15 Aprel 2022 00:39
1613
İQTİSADİYYAT
A- A+
Süni qiymət artımı, yoxsa qlobal bazarda böhran

Süni qiymət artımı, yoxsa qlobal bazarda böhran

 

Dünyada ərzaq məhsullarının bahalaşması daxili qiymətlərə də təsirsiz ötüşmür

 

"Hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay bundan əvvəl başlayıb. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq. İndiki şəraitdə ərzaq qiymətlərinin qalxması və süni qiymət artımının qarşısının alınması məsələləri, hesab edirəm ki, ən vacib məsələlərdən biridir".

Bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı son aylarda qiymət artımının baş verməsinə xüsusi olaraq toxunan Prezident İlham Əliyev həm bəzi məsələlərə aydınlıq gətirdi, həm də ərzaq ehtiyatının yaradılması, süni qiymət artımının qarşısının alınması ilə bağlı ciddi tapşırıqlar verdi. Son üç ayda inflyasiyanın 18 faizə qalxdığını xatırladan dövlət başçısı bunu yüksək rəqəm adlandırdı.

Lakin bəllidir ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsirsiz ötüşmür. Prezidentin söylədiyi kimi, belə hadisələrdə, geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Ona görə də dövlət başçısı süni qiymət artımının qarşısının alınması ilə bağlı aidiyyəti qurumlara ciddi tədbirlərin görülməsini tapşırdı.

Bəs görəsən, hazırda qiymət artımının qarşısının alınması üçün hansı işlər görülür, bu prosesin qarşısını necə almaq mümkündür?

 

Süni qiymət artımı ilə bağlı monitorinqlərin gücləndirilməsinə ehtiyac var

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə bildirdi ki, 2022-ci ilin birinci rübü üçün ən prioritet məsələlərdən biri qiymət artımına qarşı mübarizə və antiinflyasiya tədbirlərinin gücləndirilməsi olub. Dünyada, eləcə də region bazarında qiymət artımı müşahidə olunur. Bu da idxalın inflyasiyasının aktivləşməsinə gətirib çıxarır. Dövlət Statistika Komitəsinin elan etdiyi rəqəmlərdə də inflyasiya səviyyəsinin birinci rüb üçün ikirəqəmli olduğu görünür.

Deputatın fikrincə, istehlak bazarında aparılan monitorinqlər göstərir ki, qiymətlərin süni şəkildə artırılması tendensiyası bu ilin birinci rübündə də baş verib. Buna görə süni qiymət artımına qarşı ciddi mübarizə aparılmalı və bu, antiinflyasiya tədbirlərinin əsas elementlərindən birinə çevrilməlidir. Bir tərəfdən sahibkarların təşviq edilməsi ilə bağlı yeni mexanizmlərin tətbiqinə başlanılıb, digər tərəfdən də kənd təsərrüfatında istehsalın, emalın güzəştli kreditlər vasitəsilə maliyyələşdirilməsi, eyni zamanda həmin məhsulların emalı ilə bağlı verilən kredit və subsidiyaların faizinin bir hissəsinin dövlət tərəfindən ödənilməsi ilə bağlı qərar qəbul edilib. Bu da xərcin azaldılması baxımından vacibdir. Bu sahədə dövlət dəstəyi artırılır, məqsəd istehlak bazarında stabilliyin qorunub saxlanılması, qlobal bazarda baş verən qiymət artımlarının ölkədəki qiymət artımına təsirlərini minimallaşdırmaqdan ibarətdir.

Vüqar Bayramov deyir ki, sahibkarlar tərəfindən korporativ sosial məsuliyyətin nümayiş etdirilməsi və süni qiymət artımlarına gedilməməsi çox vacibdir. Bu istiqamətdə monitorinqlər gücləndirilməlidir ki, sahibkarlar süni şəkildə qiymət artımı həyata keçirə bilməsinlər.

 

İşğaldan azad edilmiş torpaqların becərilməsi ərzaq təhlükəsizliyimizin təmininə töhfə verəcək

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov da hazırda bir çox ölkələrdə ərzaq məhsullarının qiymətində artım müşahidə olunduğunu söyləyir.

Qəzetimizə açıqlamasında deputat qeyd edir ki, Azərbaycanda qiymət artımı kəskin deyil, bununla belə bu fakt var: "Elə ərzaq məhsulları var ki, digər ölkələrdən gətirilir, buna görə qiymət də idxal olunur. İxrac edən ölkə məhsulu hansı qiymətə satırsa, biz də ən zəruri ərzaq məhsullarını o qiymətə almağa məcburuq".

Deputat bildirir ki, taxıl və taxıl məhsullarının qiymətində artım var. Bu, həm də qlobal istiləşmə ilə bağlıdır. Digər tərəfdən Ukrayna və Rusiya arasında gedən müharibə bu proseslərə təsirini göstərir. Dövlət tərəfindən bunun qarşısının alınması, ərzaq ehtiyatının artırılması, eləcə də daxili bazarda qiymətlərin yüksək həddə qalxmaması istiqamətində müvafiq addımlar atılır. Bu addımlardan biri də subsidiyaların verilməsidir. Taxıl və taxıl məhsullarının satışı 2024-cü ilə qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Digər tərəfdən hər ton taxıl üçün subsidiyanın məbləği artırılıb.

