22 İyun 2023 12:01
2276
CƏMİYYƏT
A- A+
Tarixin ən qanlı müharibəsi -  1941-1945-ci illər

Tarixin ən qanlı müharibəsi -  1941-1945-ci illər

Azərbaycanlılar İkinci Dünya savaşında igidlik, şücaət, böyük qəhrəmanlıqlar göstərmişlər 

 

22 iyun 1941-ci il... İkinci Dünya müharibəsinin başladığı gün…
Bizi bu tarixdən düz 82 il ayırır. Məhz bu gündən etibarən həyatımızda ağır bir sınaq başladı. Milyonlarla insan həyatını itirdi. Bəşəriyyət görünməmiş vəhşiliklərlə üzləşdi. Dünya inkişaf axarından neçə onilliklər geri düşdü. Ömrün ən gözəl vədələrində müharibəyə yollanan insanların qısa müddətdən sonra qara kağızları gəldi. Döyüşlərdə itkin düşmüş yüz minlərin taleyindən indiyə qədər bir xəbər yoxdur. Bu sınaq yüz milyonlarla ailəyə, nəsillərə elə ağır yaralar vurdu ki, onun təsirləri indiyə qədər özünü hiss etdirməkdədir. Faşizmə qarşı mübarizədə və qələbənin əldə edilməsində böyük rol oynamış Azərbaycanda da elə bir ailə tapılmaz ki, bu fəlakətin, müharibənin dəhşətlərinin acılarını yaşamamış olsun.
22 iyun 1941-ci il Hitler Almaniyasının SSRİ-yə hücum etdiyi gündür. Hitlerçilər müharibənin elə birinci həftəsində Leninqrad (Sankt-Peterburq) və Kiyevə yaxınlaşdılar, Smolenski ələ keçirdilər. Sentyabrda alman ordusu Kiyevi tutdu, Leninqradı mühasirəyə aldı və Moskva üzərinə güclü hücuma keçdi. Amma sovet ordusu tezliklə təşəbbüsü ələ aldı. Alman qoşunları Moskva döyüşündə darmadağın edilərək geri oturduldu.
Moskva ətrafındakı döyüşlərdə başqa xalqların nümayəndələri ilə birgə minlərlə azərbaycanlı əsgər və zabit də döyüşürdü. Ümumən, 1941-1945-ci illərdə faşizmə qarşı mübarizədə 641 mindən çox azərbaycanlı iştirak edirdi. Onlar Brest qalası, Leninqrad, Moskva, Stalinqrad, Qafqaz uğrunda gedən döyüşlərdə iştirak etmiş, Kursk, Berlin uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişdilər. Fransada, İtaliyada, Krımda, Belarusda azərbaycanlıların rəhbərlik etdiyi partizan dəstələri yaradılmışdı. Məsələn, Fransadakı azərbaycanlı partizan dəstəsinə Hüseynrza Məmmədov, İtaliyadakı azərbaycanlı partizan dəstəsinə Cavad Həkimli, Krımdakı Azərbaycan partizan dəstəsinə Məmməd Əliyev, Belarusda fəaliyyət göstərən partizan dəstəsinə Məmməd İsayev rəhbərlik edirdi. O dövrdə Fransanın azadlığı uğrunda vuruşaraq böyük hünər göstərmiş Azərbaycan partizanlarından “Xarqo” ləqəbli Əhmədiyyə Cəbrayılovun qəhrəmanlığı dillər əzbəridir. 1941-1945-ci illərdə ölkəmizdən döyüşlərə yollanan 300 min vətəndaşımız həlak olmuşdu. İkinci Dünya müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq və şücaətə görə Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adını qazanmışdı. Onlardan 42 nəfəri milliyyətcə azərbaycanlı idi. Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı leytenant İsrafil Məmmədov olmuşdu. 42 nəfərdən 14 nəfəri ölümündən sonra bu ada layiq görülmüşdü. General Həzi Aslanov daxil olmaqla, 3 nəfər həmyerlimizə Sovet İttifaqı Qəhrəmanı adı iki dəfə verilmişdi.
Qafqaz uğrundakı döyüşlərdə almanlar əsas hədəf kimi Bakını və paytaxtımızın neft-qaz sənayesini nəzarətə götürməyi qarşılarına başlıca hədəf qoymuşdular. Bu da səbəbsiz deyildi. Bakı sovet iqtisadiyyatının əsas neft mənbəyi sayılırdı. SSRİ neftinin 80 faizi Azərbaycanda çıxarılırdı. Bakı neftçiləri gecə-gündüz çalışaraq cəbhə xəttində faşist ordusuna qarşı vuruşan texnikanı, məhsul istehsal edən zavod və fabrikləri yanacaqla təmin edirdilər. Böyük Vətən müharibəsi dövründə hərbi ehtiyaclar üçün, ümumilikdə, 75 milyon ton neft göndərilmişdi. 
Müharibənin ilk günlərindən Azərbaycan əhalisi “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı ilə çalışırdı. Bütün sahələr cəbhənin tələbatına xidmət edirdi. İstehsal sahələri hərbi təchizat, qida və digər məhsulların tədarükunə keçmişdi. Ordunun təminatı üçün Azərbaycanda əvvəllər istehsal olunmayan böyük miqdarda ərzaq, geyim, ayaqqabı və digər mallar hazırlanırdı. Əmək qabiliyyətli kişilərin çoxu cəbhəyə getmişdi. Qadınlar, yeniyetmələr, qocalar, uşaqlar zavod və fabriklərdə, tarlalarda onların da yerinə çalışırdılar.
Ağır sınaq, böyük bir bəlanı birlikdə dəf etmək ehtiyacı onda xalqı yumruq kimi birləşdirmişdi. Bu birliyin, vəhdətin qələbə üçün nə qədər böyük anlam kəsb etdiyini 44 günlük Vətən müharibəsində də hər birimiz gördük. 82 il əvvəl müsəlləh əsgər kimi səfərbər olaraq ön və arxa cəbhədə faşizmə qarşı gecə-gündüz döyüşən, qələbə qazanan Azərbaycan xalqı birliyinin gücü ilə erməni faşizmini də  “Dəmir yumruq”la məhv etdi. Müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin sərkərdə qüdrəti ilə böyük bir tarix yazdı. 
Tarixin ən qanlı müharibəsi kimi tanınan İkinci Dünya savaşının qurbanlarının dəqiq sayı bu günə qədər məlum deyil. Dünyanın 70-ə yaxın dövlətinin cəlb olunduğu bu müharibədə həlak olanların sayının əksər mənbələrdə 70 milyona yaxın olduğu yazılır. Müharibədə həyatını itirənlərin təxminən 25 milyonu hərbçi, qalanı dinc əhali olub. Dağıdılmış ölkə, şəhər, kənd və qəsəbələri, milyardlarla insanın düzəni pozulmuş həyatını, müharibənin ölkələrin iqtisadiyyatına, cəmiyyətin sosial-mənəvi həyatına vurduğu ağır yaraları hələ buna aid etmirik.
Faşizm dəhşətləri dünyaya acılardan, itkilərdən, dağıntı və böhranlardan başqa heç nə verə bilməz. Bəşəriyyətin xoşbəxtliyi sülhdə, əməkdaşlıqda, inkişaf məqsədlərinə doğru birgə hərəkətdədir.

