Taxtakörpüdə içməli su və elektrik enerjisi ilə təminat yaxşılaşır
Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsinə diqqət artırılır, əhalinin elektrik enerjisi və içməli su təminatının yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür.
Laçın Rayon İcra Hakimiyyətindən bildiriblər ki, cari ildə Taxtakörpü ərazisində müxtəlif gücə malik, zədələnmiş 100/10 kV-luq 30 transformator əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib. Qayğı qəsəbəsində 15, Vağazin, Qarakeçdi, Şeylanlı, Fingə, Qoşasu, Ağbulaq, Ərdəşəvi, Qarıqışlaq, Alxaslı, Arduşlu, Nurəddin obalarında ümumilikdə 334 dayaq yenisi ilə əvəz edilib. Alxaslı, Nürəddin, Fingə, Arduşlu, Qarıqışlaq, Mais obalarındakı zədələnmiş transformatorların əvəzinə yeniləri quraşdırılıb. Ərazidə 10 kV-luq elektrik hava xəttində 30 ədəd istismara yararsız dayaq dəmir-beton dayaqla, istismara yararsız naqillər yenisi ilə əvəzlənib. Əhalinin normal elektrik enerjisi ilə təmin olunması üçün ərazidəki 110/10 kV-luq Taxtakörpü yarımstansiyasında cari təmir işləri aparılıb, 35/10 kV-luq Mil-Massivi yarımstansiyasında isə 35 kV-luq yağ açarları əsaslı təmir olunub.
Əhalinin içməli suya olan tələbatını ödəmək üçün Taxtakörpü ərazisindəki 552 və 21 ailəlik köçkün qəsəbələrində korroziyaya uğramış metal su borusunun 8 poqonmetr hissəsi, paylayıcı çəndə korroziyaya uğramış metal boru, Ərdəşəvi obası yaxınlığındakı Qaradolaq su qəbuledicisində korroziyaya uğramış metal boruların yararsız hissələri dəyişdirilib, magistral xətdə cari təmir işləri aparılıb. Qarıqışlaq obası ilə Qılışlı obasını birləşdirən plastik su borusunun 100 metrlik, Hacılar-Sadınlar-Alxaslı-Ərdəşəvi-Mayıs-Qılışlı obalarına çəkilmiş su xəttinin 500 metr hissələrinə yeni polietilen boru çəkilib. Qaradolaq və Mişni nasos stansiyasında 22 kV-luq nasoslar təmir olunub, Mais, Sadınlar və Ərdəşəvi obalarında suqəbuledici borunun, Qayğı qəsəbəsində 1993-cü ildə çəkilmiş içməli su xəttinin yararsız olan 85 metrlik hissəsi yeni boru ilə əvəzlənib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!