Sürücü və sərnişinlərin təhlükəsizliyi üçün…
Məlum olduğu kimi, ötən ilin sonlarında Binəqədi rayonu ərazisində metronun "Xocəsən" stansiyası istifadəyə verilib. Bu, orada və yaxın ərazilərdə yaşayan sakinlərin razılığı ilə qarşılanıb. Mən də həmin ərazidə yaşayıram. Artıq metro ilə hərəkət edirəm. Odur ki, vaxt itkisini bir neçə dəfə azaltmışam.
Amma metro ilə üzbəüz Xocəsən yolundakı bir problem məni və yolu oradan düşənləri narahat edir. Problem bundadır ki, ikihərəkətli yolda avtobus üçün dayanacaq olsa da, onun sərnişin götürüb-düşürməsi üçün ərazi ayrılmayıb. Gündüzlər yenə keçinmək olur. Hava qaralandan sonra isə ictimai nəqliyyatın bu işi çətinləşir, daha doğrusu, təhlükəli olur.
Bu iki-üç ayda həmin ərazidə dəfələrlə qəzaların şahidi olmuşuq. Nə qədər gec deyil, həmin dayanacaq olan ərazidə avtobusların sərnişinlərə təhlükəsiz xidmət etmələri üçün yolu, başqa yerlərdə olduğu kimi, bir qədər genişləndirmək lazımdır, bəlkə də vacibdir.
Azad ZƏFƏROĞLU,
Bakı şəhəri Binəqədi rayonu, müharibə veteranı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25 Aprel
Aydın Süleymanlı şahmat üzrə Azərbaycan çempionu olub
25 Aprel
ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxarır
25 Aprel
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib
25 Aprel
Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
25 Aprel
Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub
25 Aprel
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib
25 Aprel
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
25 Aprel
Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb
25 Aprel
BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!