Tarixə yazılan illər
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra çox uğurlara imza atıb. O cümlədən idman sahəsində. İdmanla bağlı təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2015-ci ildə ölkəmizin adı dünya tarixinə qızıl hərflərlə yazıldı. Həmin il Azərbaycanda ilk Avropa Oyunları elə yüksək səviyyədə keçirildi ki, bədxahların arzuları ürəklərində qaldı, deməyə, yazmağa “söz” tapmadılar. Bir də ki nə deyəydilər... I Avropa Oyunları olimpiya oyunları səviyyəsində təşkil olunmuşdu. O da yaxşı yadımdadır ki, həm I Avropa Oyunlarını, həm də keçən il Braziliyada keçirilən olimpiya oyunlarını işıqlandıran xarici media nümayəndələrinin bir çoxu Bakı ilə Rionu müqayisə edərək yazırdılar ki, Azərbaycanda təşkilatçılıq daha yüksək səviyyədə idi, idmançılara, məşqçilərə, tamaşaçılara, media nümayəndələrinə daha yaxşı şərait yaradılmışdı.
Təbii ki, bu uğurların arxasında dövlətin böyük dəstəyi dayanır. Ölkə rəhbəri cənab İlham Əliyev digər sahələr kimi, idmanın inkişafına da böyük qayğı göstərir. Biz bunu hər addımda görür, hiss edirik. İşğal altında olan ərazilərimizi çıxmaq şərtilə respublikamızda elə bir bölgə yoxdur ki, indi orada müasir tələblərə cavab verən idman qurğuları olmasın.
Hörmətli redaksiya!
İdmandan söz açmağım təsadüfi deyil. Həyatımı bütünlüklə bu sahəyə həsr etmişəm. Yaşım 75-i ötsə də, fəaliyyətimi davam etdirirəm. 49 ildir ki, Şirvan şəhərindəki R.Ş.Həbibov adına 14 nömrəli Beynəlmiləl tam orta məktəbin fiziki tərbiyə müəllimiyəm. Bu illər ərzində dərs dediyim şagirdlərdən 11 nəfəri Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda (indi ADBTİA), 18 nəfəri Bakı Dövlət Bədən Tərbiyəsi Texnikumunda və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində təhsil alaraq fiziki tərbiyə müəllimi ixtisasına yiyələnmişdir. 25 nəfər məşqçi-müəllim, 16 nəfər idman hakimi, 200-dən çox 1-2-3-cü dərəcəli boksçu hazırlamış, dəfələrlə respublika, dünya, Avropa və beynəlxalq yarışlarda hakimlik etmişəm.
Əməyim də yüksək qiymətləndirilib. 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuş, bir il sonra Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi adına layiq görülmüşəm.
Bilirik ki, may ayında Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına da evsahibliyi edəcək. Bu Oyunları 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi, yarışları mindən çox mətbuat nümayəndəsinin işıqlandıracağı gözlənilir. İdmançılarımız I Avropa Oyunlarında 56 medal qazanaraq ikinci yeri, Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq, medalların sayına görə müsəlman ölkələri arasında birinci yeri tutdular. İnanırıq ki, bu dəfə də belə olacaq. İdmançılarımız yüksək nəticə göstərib bizə unudulmaz anlar, bol-bol sevincli günlər bəxş edəcəklər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında bildirmişdir ki, bu Oyunlar Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və Təşkilat Komitəsinin gördüyü hazırlıq işlərini yüksək qiymətləndirib. Bu, o deməkdir ki, bu oyunlar da böyük idman bayramına çevrilməklə bərabər müsəlman aləmində dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfələr verəcək, tarixə yaddaqalan il kimi düşəcək.
Vaqif GÖZƏLOV,
Şirvan şəhəri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!