09 İyul 2022 01:28
2490
Mədəniyyət
A- A+
Tariximizi yaşadan dəmirçilər yurdu

Tariximizi yaşadan dəmirçilər yurdu

 

Pirsaatçayın sahilində Baş Qafqaz dağ silsiləsinin ətəyindəki Dəmirçi kəndi Şamaxının ən qədim yurd yerlərindəndir. İlk adı Güneyçay olan kəndin tarixi XV əsrə gedib çıxır. İqlimi mülayimdir, yayda sərin olur.

Qışı isə elə də sərt keçmir. Bu kəndin qeyri-adi bir xüsusiyyəti də ondadır ki, ətraf nə qədər duman, çiskin olsa da, göyün üzü həmişə aydın, günəşli olur. İqlimi yaxınlıqdakı digər yaşayış məskənlərinkindən fərqlənir.

 

İnsanı keçmişə aparan məkan

 

Kəndin daşlı yollarında addımlayarkən fərqliliyinə bir daha əmin olursan. Hər qarışından qədim tarixinin şahidi olursan. Küçələrdə gəzdikcə sanki tarixə səyahətə çıxırsan. Köntöy daşlarla hörülmüş ecazkar evləri, əyri-üyrü pilləkənləri isə bir ayrı mənzərədir. Küçələrdə yeridikcə sanki bu gündən ayrılıb keçmişə qayıdırsan. Dəmirçilər yurdunda elə bir ecazkar qüvvə var ki, insanı ata-ana yurduna, nəsillərin, illərin beşiyinə çəkir, müasir dünyadan qoparıb min illər əvvələ aparır. Həyatda alın tərinin, zəhmətin, sənətkarlığın bəlkə də daha qiymətli olduğu illərə…

Dəmirçini gəzərkən bərpası və tarixi simasının qorunması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyinin şahidi oluruq. Kəndin ən qədim abidəsi hesab edilən məscidi Prezident İlham Əliyevin göstərişi ilə əsaslı şəkildə bərpa olunub. Bu məscid 755-ci ildə inşa edilib. Azərbaycanın ən qədim dini ocaqlarından biri olmaqla, tarixən ətraf bölgələrdəki əhalinin də müqəddəs inanc yeri olub. Prezident və birinci xanım 2017-ci il oktyabrın 2-də Şamaxıda, Dəmirçi kəndində görülən işlərlə şəxsən tanış olublar.

 

Kəndin tarixi simasının qorunması diqqət mərkəzindədir

 

Kəndin bərpası və tarixi simasının qorunması ilə bağlı son illərdə həyata keçirilən işlər ölkəmizin nadir abidələrini qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaq istiqamətində mühüm tədbirlərdən biridir.

Növbəti baş çəkdiyimiz ünvan kənddəki Arxeologiya muzeyi oldu. Yolüstü kənd qəbiristanlığının yanından keçdik. Məzar daşlarına nəzər yetirəndə hicri tarixindən 1312-ci ilə, 150 il öncəyə aid olduğunu gördük.

Arxeologiya muzeyi 2018-ci ildə fəaliyyətə başlayıb. Birmərtəbəli bina açıq və qapalı ekspozisiya zallarından ibarətdir. Muzeyin sərgi salonunda, ümumilikdə, 7 bölmə fəaliyyət göstərir. Burada Şamaxı rayonu ərazisində, həmçinin Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər qiymətli tapıntılar, məişət əşyaları nümayiş olunur. Muzeyin açıq ekspozisiya zalında isə Albaniya dövləti dövrünə aid qəbirlər var. Onlar Lahıca gedən yolda, bərpa və yenidənqurma işləri aparılarkən tapılıb. Qəbirlər sərkərdələrə aiddir. Onlar şəxsi əşyaları, qızıl və yemək küpləri ilə birgə dəfn ediliblər. Bura Azərbaycanda yeganə muzeydir ki, qəbirlər üstüaçıq şəkildə sərgilənir. Muzeydə küp qəbirlər də var. Bu məkan bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq baxımından da mühüm əhəmiyyətə malikdir.

 

Dəmirçilik sənətini yaradanlar və yaşadanlar

 

Yerli əhalinin və turistlərin istirahəti, onların gəzintisinin maraqlı və yaddaqalan olması üçün kənddə bir sıra layihələr icra olunub. Kəndin girəcəyində dəmirçi emalatxanalarını, əl işlərindən ibarət piştaxtaları görə bilərik. Burada turistlərə müxtəlif suvenirlər, sənətkarlıq nümunələri təqdim edilir. Kənddə qonaqlar üçün maraqlı əyləncə və istirahət yerləri də yaradılıb. Emalatxanaları gəzib ustalarla tanış oluruq. Öyrənirik ki, 66 yaşlı dəmirçi Fəxrəddin Şükürov 7 yaşından bu sənətdədir. Atası, babası da dəmir döyüblər. Dəmirçi bu sənətlə məşğul olanların azlığından, cavanların şəhərə üz tutmasından gileylənir. Elə öz övladları da şəhərdə yaşayırlar. Çox təəssüflənir ki, ailəsində heç kim onun sənətini davam etdirmir. Deyir ki, ümid nəvələrədir...

