04 Sentyabr 2026 19:04
1029
CƏMİYYƏT
A- A+
Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib


Zirə Mədəniyyət Mərkəzi Eko Parkda I və II Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Dövlət Sərhəd Xidmətinin polkovniki, şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı, Zirə Cümə Məscidinin axundu Hacı Qədir Nəcəfzadə çıxış edərək Bakının Zirə qəsəbəsində doğulan, böyüyüb boya başa çatan Füzuli Cavadovun keçdiyi şərəfli ömür yolundan danışıb.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında şəhid Füzuli Cavadovun Azərbaycan Ordusunun möhkəmləndirilməsində xidmətləri olan peşəkar zabitlərdən biri olduğunu bildirib.

Elşən Salahov Azərbaycanın müstəqilliyinin və dövlətçilik ənənələrinin gücləndirilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu vurğulayıb. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan hərbçilərinin göstərdiyi şücaət və fədakarlıq xalqımızın tarixi Zəfərinin əsas amillərindən olub.

Milli Məclisin 14 saylı Xəzər–Pirallahı seçki dairəsi üzrə deputatı Günay Əfəndiyeva çıxışında Füzuli Cavadovun xatirəsinin Azərbaycan dövlətinin və xalqının yaddaşında hər zaman yaşayacağını bildirib.

Günay Əfəndiyeva vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qüdrətli rəhbərliyi nəticəsində ölkəmiz bu gün öz gücü, ordusu, dövlətçiliyi və milli birliyi ilə dünyada öz sözünü deyən bir dövlətdir.

Deputat şəhidlərimizin, qazilərimizin fədakarlığının, hərbçilərimizin və ümumiyyətlə, bütün dövlət qulluqçularımızın sədaqətli xidmətinin dövlətimizin gücünün əsas dayaqlarından olduğunu geyd edib.

Tədbirdə Füzuli Cavadovun hərbi xidmət yoldaşı, Azərbaycan Dövlət Sərhəd Xidmətinin polkovniki Vüsal Bağırov çıxış edərək şəhid Füzuli Cavadovla bağlı xatirələrini bölüşüb.

Ailəsi adından çıxış edən şəhid polkovnikin qızı Nərmin Ağayeva atasının xatirəsinin ehtiramla yad edilməsinə və ailəsinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, atasının həyatının və Vətənə xidmət yolunun ailəsi üçün daim qürur mənbəyi olduğunu qeyd edib.

Tədbirdə Füzuli Cavadovun ədəbiyyata və poeziyaya bağlılığı,  Zirə qəsəbəsində keçirilən ədəbi məclislərin təşkilində aktiv iştirakı vurğulanıb.

Tədbirin bədii hissəsində böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin qəzəlləri və şəhid Füzuli Cavadovun nəvələri tərəfindən şeirlər səsləndirib.Muğam Televiziya Müsabiqəsinin qalibi Vüqar Əbilovun ifasında, tarzən Şahin Babayev və kamança ustası Fərrux Haşımlının müşayiəti ilə muğam nümunələri təqdim edilib.

2021-ci il noyabrın 30-da Qaraheybət hərbi təlim poliqonunda baş vermiş helikopter qəzası nəticəsində şəhid olan polkovnik Füzuli Cavadova həsr olunan tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, hərbçilər, qazilər, ziyalılar və rayon sakinləri iştirak ediblər.


“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülhün səsi ədalətdir

19:53
09 Oktyabr

Qaraciyər piylənməsinə qarşı təbii vasitə aşkar edilib

19:46
09 Oktyabr

Şərqi Avropanın ən qədim Aşel dövrü daş alətləri Rusiyada aşkar edilib  

19:31
09 Oktyabr

Azərbaycanın “yaşıl enerji” layihələrinə 1,1 milyon dollarlıq dəstək

19:23
09 Oktyabr

Masallı şəhərində Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anılıb  

19:13
09 Oktyabr

Şəhid komandir

19:06
09 Oktyabr

Süni intellekt detektoru təqdim edilib

18:45
09 Oktyabr

Masallı şəhər 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

18:33
09 Oktyabr

Sumqayıtın təmizliyi vacib şərtdir  

18:28
09 Oktyabr

Azərbaycanın tranzit yolunda canlanma: Astarada yük axını sürətlənir

18:22
09 Oktyabr

Skandinaviyada qədim evlərdə insan qalıqları və zorakılıq izləri aşkarlanıb  

18:15
09 Oktyabr

Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları

17:52
09 Oktyabr

Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb

17:36
09 Oktyabr

Bakıda qatarların yolu insanlarla doludur

17:21
09 Oktyabr

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!