21 May 2026 13:35
127
CƏMİYYƏT
A- A+
Şükürbəyli kəndində daha 39 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Şükürbəyli kəndində daha 39 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Bu gün növbəti köç karvanı ilə Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə edilib.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 39 ailə olmaqla 165 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


12:53


İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şükürbəyli kəndi bu gün 39 ailə olmaqla 165 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.

Qeyd edək ki, kənd tam müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kənddə hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.

Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndləri və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla ümumilikdə 2522 nəfərin 615 ailənin köçürülməsi nəzərdə tutulur.

Beləliklə, uzun illər həsrətlə doğma yurda qayıdışı gözləyən insanlar üçün Şükürbəylidə yeni həyat başlayıb. Burada həyata keçirilən quruculuq işləri Böyük Qayıdış proqramının uğurlu icrasının daha bir nümunəsidir. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsmail Serageldin: WUF13-də mənzil siyasətinə yeni yanaşmalar təqdim olunur  

15:33
21 May

WUF13: “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” mövzusunda sessiya yekunlaşıb  

15:26
21 May

Aydın Kərimov: WUF13 Azərbaycanın şəhər transformasiyasında doğru istiqamətdə olduğunu göstərir  

15:19
21 May

Sabah bütün sosial ödənişlərin yekunlaşdırılması nəzərdə tutulub

15:12
21 May

WUF13-də şəhər mühitində dayanıqlı inkişaf yanaşmaları və siyasət istiqamətləri müzakirə olunub  

14:57
21 May

"ASAN xidmət" təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

14:51
21 May

BMT-nin əməkdaşı diqqəti yerli səviyyələrdə innovasiyalara və qərarlara yönəldib  

14:43
21 May

ADA Universitetinin prorektoru WUF13 çərçivəsində Qarabağın bərpası təcrübəsindən danışıb  

14:34
21 May

Maykl Mahaffi: Qarabağda aparılan bərpa işləri müasir və dayanıqlı şəhər mühitinin formalaşdırılması imkanı yaradır  

14:33
21 May

Xarici ekspert: Azərbaycanın “ağıllı şəhər” və “ağıllı kənd” layihələri üzrə təcrübəsi dünya ölkələri üçün nümunə ola bilər

14:25
21 May

BMT-nin Baş katibinin müavini Azərbaycana səfərə gəlib

14:20
21 May

“Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə”: WUF13-də birgə sessiya  

14:19
21 May

XRİTDX WUF13-də kibertəhlükəsizliyin dayanıqlı şəhərlərin inkişafındakı rolunu nümayiş etdirir  

14:16
21 May

Cənubi Afrikalı mer: Azərbaycan urbanizasiya sahəsində inkişaf etmiş ölkələrdən biridir 

14:16
21 May

Amerikalı urbanist: Bakı əhalinin miqyasına hesablanmış yeni şəhər məkanları yaradılmasını uğurla həyata keçirir  

14:11
21 May

Zehra Zümrüt Selçuk: KOB-ların dayanıqlı şəhər transformasiyasının mərkəzində qalmasını təmin etməliyik  

14:07
21 May

Prezident İlham Əliyevlə Fransa Prezidenti arasında telefon danışığı olub  

14:01
21 May

WUF13: Azərbaycan pavilyonunda qlobal mənzil idarəçiliyi və yerli həllər müzakirə olunub  

13:57
21 May

WUF13-də Azərbaycanın şəhərsalma təcrübəsi və azad edilmiş ərazilərdə yenidənqurma modeli təqdim edilib  

13:53
21 May

Vera Bukaçi gənclər siyasətinə verilən yüksək dəyərə görə Azərbaycan hökumətinə təşəkkür edib 

13:47
21 May

Prezidentin xüsusi nümayəndəsi: Şuşada bütün layihələr milli irsə uyğun icra olunur

13:39
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!