Aydın Hüseynov bildirir ki, belə proseslərdə möhtəkirlik, sui-istifadə halları həmişə olur. Buna görə də tez-tez monitorinqlər aparılır, belə halların qarşısının alınması üçün inzibati tədbirlər həyata keçirilir. Bunlar dövlətin həyata keçirdiyi tədbirlərdir. Bu məsələdə ictimaiyyət də fəal olmalıdır.

Deputatın fikrincə, ölkə rəhbəri ərzaq, xüsusilə taxıl ehtiyatının artırılması ilə bağlı tapşırıq verib və əkin sahələrinin artırılması, eləcə də Qarabağda yeni torpaq sahələrinin becərilməsi istiqamətində görülən tədbirlər ərzaq təhlükəsizliyini, eyni zamanda qiymətlərin tənzimlənməsini təmin edəcək.

 

Məhsulun ilkin qiyməti ilə bazar qiyməti arasında 100 faizlik fərq var

 

İqtisadçı ekspert Eldəniz Əmirov isə deyir ki, hazırda bazarda müşahidə edilən qiymətlərin yüksəlməsi süni qiymət artımı ilə əlaqədar deyil. Təbii ki, süni qiymət artımlarının da burada rolu var. Bu, daxili istehsalın maya dəyərinin daha yuxarı olması, idxaldan asılılıq, qlobal inflyasiyadır.

Onun fikrincə, Rusiya-Ukrayna müharibəsi fonunda yaranmış iqtisadi problemlər bazarlarda müşahidə edilən ciddi qiymət artımına gətirib çıxarıb. Süni qiymət artımının səviyyəsi də bazarlarda qiymətlərin daha yuxarı qalxmasına təsir edir. Hazırkı vəziyyətdə fermerlərin becərdikləri məhsula qoyduqları qiymətlə həmin məhsulun marketlərdə satış qiyməti arasında 100 faiz ətrafında fərq var. Fermer tərəfindən 1 manata satılan məhsul marketlərdə 2 manata və daha yüksək qiymətə satılır.

Ekspert bildirir ki, Avropada bu fərq adətən 30-55 faiz arasında müşahidə olunur. Azərbaycanda 100 faizlik fərqin yaranmasının səbəbləri sırasında bir neçə amil rol oynayır. Bunlardan ən başlıcası topdan satış yerlərində müəyyən edilmiş qiymətlərin olmasıdır. Məhsulun istehsalçısı da, alıcısı da çoxdur, amma topdan satış yerləri bir o qədər də çox deyil. Yəni normal rəqabət mühitinin olmadığını müşahidə edirik. Bu da qiymətin təyin olunması məsələsini gündəmə gətirir. Məhz son istehlakçı və fermer arasındakı vasitəçilərin davranışlarından dolayı qiymət artımları müşahidə edilir. Həm topdan satış yerlərinin rəqabət aparacaq qədər çox olmaması, həm də məhsulun fermerdən istehlakçıya çatmasına qədər bəzi subyektin iştirakı sonda məhsulun baha olmasına gətirib çıxarır. Bunu da süni qiymət artımı kimi ifadə edirik.

 

Rəqabət məcəlləsinin qəbulu süni qiymət artımının qarşısını alacaq

 

Eldəniz Əmirov hesab edir ki, Milli Məclisdə Rəqabət məcəlləsinin qəbul olunması bu süni qiymət artımına və digər bu kimi məsələlərə təsirini göstərəcək.

Onun fikrincə, qiymət artımlarının daha silsilə şəkil almaması üçün ölkənin 68 şəhər və rayonunda vaxtaşırı monitorinqlər həyata keçirilir və ölkə rəhbərliyinə bu haqda məruzə olunur. Bir müddət əvvəl antiinflayasiya tədbirləri çərçivəsində verilmiş qərar və qoyulmuş tapşırıqlardan biri də bu idi.

Prezident hər zaman olduğu kimi, yenə də əhalini narahat edən məsələni gündəmə gətirərək süni qiymət artımının qarşısının alınması istiqamətində ciddi tapşırıqlarını verdi. İnanırıq ki, yaxın günlərdə bu məsələ ilə bağlı vəziyyət öyrəniləcək və dövlət Prezidentin verdiyi tapşırıqlar üzrə bu istiqamətdə lazımi tədbirləri görəcək.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

Bankların depozit portfeli 41,3 milyard manat təşkil edib

15:59
04 Aprel

Ukrayna Prezidenti Türkiyəyə işgüzar səfər edib

15:53
04 Aprel

Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib

15:31
04 Aprel

Rusiya ordusunun Nikopola dron hücumu: 5 nəfər həlak olub

15:09
04 Aprel

Azərbaycanın sədrliyi ilə UNESCO-da G-77 və Çin Qrupunun iclası: Sessiyaöncəsi koordinasiya gücləndirilir

14:57
04 Aprel

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

14:42
04 Aprel

İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub

14:12
04 Aprel

Sabah Azərbaycanda bəzi yerlərində intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacaq

14:02
04 Aprel

Türkiyədəki vətəndaşlarımız üçün səyyar “ASAN xidmət” təşkil edilib

13:51
04 Aprel

Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

13:41
04 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!