25 Sentyabr 2026 13:48
155
CƏMİYYƏT
A- A+
“Tarixi yazanlar və yaradanlar” – 6 il əvvəl sentyabrın 27-də başlayan uğurlu hərbi əməliyyatdan danışılıb  

“Tarixi yazanlar və yaradanlar” – 6 il əvvəl sentyabrın 27-də başlayan uğurlu hərbi əməliyyatdan danışılıb  


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Tarixi yazanlar və yaradanlar” adlı tədbir keçirilib.

Nazirlikdən verilən məlumata görə, şəhid ailələri və müharibə veteranlarının iştirakı ilə keçirilən tədbirdən əvvəl mərkəzin təlimçi və benefisiarlarının vətənpərvərlik mövzusunda əl işlərindən ibarət sərgi nümayiş olunub.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev çıxış edərək bildirib ki, 6 il əvvəl - 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuz uğurlu hərbi əməliyyatlara başlayıb. 44 günlük Vətən müharibəsi möhtəşəm tarixi Zəfərimizlə nəticələnib. 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azadlığına qovuşub. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş, cəmi 23 saat davam edən uğurlu antiterror əməliyyatı nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasına nail olunub.

Qeyd edilib ki, şəhidlərimizin xatirəsi hər zaman uca tutulur. Şəhid ailələri, müharibə iştirakçıları dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunublar və onlarla bağlı ardıcıl sosial dəstək tədbirləri həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində də digər həssas qruplarla yanaşı, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və övladlarının yaradıcılıq potensialının inkişaf etdirilməsi, cəmiyyətə inteqrasiyası istiqamətində davamlı işlər aparılır.

Tədbirdə Vətən müharibəsi şəhidi İsmayıl Qasımovun həyat yoldaşı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əməkdaşı Məftunə Qasımova çıxışında dövlət tərəfindən şəhid ailələrinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. O, mərkəzdə fəaliyyət göstərməyin onun üçün həm mənəvi güc, həm də şəhidlərimizin əmanət etdiyi dəyərlərə xidmət etmək imkanı olduğunu vurğulayıb.

Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudov qəhrəman döyüşçülərimizin cəbhədə göstərdiyi şücaətlərdən, xalqımızın dəmir yumruq kimi birliyindən bəhs edib. Şanlı Zəfərin hər birimizdə sonsuz iftixar və qürur hissi yaratdığını, Ordumuzun qüdrətini, xalqımızın mənəvi gücünü və sarsılmaz milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdiyini bildirib.

Sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyasının birgə istehsalı olan "Şuşa, sən azadsan!" sənədli filminin yaradıcı heyəti çıxış edib.

Filmin ssenari müəllifi Rasim İsmayılov və rejissor Cavidan Şərifov Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə ərsəyə gələn filmin dünya hərb tarixinə düşən Şuşa əməliyyatının vizual yaddaş pasportu olduğunu vurğulayıblar. Prodüserləri Nazim Hüseynov və Orman Əliyev olan bu ekran əsəri gələcək nəsillərə müasir tariximizin şanlı səhifələrini dürüst və obyektiv kadrlarla izləmək üçün unikal töhfə kimi qiymətləndirilib.

Sonda tədbir iştirakçıları "Şuşa, sən azadsan!" sənədli filmini izləyiblər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Formula 2: Əsas yarışda qəza baş verib

14:42
25 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisi Türkiyə mediasının diqqət mərkəzindədir  

14:41
25 Sentyabr

Nazir Anar Əliyev Qusarda vətəndaş müraciətlərini dinləyib

14:40
25 Sentyabr

Jonathan Bar: Orta Dəhlizin inkişafı yeni investisiya imkanları yaradır

14:39
25 Sentyabr

İcma: Ermənistanın dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur  

14:37
25 Sentyabr

Azərbaycan və Albaniya arasında idman əməkdaşlığı müzakirə olunub  

14:35
25 Sentyabr

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub  

14:34
25 Sentyabr

Azərbaycan və Türkiyə DİN-ləri arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb  

14:34
25 Sentyabr

Özbəkistanlı nazir: Azərbaycanla yaşıl enerji sahəsində birgə layihələr həyata keçiririk

14:33
25 Sentyabr

Mikayıl Cabbarov: 2027-2030-cu illərdə iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet olacaq 

14:32
25 Sentyabr

Formula 1: Maks Ferstappen üçüncü sərbəst yürüşün qalibi olub - YENİLƏNİB

14:29
25 Sentyabr

Ərazi bütövlüyümüz, Böyük Qayıdış Vətən müharibəsinin möhtəşəm nəticəsidir  

14:24
25 Sentyabr

İtaliyada məktəblərdə burqa və niqab qadağası  

14:18
25 Sentyabr

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb  

14:04
25 Sentyabr

Nazir: Suriya iqtisadiyyatını qlobal iqtisadi sistemə yenidən inteqrasiya etməyə çalışır  

14:01
25 Sentyabr

Formula 1: “Aston Martin” pilotu sərbəst yürüş zamanı qəza törədib

14:00
25 Sentyabr

Şimali Makedoniyalı nazir: Əlçatan və əlverişli enerji təchizatı sənaye rəqabətqabiliyyətliliyi üçün əsas sütunlardandır  

14:00
25 Sentyabr

Azərbaycanın tarixi zəfəri  

13:58
25 Sentyabr

“Avtovağzal”da avtobuslar üçün yol qısaldıldı

13:57
25 Sentyabr

Aleem Khan: Pakistan qlobal ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir

13:53
25 Sentyabr

Özbək nazir: Ölkəmiz Orta Dəhliz üzrə yeni imkanlara sərmayə yatırmağa hazırdır  

13:52
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!