03 Mart 2023 01:22
638
İQTİSADİYYAT
A- A+
Tərtərin hər tərəfi inkişaf, abadlıq və quruculuq ünvanıdır

Tərtərin hər tərəfi inkişaf, abadlıq və quruculuq ünvanıdır

 

Qarabağ savaşında, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə tərtərlilərin qəhrəmanlıq salnaməsi yazdığını, əsl vətənpərvərlik nümunəsi göstərdiyini sübut etməyə ehtiyac yoxdur. 
Qarabağ  uğrunda döyüşlərdə, o cümlədən Birinci Qarabağ savaşında düşmənə bir qarış da torpaq verməyən, 44 günlük zəfərdə sanballı payı olan, erməni terrorçuları tərəfindən hər gün başına raket, artilleriya mərmiləri yağdırılan, amma qəddini bükməyən, düşmən qarşısından bir addım da geri çəkilməyən Tərtər əyilməz qüruru, yenilməz döyüş əzmi, düşmənə vurduğu sarsıdıcı zərbələri ilə yeni tariximizə şərəfli səhifələr yazdı.
Ana vətənin hər qarışını göz bəbəyi kimi qoruyan tərtərlilər bu gün onun hər bucağını cənnətə döndərmək  uğrunda fədakarlıq göstərirlər. Yazıçı Anarın ulu  Dədə Qorqudun dili ilə söylədiyi "Torpağı qorumasan, əkib-becərməyə, əkib-becərməsən, qorumağa dəyməz" kəlamı tərtərlilərin həyatına biçilib. Müharibənin vurduğu  yaraları sağaltmaq, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqət və qayğıkeşlik göstərmək, raketlərin, artilleriya mərmilərinin dağıtdığı çoxsaylı evləri bərpa etmək, yaxud yenidən tikmək üçün bu gün də rayonun bütün qüvvələri səfərbərdir. Başqa cür ola da bilməz. Çünki düşməndən alınan qisas, ermənilərin məğlubiyyəti ölkəmizin hər yerində olduğu kimi, Tərtərdə də böyük ruh yüksəkliyi yaratmışdır. 
Qarabağ uğrunda müqəddəs savaşda  qazanılan qələbə artıq bizim üçün qürurverici tarixə çevrilib. Dövlətin gördüyü tədbirlər sayəsində müharibənin Tərtərə vurduğu  yaralardan əsər-əlamət qalmayıb. Yerləyeksan olan evlər, dağılan ərazilər yenidən qurulub. Rayon mərkəzi, Tərtərdə qış olsa da, bahar libasındadır. Küçələr, meydanlar abad görkəmi, yaraşığı ilə göz oxşayır. Qarabağ işğalda olduğu illərdə suya həsrət qalan kəndlərə indi Tərtər çayının mayası bərəkət olan suyu gəlir. Taleyini torpağa, halal zəhmətə bağlayan Tərtər kəndlisinin qaməti düzəlib, qırışığı açılıb. 
Nəticəsi  də göz qabağındadır: ötən il rayon üzrə ümumi məhsul buraxılışının həcmi əvvəlki ildəkinə nisbətən 16 faizdən çox artmış, o sıradan kənd təsərrüfatı məhsulları istehsalının dəyəri 100 milyon manata çatmışdır. Kənd təsərrüfatının şaxələndirilməsi, ixracyönümlü məhsulların istehsalı istiqamətində atılan addımlar, ənənəvi sahələrin, xüsusilə pambıqçılığın, baramaçılığın, üzümçülüyün dirçəlməsinə yönəlik tədbirlərin həyata keçirilməsi müsbət nəticələr verir. Təkcə keçən il kənd təsərrüfatı məhsulları istehsalının 2021-ci illə müqayisədə 2,3 faiz artması da bunu təsdiqləyir. Taxıla gəldikdə, ötən təsərrüfat ilində rayon üzrə 8103 hektar sahədə taxıl yetişdirilmişdir. Orta məhsuldarlıq 41 sentner olmuşdur. Buğda zəmilərinin məhsuldarlığı isə 43,6 sentnerə yüksəlmişdir. 2022-ci ildə 3450,7 hektarda pambıq əkib-becərən tərtərli fermerlər 4254 ton məhsul istehsal edərək hər hektarın məhsuldarlığını 32,6 sentnerə yüksəltmişlər. Bu, pambıqçılıq rayonları arasında 3-cü göstəricidir. Rayonun təsərrüfatlarında şəkər çuğunduru, günəbaxan, meyvə-tərəvəz  sahələrindən də nəzərdə tutulduğundan xeyli çox məhsul istehsal edilmişdir.
