Tibbi müayinələr əhalinin sağlamlığına xidmət edir
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın bütün bölgələrində olduğu kimi, əhalinin tibbi müayinələrdən keçirilməsinə Şəmkir rayonunda da mütəşəkkilliklə başlanılmışdır.
Rayon əhalisinin növbəti tibbi müayinəsinin səmərəli keçməsi üçün mərkəzi rayon xəstəxanasında ciddi hazırlıq işləri görülmüşdür. Hər bir rayon sakininin bu aksiyadan kənarda qalmaması üçün xüsusi qrafik tərtib edilmiş, tibbin müxtəlif sahələri üzrə briqadalar yaradılmışdır. Rayonun ən təcrübəli həkimləri həmin briqadalara təhkim olunmuş, bu vacib məsələyə ciddi yanaşılması üçün xüsusi tapşırıqlar verilmişdir.
Rayonda tibbi müayinənin mütəşəkkil keçirilməsi üçün bir poliklinika şöbəsində, 32 həkim məntəqəsində, 4 kənd və 3 qəsəbə xəstəxanasında geniş hazırlıq işləri görülmüş, səhiyyə ocaqları lazımi tibbi ləvazimat, dərman və sarğı materialları ilə təmin edilmişdir. Səhiyyə ocağı olmayan kəndlərdə əhalinin müayinə edilməsi üçün əlavə 3 həkim briqadası yaradılmışdır. Həmin briqadalara terapevt, cərrah, endokrinoloq, stomatoloq, kardioloq və səhiyyənin digər sahələri üzrə həkimlər təyin edilmişdir.
Sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi müayinədən keçirilməsi diqqət mərkəzindədir. Onların evlərdə və yaşadıqları ünvanlarda tibbi müayinəsi üçün mərkəzi rayon xəstəxanasında ayrıca səyyar həkim briqadaları yaradılmışdır.
Şəmkir rayon mərkəzi xəstəxanasından bildirmişlər ki, hər hansı xəstəlik aşkar edilmiş şəxslərin zərurət olduqda mərkəzi rayon xəstəxanasından başqa, Gəncə və Bakı şəhərlərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilməsi də nəzərdə tutulmuşdur.
Rayonda tibbi müayinələrin mütəşəkkilliyini təmin etmək üçün könüllülər də bu işə cəlb edilmişdir. Bu işdə "Böyük yol” Gənclər İctimai Birliyinin üzvləri yaxından iştirak edirlər.
Müayinədən keçmiş bir neçə rayon sakini ilə söhbət etdik. İlk növbədə onlar əhalinin sağlamlığına diqqət və qayğı göstərən Prezident İlham Əliyevə minnətdarlıq etdilər.
Sabir ƏLİYEV,
"Azərbaycan”Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Vitse-spiker Adil Əliyev: “Azərbaycanın qüdrətinə heç kəs kölgə sala bilməz ”
29 Aprel
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
29 Aprel
Türkiyə bu namizədi dəstəkləyir - KİV
29 Aprel
Baş nazirdən istefa açıqlaması
29 Aprel
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
Havanın temperaturu iqlim normasından yüksəkdir, isti hava şəraiti mayın 2-dək davam edəcək ...
29 Aprel
Yəmən limanı yaxınlığında gəmiyə hücum etdilər - MƏLUMAT
29 Aprel
Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik ...
29 Aprel
İnsan hərəkətlərini imitasiya edən robot təqdim olunub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!