13 Sentyabr 2023 11:03
649
CƏMİYYƏT
A- A+
Taksi fəaliyyətində islahatlar başlayır 

Taksi fəaliyyətində islahatlar başlayır 

Yeni tələblər, qaydalar nəyi dəyişəcək?

 

Bakıda taksilərlə bağlı şikayətlər, həm sərnişinlərin, həm də sürücülərin artan narazılıqları bu sahədə tənzimləmələrin həyata keçirilməsinə, qanunda dəyişiklik edilməsinə zərurət yaratmışdı. Məsələ belə idi ki, sərnişinlər xidmətin keyfiyyətindən narazılıq edir, sürücülər isə qiymətin ucuzluğundan şikayətlənirdilər.

Eyni zamanda kimliyindən, avtomobil idarə etmək səriştəsindən, sağlamlıq durumundan asılı olmayaraq, hər kəs taksi fəaliyyətinə əlavə gəlir mənbəyi kimi yanaşaraq, xarici aqreqatorların mobil tətbiqindən qeydiyyatdan keçərək şəxsi maşınları ilə boş vaxtlarında taksi sürücüsü kimi fəaliyyət göstərirdi.

 

Qanunun pozulmasına görə cərimələr tətbiq ediləcək

Son zamanlar həmçinin taksi sürücülərinin müştərilərlə qeyri-etik davranışları, narkotik istifadə edərək maşın idarə etmə halları da artmışdı. Bütün bunlar nəzərə alınaraq, "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik edildi. Dəyişikliklərdə sərnişindaşıma fəaliyyətindən tutmuş sürücülərin işə götürülməsinə qədər müəyyən tələblər yer aldı. Qanuna əsasən, taksi sifarişi operatorları fərdi məlumatlarını dövlət qeydiyyatından keçirməli və bu məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etməlidirlər. 
Araşdırmalara əsasən, Azərbaycanda təxminən 40 min taksi fəaliyyət göstərir ki, onun 28 mini Bakının payına düşür. Taksilərin 90 faizi onlayn platformalar üzərindən fəaliyyət göstərir.
Qanuna edilən dəyişikliklərə görə, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün 3 min manat rüsum ödəməlidir. Bundan əlavə, taksi ilə sərnişin daşımaq üçün qiyməti 125 manat olan buraxılış vəsiqəsi və qiyməti 25 manat olan buraxılış kartı əldə etməlidir. Taksi sifarişi operatoru tərəfindən minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və müvafiq buraxılış kartı olmayan daşıyıcıya və ya sürücüyə xidmətin göstərilməsi qadağan edilib. Buraxılış vəsiqələri 7 il müddətinə verilir.
Həmçinin taksi sahəsində fəaliyyət göstərən şirkətlər avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasına, sürücülərin tibbi müayinəsinin təşkili barədə sənəd və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilə, sürücünün sərxoşluq vəziyyətinin, narkotik vasitələrin, psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatın daşıyıcılarda olmalarına nəzarət etməlidirlər. 
Nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə yeni cərimələr də tətbiq ediləcək. Belə ki, icazəsi olmayan daşıyıcıya taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər on min beş yüz manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək. Bundan başqa, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər iyirmi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimələnəcək.
Gediş haqqına gəldikdə isə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, bu funksiyaları yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında yerinə yetiriləcək.
Bütün bu dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək. Hazırda qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində təlimlər həyata keçirilir. 
Bəs qanuna edilən dəyişiklik, qarşıya qoyulan yeni tələblər taksi fəaliyyəti sahəsindəki çatışmazlıqları aradan qaldıraraq həm sərnişini, həm də sürücünü razı salacaqmı?