 

İradə ƏLİYEVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək və əhalinin sosial müdafiə naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:04
22 May

İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb

15:35
22 May

UNCTAD-ın Baş katibi Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib

15:35
22 May

WUF13-də metropolitan idarəetmənin dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub

15:12
22 May

WUF13-ün yekun mətbuat konfransı keçirilib

15:01
22 May

Sabah bəzi yerlərdə yağış yağacaq

14:46
22 May

BMT-nin nümayəndəsi: Şəhərlər eyni vaxtda bir çox prioritetlə məşğuldur

14:23
22 May

Xocavənd şəhərində daha 17 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

14:10
22 May

Hikmət Hacıyev WUF13-ü işıqlandıran media nümayəndələrinə təşəkkür edib

13:58
22 May

WUF13-ün müzakirələrində ümumilikdə 115 min nəfər iştirak edib

13:48
22 May

Strateji Ekoloji Qiymətləndirmə dayanıqlı şəhər inkişafına töhfə verir

13:44
22 May

Lev Qumilyov adına Avrasiya Milli Universitetinin İdarə heyətinin sədri-rektoru cənab Yerlan Sıdıkova

13:38
22 May

Bakıda “SPLASH for Swimmable Cities” tədbiri keçirilib

12:56
22 May

Azərbaycan və Belarus parlamentləri beynəlxalq müstəvidə əlaqələrini genişləndirir

12:49
22 May

Qvatemala nümayəndəsi: Yerli qadınların vəziyyəti və şəraiti irqçilik və patriarxiya çərçivəsində formalaşıb və davam edir  

12:37
22 May

13 işəgötürən, 70 vakansiya  

12:24
22 May

WUF13-də Namibiya və Ukraynada rəqəmsal şəhər həllərinin tətbiqi müzakirə olunub

12:23
22 May

Kolumbiyalı nümayəndə: Mənzil siyasəti məşğulluq, nəqliyyat və qayğı xidmətlərindən ayrı planlaşdırıla bilməz

12:21
22 May

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

12:10
22 May

Rodriqo Labardini: Minalar iqtisadi bərpa və yenidənqurma qarşısında ciddi maneələr yaradır

12:09
22 May

WUF13 çərçivəsində özəl sektorun davamlı şəhərlərin qurulmasındakı roluna dair müzakirələr aparılıb YENİLƏNİB

12:08
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!