“Tesla”nın rekord göstəricisi
Amerikanın “Our Next Energy” şirkəti tərəfindən elektromobillər üçün nəzərdə tutulmuş yeni növ batareya “Tesla Model S” avtomobilinə quraşdırılıb. Aparılmış testlər nəticəsində yeni növ batareya ilə işləyən avtomobil daha uzun yol qət edərək dünya rekorduna imza atıb.
“Our Next Energy” şirkəti uzun illər “Apple”da çalışmış pakistanlı mühəndis Mujib İjaz tərəfindən təsis edilib. Şirkət elektromobillər üçün yeni növ batareyaların istehsalı üzrə ixtisaslaşıb.
Test üçün “Tesla Model S”in seçilməsi heç də təsadüfi deyil. Belə ki, bir dəfə şarj olunandan sonra daha uzun məsafəyə yol qətetmə üzrə əvvəlki dünya rekordunu da məhz bu model qazanmışdı. Saat həcmi 203.7 kilovat olan batareyanı “Tesla Model S”ə quraşdırandan sonra elektromobil bir dəfəyə 1210 kilometr yol qət edib.
Test dövründə elektromobilin orta sürət həddi saatda 88 kilometr olub. Ümumilikdə o, 14 saat yolda olub. Qeyd etmək lazımdır ki, testlər qış mövsümündə aparılıb. Qışda elektromobillərin qət etdikləri yol göstəriciləri bir qədər aşağı düşür.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
26 Aprel
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
26 Aprel
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
26 Aprel
STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək
26 Aprel
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə ...
26 Aprel
Milli Məclisin sədr müavini Adil Əliyev: “Ağdam rayonunda əsası qoyulmuş məktəb Azərbaycan-Qırğızıs...
26 Aprel
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində işt...
26 Aprel
Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB...
26 Aprel
Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib...
26 Aprel
“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridi...
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!