Tedros Adhanom dünya əhalisinin ən azı 10 faizinin sentyabrın sonuna qədər peyvənd olunacağını hesab edir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qoyulmuş dünya əhalisinin ən azı 10 faizinin sentyabr ayının sonuna qədər koronavirus əleyhinə peyvəndlə əhatə olunması hədəfinə nail olmaq mümkündür və bu istiqamətdə irəliləyiş əldə edilib. AZƏRTAC xəbər verir ki, bu barədə ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə ÜST üzv dövlətlərinin nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib.
“Biz 10 faiz hədəfimizə nail ola bilərik, lakin bir şərtlə ki, bütün üzv ölkələr həmrəylik göstərərək, birlikdə çalışsınlar”, - deyə o qeyd edib. Baş direktor, bununla bağlı, bu məqsədə doğru gedən müsbət nəticələrə diqqət yetirib. “Biz irəliləyişə nail oluruq”, - deyə Tedros Gebreyesus bildirib. “Artıq 140 ölkənin əhalisinin ən azı 10 faizi peyvənd olunub”.
ÜST rəhbəri xatırladıb ki, “qlobal məqsəd, hər bir ölkəyə sentyabr ayının sonuna qədər əhalisinin ən azı 10 faizini, ilin sonuna qədər ən azı 40 faizini və dünya əhalisinin 70 faizini gələn ilin ortasına qədər peyvənd etməyə kömək etməkdən ibarətdir”. O, “dünyanın bir çox yerində” koronavirus əleyhinə peyvənd etmənin səviyyəsinin iki faizdən az olduğu faktını “qəbuledilməz” adlandırıb. “Bax buna görə biz ən azı sentyabr ayının sonuna qədər buster dozalara qlobal moratorium elan etməyə çağırırdıq”, - deyə Tedros Gebreyesus vurğulayıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!