatı məhsullarını qısa vaxt ərzində yığıb başa çatdırmaq üçün əllərindən gələni əsirgəmirlər. İli uğurla yola salmaq əzmində olan tovuzlular bu il də yüksək göstəricilər qazanırlar. Aldığımız məlumata görə, cari ilin ötən dövrü ərzində rayonda kənd təsərrüfatı məhsulları istehsalının faktiki qiymətlərlə dəyəri 310 milyon 616,8 min manat olmuşdur ki, onun da 70 milyon 947,5 min manatlığı heyvandarlıq, 239 milyon 669,3 min manatlığı bitkiçilik məhsullarının payına düşür. Əvvəlki illərdə olduğu kimi, bu il də kənd təsərrüfatı bitkilərinin becərilməsinə diqqət artırılmış, aqrotexniki tədbirlər optimal müddətdə başa çatdırılmış, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri vaxtında aparılmışdır. Bunların hesabına sahələrdən 38 min 802 ton buğda, 7 min 500 ton arpa, 8 min 950,7 ton dən üçün qarğıdalı, 485,4 ton dən üçün günəbaxan, 27 min 729,8 ton tərəvəz, 1 min 129,7 ton bostan, 24 min 28,5 ton yem bitkiləri istehsal olunmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə buğda istehsalı 5 min 30, arpa istehsalı 73, dən üçün günəbaxan istehsalı 7,8 ton çox olmuşdur. 

Rayonda heyvandarlıq məhsulları istehsalı da əvvəlki ilə nisbətən xeyli artmışdır. Son məlumata görə, qoyun və keçilərin sayı 122,3 min, qaramalın sayı 14,4 min başa çatmışdır ki, bu da keçən illə müqayisədə 15,2 faz çoxdur. İlin ötən dövrü ərzində ət istehsalı (diri çəkidə) 6 min 31,6, süd istehsalı 25 min 610,3 tona, yumurta istehsalı 15 milyon 53 min ədədə çatmışdır.

Tovuzda kartofçuluğun da inkişafına diqqətlə yanaşılır. Ölkənin böyük kartof istehsalçılarından olan Tovuzda bu il 136 min 803,1 ton kartof yığılmışdır ki, bu da əvvəlki ildəki göstəricidən çoxdur. Hər hektarın məhsuldarlığı 300 sentnerə yaxın olmuşdur. İstehsal olunan kartofun saxlanmasında da elə bir problem yaşanmır. Rayonda 22 min 500 ton tutumu olan soyuducu anbar kompleksi var. Logistik mərkəz kimi fəaliyyət göstərən bu obyekt rayonda kartofçuluğun inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

Üzümçülüyə də maraq çoxdur. Hazırda rayonda 1150 hektar üzüm bağı var ki, onun da 20 hektarı keçən il salınıb. Elə ötən il bağlardan 30 min 441,5 ton məhsul götürən bağbanlar cari ildə bu rəqəmi xeyli artırmış, hər hektardan 284,5 ton üzüm yığmışlar. İstehsal olunan üzümün emalı və satışının təşkili istiqamətində də bir sıra işlər görülmüşdür. Məsələn, Aşağı Quşçu kəndində 3 min tonluq üzüm emalı müəssisəsi istifadəyə verilmişdir. 

Hazırda iqtisadiyyatının əsasını aqrar sahə təşkil edən Tovuzda növbəti kənd təsərrüfatı ilinə geniş hazırlıq işləri görülür. Məhsulu yığılmış sahələr şumlanır, əkin aparılmış sahələrə müxtəlif mineral gübrələr verilir. 


Sabir ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

Fövqəladə hallar naziri BMMT-nin İcraiyyə Şurasının növbədənkənar sessiyasında iştirak edib  

18:18
03 Mart

Yaxın Şərqdə müharibənin uzanması Avrozonada inflyasiyanı artıra bilər

18:17
03 Mart

Küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

18:01
03 Mart

Hava bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:27
03 Mart

Pakistan 389 əfqan qaçqını ölkədən çıxarıb

16:25
03 Mart

Türkiyənin xarici işlər naziri ABŞ-nin Ankaradakı səfirini qəbul edib

16:23
03 Mart

Donald Tramp Britaniya Baş nazirinin İranla bağlı mövqeyini tənqid edib  

16:22
03 Mart

Qurban Yetirmişli: Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb

15:58
03 Mart

“Politico”: Trampın Oval Ofisdə xarici liderlərlə mətbuat konfransları dayandırılıb  

15:54
03 Mart

Rusiya Hökumətinin sədri vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib  

15:52
03 Mart

Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

15:51
03 Mart

Analitiklər neft qiymətlərinin 100 dollaradək bahalaşma ssenarilərini qiymətləndirirlər  

15:50
03 Mart

MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurası Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə önəm verir  

15:45
03 Mart

Zelenski Ukrayna Silahlı Qüvvələrinin cənubdakı əks-hücumu haqqında danışıb

15:28
03 Mart

“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb  

15:26
03 Mart

Azərbaycan Prezidenti: Alternativ enerji ilə bağlı planlarımız imzalanmış müqavilələrə əsaslanır  

15:25
03 Mart

Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik  

15:24
03 Mart

Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır  

15:23
03 Mart

Türkiyə XİN başçısı: Tərəfləri yenidən danışıqlar masasına qaytarmağa cəhd göstəririk  

15:22
03 Mart

Aİ komissarı: Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq

15:20
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!