 

İslahatların nəticəsini növbəti il görəcəyik

Nəqliyyat eksperti Ərşad Hüseynov qəzetimizə açıqlamasında deyib ki, taksi fəaliyyətində nizam-intizam yaratmaq, bu sahədə problemləri həll etmək üçün qanunvericiliyə dəyişikliklər edildi. Belə ki, "Avtomobil nəqliyyatı haqqında", "Yol hərəkəti haqqında"  qanunlara, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər oldu. Əsas hədəf taksi fəaliyyəti sahəsində nizam yaratmaq, xidmətin keyfiyyətini yüksəltmək, bu sahədə dövlət tənzimləməsi və nəzarətini təmin etməkdir. Bu hədəflərə çatmaq üçün lazımi işlər görülərsə, taksi fəaliyyətindəki problemlər həll olunar. Dəyişikliyin əsas hədəflərindən biri taksi aqreqatorlarına, transmilli şirkətlərə hüquqi anlayış verilməsidir. İndiyədək qanunvericilikdə bu şirkətlərlə bağlı heç bir maddə yox idi. Taksi sifarişi operatoru termini tətbiq edilməklə həm yerli, həm də xarici şirkətlərə hüquqi status veriləcək. Onların taksi fəaliyyəti sahəsindəki öhdəlikləri, özlərinə dair tələblər, icazə sistemi, vəzifələrini icra etmədikləri təqdirdə barələrində sanksiyalar verilməsi nəzərdə tutulur. Taksi sahəsində islahatlar vacib idi. 
Dəyişikliklərdə taksi sürücüləri, avtomobillərə dair tələblər öz əksini tapıb: "Taksi fəaliyyəti ilə məşğul olmaq üçün icazə sisteminin təkmilləşdirilməsi həyata keçirilir. Bundan sonra taksi fəaliyyəti üçün icazə vəsiqəsi  və kartı veriləcək. Onların da dövlət rüsumları müəyyən olunub. Qanuna edilən dəyişikliklərin nə dərəcədə həyata keçiriləcəyindən asılı olaraq, taksi fəaliyyəti sahəsində keyfiyyət dəyişikliklərini görəcəyik. Qanun oktyabrın 1-dən qüvvəyə minəndən sonra mexanizmin işə düşməsi ilin sonuna kimi davam edəcək. Gələn il bu sahədə dəyişikliklərin nəticəsini müşahidə edəcəyik". 
Ekspert hesab edir ki, islahatlar nəticəsində təsadüfi şəxslərin gündə 1-2 saat taksi fəaliyyəti ilə məşğul olmasının qarşısı alınacaq. Buna görə də taksilərin sayı azalacaq. Say azalanda, xidmət şərtləri ciddiləşəndə qiymətlərin qalxması ehtimalı gözləniləndir. "Əslində, keyfiyyətə təsir göstərəcək amillər taksi sayının azalması və qiymətin artması ilə bağlı deyil. Əsas amillər arasında taksi sifariş operatorlarına və sürücülərə, həm də avtomobillərə dair tələblərə ciddi riayət olunmasıdır. Bu tələblərə ciddi əməl olunsa, iş rejimi müəyyənləşsə, taksi sürücüləri xüsusi hazırlıq  prosedurundan keçsə, onlara etik davranış və yol hərəkəti qaydaları ilə bağlı məsələlər öyrədilsə, xidmətin keyfiyyətinin yüksəlməsindən danışmaq olar. Keyfiyyət yüksələndə qiymətin də artması gözləniləndir", - deyə o əlavə edib. 
Nəqliyyat eksperti Aslan Əsədov isə bildirib ki, taksi fəaliyyəti sahəsində yeni tələblərlə bağlı işlərə artıq start verilib. 
Taksi fəaliyyəti ilə məşğul olacaq şəxslərin qarşısında da müəyyən vəzifələr qoyulub. Yeni dəyişikliklər prosesə müsbət və mənfi təsir göstərə bilər. Müsbət tərəfi indiyə qədər bu sahədə olan çatışmazlıqların, narazılıqların aradan qaldırılması olacaq. Mənfi tərəfi isə sərnişinləri narahat edəcək tarif məsələsidir. Yəni qanuna dəyişikliklər qüvvəyə mindikdən sonra taksi şirkətləri də qiyməti qaldıracaqlar. Amma tələblərə əməl edilsə, xidmətin keyfiyyəti yüksələcək.
Ekspert düşünür ki, oktyabra qədər müəyyən işlərin görülməsi üçün kifayət qədər vaxt var. Bu müddət ərzində ictimai nəqliyyatın təşkilinə yenidən baxmaq, müəyyən prosesləri izləyib nizama salmaq olar. Bu işlərin daha sürətli fazaya keçməsi üçün  addımların atılması, mütərəqqi işlərin görülməsi zəruridir. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!