29 Yanvar 2022 00:50
1292
CƏMİYYƏT
A- A+
Sumqayıtda Qadın Resurs Mərkəzi açılıb

Sumqayıtda Qadın Resurs Mərkəzi açılıb

 

Yanvarın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı ilə Sumqayıtda yeni Qadın Resurs Mərkəzi açılıb.

AZƏRTAC xəbər verir ki, Mərkəz qadınların səlahiyyətləndirilməsinə və onların iqtisadi dayanıqlılığının artırılmasına xidmət edəcək, eləcə də gender əsaslı zorakılığa məruz qalmış qadınlara dəstək göstərəcək.

Sumqayıt Gənclər Evində keçirilən açılış mərasimində Milli Məclisin deputatları Hicran Hüseynova, Müşviq Məmmədli,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AQUPDK-nın sədri Bahar Muradova açılış mərasimində çıxış edərək deyib: “Qadın Resurs mərkəzləri qadınların iqtisadi imkanlardan yararlanmasına, sahibkarlıq fəaliyyətinə yönəlməsinə və özünüinkişafa böyük töhfə verir. Biz qadınların dəstəklənməsi və iqtisadi səlahiyyətləndirilməsi istiqamətində fəaliyyətlərimizi davam etdirəcəyik”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova layihənin əhəmiyyətindən və rolundan danışıb, aidiyyəti qurumların mərkəzin səmərəli fəaliyyəti üçün lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.

USAID-in missiya direktoru Caydev Sinqxin sözlərinə görə, USAID Azərbaycan qadınlarına Qadın Resurs Mərkəzində iştirak edə biləcəkləri təlim vasitəsilə mühüm bacarıqları öyrənmək və iqtisadi cəhətdən daha möhkəm olmaq səylərində dəstək verməkdən qürur duyur. “BMTİP və Dövlət Komitəsindəki tərəfdaşlarımız sayəsində biz həm də məişət zorakılığı qurbanlarının lazımi yardım əldə etmək məqsədilə müraciət edə biləcəkləri təhlükəsiz məkanın olduğunu bilməkdən çox məmnunuq”, - deyə o, əlavə edib.

BMTİP-nin rezident nümayəndəsinin müavini Çaru Bist isə deyib ki, AQUPDK-nın və USAID-in əvəzsiz dəstəyi ilə Azərbaycan qadınlarının dəstək ala və peşəkar şəkildə inkişaf edə biləcəyi daha bir təhlükəsiz məkanın yaradılmasına kömək etməkdən məmnundur: “Qadınların və qızların inkişafına  sərmayə qoymaq ailələrə və cəmiyyətlərə çoxsaylı fayda gətirir. Qadınların səlahiyyətləndirilməsinin inkişaf səylərinin mərkəzində saxlanılması həm də insanlar və planetimiz üçün 2030-cu il gündəliyinin və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün ən yaxşı yollardan biridir”.

Sumqayıtda yerləşən Qadın Resurs Mərkəzi şəhər ərazisində qurulan ilk, USAID-in 2016-cı ildən bəri maliyyələşdirdiyi “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində açılan dördüncü mərkəzdir. Beləcə, USAID və BMTİP-nin daha öncə Masallı, Zaqatala və Xaçmazda açdığı mərkəzlər sırasına Sumqayıt da daxil oldu.

2011-ci ildən bəri USAID də daxil olmaqla bir sıra beynəlxalq donorun maliyyə dəstəyi ilə Dövlət komitəsi və BMTİP tərəfindən Azərbaycanın müxtəlif bölgələrində 14 Qadın Resurs Mərkəzi yaradılıb. Ötən 11 ildə bu mərkəzlər qadınların iqtisadi cəhətdən inkişafı üçün perspektivlər yaradan məkan rolunu oynayıb. Bu günədək 6200-dən çox qadın üçün gender bərabərliyi və iqtisadi hüquqlar, həmçinin biznesin inkişafı, peşə kursları, mühasibat uçotu, maliyyə savadlılığı və kompüter elmləri üzrə ödənişsiz təlimlər keçirilib və 400-dən çox biznes qurulub. 2020-ci ildən etibarən USAID-in maliyyə dəstəyi ilə bu mərkəzlərdən 9-u gender əsaslı və ya məişət zorakılığından əziyyət çəkmiş qadınlara hüquqi və psixoloji yardım təklif edir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!