16 May 2023 19:10
417
SİYASƏT
A- A+
Tanınmış rusiyalı siyasətçilər və ictimai xadimlər Heydər Əliyev haqqında

Tanınmış rusiyalı siyasətçilər və ictimai xadimlər Heydər Əliyev haqqında

 

Bu günlərdə Moskvada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlər keçirilir. Rusiyanın tanınmış şəxsləri, siyasi və ictimai xadimlər Ulu Öndər haqqında xatirələrini AZƏRTAC-ın müxbiri ilə bölüşüb, Azərbaycan və Rusiya Federasiyası tarixində Heydər Əliyevin rolundan danışıblar.

Federasiya Şurasının beynəlxalq məsələlər Komitəsinin sədri Qriqori Karasin:

-Heydər Əliyev bir çox hadisələrin gedişatını əvvəlcədən müəyyən edir, qabaqlayıcı tədbirlər görür və heç vaxt təslim olmurdu. O, Azərbaycana rəhbərlik etdi, onu ölkənin hazırkı vəziyyətinə gətirdi.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova:

-Bizi Azərbaycan ilə çox şey bağlayır, bu, humanitar əlaqələrin yüksək səviyyəsi, ümumi tarixdir. Bütün bunlar Heydər Əliyevin adı ilə bağlıdır. Onun həyat yolunu, onun peşəkar nailiyyətlərini Azərbaycanın, eləcə də Rusiyanın taleyindən ayırmaq mümkün deyil. Bu günlərdə Heydər Əliyev şəxsiyyətinin miqyasından çox danışılıb. Mən öz şəxsi düşüncələrimdən danışacağam. Heydər Əliyevin böyüklüyü ondadır ki, onun işini davam etdirən və artıra bilən belə oğul tərbiyə etməyi bacarıb. Çox insanlar var ki, tarix yaradıb. Lakin öz oğlunda bu tarixi zənginləşdirmək bacarığı hər kəsə nəsib olmur. Fikrimcə, bu, onun əsl böyüklüyünün əsas göstəricisidir. Mən Azərbaycan xalqını təbrik edir, ölkəyə tərəqqi arzulayıram.

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin:

-Heydər Əliyev Sovet İttifaqının və müstəqil Azərbaycanın həyatında böyük rol oynayıb. Rusiyada Heydər Əlirza oğlunun - ölkələrimiz arasında dostluğun, əməkdaşlığın, mehriban qonşuluğun inkişafı üçün çox iş görmüş insanın xatirəsi böyük hörmətlə anılır. Biz onun vəsiyyətləri ilə yaşayacağıq.

“Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov:

-Heydər Əliyev yüksək kateqoriyalı siyasətçidir. Bütün bunlarla yanaşı, o, bir keyfiyyətə sahib idi ki, şəxsən mən bunu zəkanın mühüm təzahürünə aid edirəm. Zəka mənim üçün erudisiya, təhsil, məlumatlılıq deyil, öz əməllərinin nəticələrini əvvəlcədən görmək bacarığıdır. Heydər Əliyev özündən sonra bizə əməllərinin nəticələrini əvvəlcədən görmək kimi zəka gücünə sahib olan oğul qoyub gedib. Bu, Azərbaycanı və onun liderlərini ayrıca yerə ayırmaq imkanı verir: onları başqa respublikalardan heç kimlə müqayisə etmək mümkün deyil. Bu, unikal, çox ağıllı, müdrikliyə yüksələn mövqedir. Azərbaycan hamının yaşadığı mürəkkəb şəraitdə ləyaqətini, hörmətini qoruyub saxladı və dünyada öz yerini tapdı.

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy:

-Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafı üçün çox iş görüb. Heydər Əlirza oğlunun Azərbaycan rəhbərliyinə qayıtması hamı üçün prinsipcə mühüm idi. Güclü liderin gəlişi Azərbaycanın özü üçün çox vacib idi. Hamı gözəl başa düşürdü ki, məhz Heydər Əliyev kimi şəxsiyyət barışmazları barışdırmağı bacarar. Rusiyada həmişə Heydər Əlirza oğlunun şəxsiyyətinə yeni postsovet məkanının quruculuğu üçün vacib sima kimi baxırdılar. Vladimir Putinin Heydər Əliyevə münasibəti xüsusi idi. Onlar ilk dəfə görüşəndə açıq görünürdü ki, bu insanlar dünyada baş verən geosiyasi vəziyyəti anlayırlar. Heydər Əlirza oğlunun adı bizim üçün təkcə postsovet məkanının mühüm liderlərindən birinin adı deyil. O, dünya səviyyəli lider olduğunu sübut etdi. Bunu regionda və region hüdudlarından kənarda hamı hiss edirdi.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunov:

-Mən Heydər Əlirza oğlunu SSRİ rəhbərliyində işlədiyi dövrdə çox yaxşı xatırlayıram. Məsələ orasındadır ki, o vaxt o, MDBMİ-də mənə çox kömək edib. Heydər Əliyev bilirdi ki, bizdə əcnəbilərin sayı artır, - təxminən bütün təhsil alanların dörddəbiri, - lakin professor-müəllim heyəti, təqaüdlər çatışmırdı. O, o vaxt hökumət səviyyəsində bizə bütün bu problemlərin həllində böyük kömək göstərdi. Biz həmişə onun haqqında minnətdarlıqla danışırıq. Məni çox sevindirir ki, Rusiyada çoxlu sayda məktəblər, institutlar öz təşəbbüsləri ilə Heydər Əliyevin 100 illiyini qeyd edirlər. Bu, Heydər Əliyevin təkcə Azərbaycanda deyil, həm də Rusiyada qoyduğu xatirədən xəbər verir. Biz Fəxri doktorumuzun xatirəsini əziz tutur və daim qəlbimizdə yaşadacağıq.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!