TANAP daha bir beynəlxalq mükafata layiq görülüb
TANAP sosial və ətraf mühit üzrə investisiya proqramlarına (SEIP) görə mərkəzi ofisi Böyük Britaniyada yerləşən "The International CSR Excellence Awards” təşkilatı tərəfindən "Davamlılıq” kateqoriyasında mükafatlandırılıb.
TANAP "Saudi Aramco”, "Shell”, "Warner Bros” və "Coca-Cola” kimi şirkətlərin də aldığı bu mükafat ilə beynəlxalq səviyyədə qazandığı uğurlarına daha bir uğur əlavə edib. Həmçinin TANAP bu mükafatla noyabrın 25-də Londonda keçiriləcək Korporativ Sosial Məsuliyyət üzrə Dünya Liderləri tədbirində "dünya lideri” kimi iştiraka dəvət olunub.
Xatırladaq ki, "Cənub qaz dəhlizi”nin əsas seqmenti olan TANAP boru kəməri iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Türkiyə bu vaxtadək TANAP-la 2 milyard kubmetrədək Azərbaycan təbii qazı alıb. Cari ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.
TANAP Ardahanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xəttidir. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
Havanın temperaturu iqlim normasından yüksəkdir, isti hava şəraiti mayın 2-dək davam edəcək ...
29 Aprel
Yəmən limanı yaxınlığında gəmiyə hücum etdilər - MƏLUMAT
29 Aprel
Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik ...
29 Aprel
İnsan hərəkətlərini imitasiya edən robot təqdim olunub
29 Aprel
Azərbaycanda ilk dəfə Milli Xalça Festivali keçiriləcək
29 Aprel
Prokurorluq Robert Koçaryanın əmlakının müsadirə olunmasını tələb edib
29 Aprel
İraqın şimalında daha 15 terrorçu zərərsizləşdirilib
29 Aprel
Qırğızıstan Azərbaycandan elektrik enerjisi idxal etməyi planlaşdırır
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!