Qonşuluqdakı emalatxanaya baş çəkirik. Ağahüseyn Hüseynov düz 60 ildir ki, bu işlə məşğuldur, dəmirdən çörək çıxarır. Hər səhər emalatxanasına gəlir. Günü ocağa kömür atmaqla başlayır. Ocağı qalayandan sonra körüyünü işə salır və dəmiri sənətə çevirir. 5 il əvvələ qədər həyətində çalışırmış. Kəndin girişində ayrıca sənətkarlar məhəlləsi salınandan bura köçüb. Dədə-baba peşəsini davam etdirən Ağahüseyn usta oğlunun da bu sənəti seçib, dəmirçiliklə məşğul olmasından qürur duyur. Həm də ailəsindəki sənətkarlar bununla bitmir. Ustanın ömür-gün yoldaşı və gəlini xalçaçılıqla məşğuldurlar. İlmələrə ömür, xalılara həyat bəxş edirlər. Emalatxanada çərçivədəki foto diqqətimizi çəkdi. Ustanın Prezident İlham Əliyevlə olan fotosu 2017-ci ildə dövlət  başçısının Dəmirçi kəndini ziyarəti zamanı çəkilib. Dövlət başçısı ustalarla söhbət edib, güzəranları, problemləri ilə maraqlanıb. Ağahüseyn ustanın emalatxanasında olan xatirə dəftərinə ürək sözlərini də yazıb. Dəmirçi bu dəftəri də bizə qürurla göstərir.

 

Mehriban, qonaqpərvər və zəhmətkeş...

 

Piştaxtaların sırasında kəndin digər sakinləri də öz məhsullarını satırlar. Görünən odur ki, burada yaşayanlar mehriban, qonaqpərvər olduqları qədər də zəhmətkeş və dədə-baba irsinə sədaqətli insanlardır. Arıçılıqla məşğul olan Əjdər Sultanov bal satır. Deyir ki, güzəranları turistlərdən asılıdır. Pandemiyaya görə gəlib-gedən az olsa da, artıq yayın gəlişi ilə vəziyyət yaxşılaşıb.

Digər piştaxtanın arxasında olan Baxşəli kişiylə söhbətləşirik. Deyir ki, həm heyvandarlıqla məşğul olur, həm də ailəsinin evdə hazırladığı mürəbbələri burada satır. Dağlardan, meşələrdən yığdıqları çaytikanı, ziriş, itburnu və cır meyvələri əsl məcuna, ilaca çevirirlər. Onlardan müalicəvi əhəmiyyətli mürəbbə, yağ və turşu hazırlayırlar.

Kəndin bir neçə yerində təndirlər qalanıb, çörək, yağlı fəsəli, qutab bişirilərək qonaqlara təqdim edilir. Kənddə təndirə çörək yapmaq ənənəsini yaşadırlar. Təndirdə bişən çörəyin, təamların öz dadı, öz ləzzəti olur axı. Amma ilk baxışdan asan görünsə də, bu iş də zəhmət və ustalıq tələb edir.

Dəmirçiyə gələn bir də gəlmək istəyir. Çörəyinin, dağlarının, meşələrinin ətri qoymur bu kənddən gedəsən. Bir də belə saf, istiqanlı, əsl azərbaycanlı olan insanların söhbətləri, mehribanlığı bu gəlişə, görüşə bir ayrı ovqat qatır.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır  

22:51
17 Oktyabr

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb  

21:34
17 Oktyabr

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib  

21:13
17 Oktyabr

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

19:58
17 Oktyabr

Hörmüz boğazında daha bir tanker minaya düşüb  

18:13
17 Oktyabr

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub  

17:58
17 Oktyabr

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

16:48
17 Oktyabr

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub  

16:03
17 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub

15:41
17 Oktyabr

Füzuli Şəhəri Günündə ustad dərsləri  

15:01
17 Oktyabr

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar 

14:36
17 Oktyabr

Bazar gününün hava proqnozu açıqlanıb

14:26
17 Oktyabr

17 oktyabr – Füzuli şəhəri günü: zəfərdən böyük qayıdışa uzanan tarixi yol

14:10
17 Oktyabr

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

14:07
17 Oktyabr

Füzuli şəhəri yenidən qurulur və doğma sakinlərinə qovuşur

14:04
17 Oktyabr

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım 

13:47
17 Oktyabr

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!