Heyvandarlığın inkişafında da müsbət nəticələr var. Hazırda rayonun təsərrüfatlarında qaramalın sayı 31500, davarın sayı 43500, müxtəlif növ quşların sayı 219 min başa, arı ailəsinin sayı isə 6390 başa çatır. Keçən il rayon üzrə 3435,5 ton ət, 23 min ton süd, 13,5 milyon ədəd yumurta istehsal edilmişdir.  Əvvəlki illə müqayisədə ət və süd istehsalı artmışdır.
Tərtərdə sahibkarlığın inkişafına böyük önəm  verilir, münbit şərait  yaradılır. Rayon icra hakimiyyətində sahibkarlarla vaxtaşırı işgüzar görüşlərin keçirilməsi  ənənəyə çevrilmişdir. Belə görüşlər zamanı sahibkarları narahat edən problemlər öyrənilir, onların aradan qaldırılması üçün tədbirlər görülür. Nəticədə yalnız ötən il 31 nəfər hüquqi, 921 nəfər fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında qeydiyyatdan keçmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən  2022-ci ildə rayonun sahibkarlıq subyektlərinə 1 milyon 729 min manat güzəştli kreditlər verilmişdir. Bu layihələrin icrası hesabına 46 nəfər üçün yeni iş yeri açılmışdır.
Rayon  ərazisində abadlıq-quruculuq işləri də səngimir. Tərtər şəhərinin asfalt yolları,  zövqlə inşa edilmiş istinad divarları, yeni salınan yaşıllıqları, ümumi səliqə-sahmanı hər kəsdə razılıq doğurur. 432 şagirdlik Xoruzlu kənd tam orta məktəbi bu yaxınlarda  istifadəyə verilmişdir. Kovdadıq kəndində 20 şagirdlik  ibtidai və  Zolgörən kəndində 56 şagirdlik ümumi orta modul tipli məktəb kənd sakinlərinin istəyi ilə inşa edilmişdir.  Tərtər şəhər 5 saylı tam orta məktəb  üçün yeni binanın tikintisi isə davam edir. 320 şagirdlik Azad Qaraqoyunlu kənd tam orta məktəbinin tikintisinə yeni başlanıb, Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi sürətlə aparılır. Rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətlərində yol kənarlarında, yaşayış məntəqələrində, meşə zolaqlarında müxtəlif növ ağac, gül və həmşəyaşıl  kollar  əkilmişdir. 
Tərtərdə vətəndaş müraciətlərinə də diqqət və həssaslıqla yanaşılır. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyir ki, Prezident  İlham Əliyevin yüksək tribunadan özünü xalqın xidmətçisi olduğunu  bəyan etməsi və uğurlu sosial siyasəti ilə bunu təsdiqləməsi ölkənin məmurları üçün örnəkdir, xəbərdarlıq mesajıdır və bu məsuliyyəti dərk etmədən dövlət başçısının etimadını doğrultmaq, rayon sakinlərinin rəğbətini qazanmaq mümkün deyil. M.Məmmədovun sözlərinə görə,   RİH-də hər bir müraciət diqqətlə və operativ araşdırılır. Rayon  icra hakimiyyətinin imkanları daxilində olan məsələlər operativ həll olunur. Digər problemlərin həllinə nail olmaq üçün isə əlaqədar mərkəzi qurumlar qarşısında məsələ qaldırılır. 

Lazım QULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!