06 May 2025 08:40
532
SİYASƏT
A- A+
Terrorçu təfəkkürünün nümunəsi

Terrorçu təfəkkürünün nümunəsi


"Xocalı soyqırımının təşkilatçılarından və ən qəddar icraçılarından olan Vitali Balasanyanın yenidən "xortlamaq" cəhdi bir daha sübuta yetirir ki, o, Samvel Babayan və əlləri Azərbaycan xalqının qanına bulaşmış digər separatçı-terrorçular ədalət məhkəməsi qarşısında dayanmayınca və layiq olduqları cəzanı almayınca, əməllərindən əl çəkməyəcək, bu və ya digər şəkildə siyasi gündəmə gəlməyə çalışacaq, sülh prosesinə maneə yaratmaq üçün ən müxtəlif üsullara əl atacaqlar. Balasanyanın Rusiya prezidentinə məktubu rəzil, qorxaq, törətdiyi ağır cinayətlərin girovuna çevrilmiş bir terrorçunun kölə, qul təfəkkürünün bariz bir nümunəsidir". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu kağız parçası vaxtilə Ermənistan ordusunun işğalı nəticəsində Azərbaycanın nəzarətindən çıxan ərazilərdə elan edilən qondarma rejimin mahiyyətinin işğal prosesinin müxtəlif adlar altında legitimləşdirilməsi və növbəti mərhələdə isə tarixi və hüquqi Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsindən ibarət olduğunu bir daha göstərir. "Azərbaycan ərazilərində 1988-ci ildən etibarən aktiv mərhələyə qədəm qoyan separatizm dalğasının "Miatsum" (Birləşmək) şüarı ilə başladılması da bunu təsdiqləyir. Balasanyan öz məktubunda İkinci Dünya müharibəsində 90 min "Qarabağ ermənisi"nin iştirak etdiyini yazmaqla, əslində, nə qədər şərəfsiz bir yalançı olduğunu təkrar xatırladır. Hitler Almaniyasının SSRİ-yə hücumundan 2 il öncə -1939-cu ildə SSRİ-nin mərkəzi hakimiyyət orqanlarında çalışan ermənilərin iştirakı ilə "aparılan" siyahıyaalınmadan sonra təqdim edilən şişirdilmiş rəqəmlərdə belə, həmin dövrdə "Dağlıq Qarabağ Muxtar Vilayəti"ndə yaşayan ermənilərin sayı 132 min nəfər göstərilir. Belə çıxır ki, 1941-1945-ci illərdə Azərbaycan torpaqlarında - Qarabağda yaşayan erməniəsilli qadınlar, qocalar və hətta uşaqlar da müharibədə "iştirak" ediblər. Əslində Balasanyan kimilər faşist cəlladı Qaragin Njdenin törəmələridirlər və onların azərbaycanlılara qarşı törətdikləri ağır müharibə cinayətləri, ağlasığmaz vəhşiliklər də bunu sübuta yetirir", - deyə o bildirib.

Deputat xatırladıb ki, Balasanyan kağız parçasında bildirir ki, o və cinayətkar ortaqları guya Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində faşizm üzərində qələbənin şərəfinə ucaldılmış abidələri "bərpa" ediblər və "qoruyub"lar. Azərbaycan torpaqlarının işğalına son qoyulduqdan sonra dünyanın gözü qarşısında sərgilənən xarabalıqlar, əslində, hər şeyi deyir və bu, yaltaq gözəgirmə, ağlı, şüuru başında olan istənilən şəxsdə ən azı ikrah hissi doğurmalıdır. 

E.Mirzəbəyli qeyd edib ki, bütün bunlar Vitali Balasanyanın, Samvel Babayanın və Azərbaycana, Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətmiş bütün müharibə canilərinin Ermənistanın hakimiyyət orqanları tərəfindən saxlanılaraq, Azərbaycana təhvil verilməli olduqlarını sübuta yetirir: "Azərbaycan ərazilərini könüllü şəkildə tərk edən ermənilər isə yalnız Qərbi Azərbaycandan qovulmuş və sayı 300 mindən çox olan azərbaycanlıların öz evlərinə ləyaqətli qayıdışı təmin edildikdən, həm də Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra qayıda bilərlər. Təbii ki, bu zaman onların kimlikləri ciddi şəkildə araşdırılacaq və Azərbaycan ərazilərində cinayət törədənlər isə ədalət məhkəməsi qarşısında dayanacaqlar".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!